TABLE

table1

n 1. stol, masa, miz; diningroom ~ nahar stolu; falling / folding ~ qatlanan / bükülən / açılan stol; a ~ with leaves açılıb yığılan stol; to clear the ~ stolu yığışdırmaq; to take the head of the ~ stolun başında oturmaq; pedestal ~ birayaqlı dəyirmi stol; high / head / top ~ fəxri / əziz qonaq stolu; to set / to lay the ~ süfrə / stol açmaq; to set / to lay the ~ for two iki nəfərlik stol açmaq; 2. danışıqlar stolu; to bring opposing sides to the conference ~ müxalif tərəfləri danışıqlar stolu arxasında oturtmaq; 3. cərrahiyyə / əməliyyat stolu; 4. stol arxasında / süfrə başında yoldaşlıq; to set the ~ in a roar qonaqları şənləndirmək; to keep the ~ amused (stol arxasında) qonaqları əyləndirmək; 5. stol, qida; ərzaq; good / liberal / sumptuous ~ yaxşı / təmtəraqlı / zəngin stol; the pleasures of the ~ yeməyin / təamın ləzzəti; to set a good ~ çox yaxşı stol açmaq; to keep an open ~ qonaqpərvər olmaq; 6. yemək, xörək; süfrə; to be / to sit at ~ süfrə arxasında oturmaq; to sit down to ~ stola oturmaq; to rise from the ~ stoldan qalxmaq / durmaq; to leave the ~ stolu tərk etmək; to wait at ~ stola qulluq etmək; 7. oyun stolu; card / gaming ~ lomber stolu; şahmat stolu; 8. pl nərd oyunu; 9. lövhə; 10. sal, tava daşı, yastı daş; 11. kitabə (daş / metal üzərində yazı); üzərində yazı olan lövhə; 12. cədvəl; sxem; astronomical ~s astronomik cədvəllər; multiplication ~ riyaz. vurma cədvəli; ~s of weights and measures çəki və ölçü cədvəlləri; ~ of orientation İstiqamət sxemi; ~s of data göstərici rəqəm cədvəlləri; summary ~s yekun cədvəllər; 13. cədvəl, siyahı; ~ of allowance hərb. əmlak siyahısı; ~ of organization hərb. ştat cədvəli; ~ of contents mündəricat; 14. ovuc, ovucun içi (əl falı);

◊ on the ~ müzakirə olunan, müzakirəyə çıxarılan; to lay smth. on the ~ bir şeyin müzakirəsini təxirə salmaq (qanun layihəsini və s.); to take smth. from the ~ amer. bir şeyin müzakirəsinə qayıtmaq; to drink smb. under the ~ bir kəsi içirtmək; He finished up under the table O, stoldan yıxılanadək içdi

table2

v 1. stolun üstünə qoymaq; çıxardıb ortaya qoymaq (pulu, kartı və s.); to ~one’s cards kartlarını açmaq; 2. stolu təmin etmək (yemək-içməklə); 3. cədvəl tərtib etmək; siyahıya almaq; 4. müzakirəyə çıxartmaq / təqdim etmək; to ~ a motion təklif təqdim etmək; to ~ a bill qanun layihəsi təqdim etmək; 5. tik. millə birləşdirmək; 6. qonaqları əyləndirmək

TABEFY
TABLE-CLOTH
OBASTAN VİKİ
Light Table
Light Table Node.js istifadə edərək ClojureScript-də yazılmış yüngül inteqrasiya olunmuş inkişaf mühiti (daha doğrusu, bu sistem xrom ilə birləşdirilmiş node-webkit və 0.8 versiyasıdır).Kriş Qranger və Robert Attori tərəfindən dizyn edilib. == Haqqında == Proqram hazırda Clojure, ClojureScript, JavaScript və Python inkişafını, həmçinin HTML və CSS-i dəstəkləyir. Bütün bu dillər üçün REPL təmin edilmişdir, mühit ifadələri dərhal qiymətləndirməyə və real vaxt rejimində kodda edilən dəyişikliklərin nəticələrini görməyə imkan verir. Yeni proqramlaşdırma mühitinin fərqli cəhətləri interfeysin sadəliyi və cavabdehliyi ilə birləşməsidir. Beləliklə, hesablamaların nəticəsini dərhal göstərməkdən əlavə, sənəd üzərində başqa sənədi seçmək vəya dəyişdirmək olur. Əlavə proqramlaşdırma dilləri üçün isə dəstək plaginləri lazımdır.
Pentacalia tablensis
Pentacalia tablensis (lat. Pentacalia tablensis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Qaynayan tabletlər
Qaynayan tabletlər və ya karbon tabletlər, o tabletlərdirlər ki içlərində Limon turşusu,Tartarik turşusu və Sodium bikarbonat var və su ya digər likvid ilə təmasda dağılıb və prosesdə karbon dioksid azad edərlər.Çox vaxt, sürətli parçalanma tabletin həll və məhv olmasına, və əriməsinə səbəb ola bilər. effervescent tablets Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine.AmeriLab Amerilab Technologies, Inc.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Talud-tablero
Talud-tablero — Mezoamerika hindularının memarlıq üslubu. Bu üslubla əlaqəli binalar platforma strukturundan (tablero) və yuxarıya doğru əyilmiş bir səthdən və ya üst paneldən (taluddan) ibarətdir. Talud-tablero Mezoamerika dövrünə aid olan piramidaların tikintisində geniş istifadə olunurdu. Çox şəhərlərdə və mədəniyyətlərdə iştirak edib, lakin əsasən mərkəzi Meksikanın Teotiuakan mədəniyyəti ilə əlaqəli memarlıq üslubudur. Talud-tableronun ən erkən nümunələri əvvəllər Tlaskala-Puebla bölgəsində tapılmışdır. Bu üslubun bir çox müxtəlif versiyaları Mezoamerika boyunca paylandı, inkişafı və həyata keçirilməsi isə müxtəlif mədəniyyətlər arasında fərqli şəkildə həyata keçirildi. Bəzi hallarda, məsələn Tikal şəhərində, erkən klassik dövrdə Talud-Tablero arxitekturasının tətbiqi Teotiuakan ilə birbaşa əlaqəni və sakinlər tərəfindən müəyyən bir ərazinin mümkün hökmranlığını və ya fəthini göstərir. Bununla belə, digər şəhərlərdəki əlaqə formaları yaxşı sənədləşdirilməmiş və ehtimal ki, ticarət və mədəni əlaqələrə daxildir. Braswell, Geoffrey E. Introduction: Reinterpreting Early Classic Interaction // Geoffrey E. Braswell (ed.) (redaktor). The Maya and Teotihuacan: Reinterpreting Early Classic Interaction.

Digər lüğətlərdə