Tahir Pənahov
Tahir Musa oğlu Pənahov (10 iyun 1936, Soyuqbulaq) — fizika-riyaziyyat üzrə elmlər doktoru.
== Həyatı ==
1955-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd orta məktəbini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti - ADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. T.Pənahov hələ tələbəlik illərindən elmi axtarışlara meyilli idi və Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuduğu illərdə tələbə elmi konfranslarında riyaziyyat və fizika tədrisində tarixi elementlərin öyrədilməsi məsələlərini əks edən məruzələri ilə diqqəti özünə cəlb etmişdi.
== Ailəsi ==
N.Pənahova ilə ailə həyatı qurmuş, N.Pənahova və M.Pənahov adlı uşaqları dünyaya gəlmişdir.
== Fəaliyyəti ==
1960-cı ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına baş laborant göndərilmişdir. 1962-ci ildə Respublika MEA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş və həmin il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş, 1962-ci ildə AzPİ-də baş müəllim vəzifəsinə keçmişdir.
1964-cü ildə dəvətnamə ilə Aşqabad şəhərinə, Türkmənistan Dövlət Universitetində fizika fakültəsində ixtisas dərslərində mühazirə oxumaq üçün ezamiyyə olunmuşdur. O, 1966-cı ildə "NizFe ərintisinin qalvonomaqnit və termomaqnit effektinə tantal və molibdenin təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Tahir Pənahov namizədlik müdafiəsindən sonrakı 12 ili axtarışlarda, xarici ölkələrdəki konfranslarda keçib. Müxtəlif illərdə Sverdlovsk, Krasnoyarsk, Xarkov, Perm, Tula, Donetsk, Tomsk, Kiyev, Zveniqorod, Tbilisi, Aşqabad, Mahaçqala şəhərlərində maqnit hadisələri fizikası, atom nizamlılığı və onun ərintilərin xassələrinə təsiri, mikroelektronika üçün yeni maqnit materialları, metallik sistemlərin həll diaqramları, elektrotexnika polad və ərintilərin metalşünaslığı və fizikası və s.