TIG

tig1

n 1. toxunma, əl vurma; 2. qaçdı-tutdu (uşaq oyunu); to play (at) ~ qaçdı-tutdu oynamaq; 3. dalaşma, dava; to be in a ~ küsüşmək, arası dəymək

tig2

v 1. yağlamaq. yağ çəkmək; 2. toxunmaq, təmas etmək

TIFFANY
TIGER
OBASTAN VİKİ
Anthemis tigrensis
Anthemis tigrensis (lat. Anthemis tigrensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Eurocopter Tiger
Eurocopter Tiger - Almaniya və Fransa müştərək istehsalı olan hücum vertolyotudur. 1990-cı illərin başlarında iki ölkənin əməkdaşlığı sayəsində Tiger layihəsinin konstruksiyasına başlanıldı. Aerospatiale və DaimlerChrysler Aerospace AG DASA firmalarının helikopter hissələrinin birləşdirilməsi sayəsində Eurocopter şirkəti formalaşdırıldı. Sonra şirkət Airbus Helicopters tərəfindən satın alınmışdır. Avropanın iki önəmli ölkəsinin bütün texnoloji biliklərinin və güclərinin bu helikopter üzərində cəmləşdirilməsi, vəzifə məsuliyyətinin fərqliliklərindən yaranan çoxməqsədli istifadəyə uyğun olaraq konstruksiya edilməsini təmin etmişdir və helikopteri müasir tələblərə cavab verən səviyyəyə çatdırmağı bacarmışdır. Bu helikopterin satın alınması ATAK layihəsi ilə Türkiyə Ordusunun da gündəmindəydi. Tiger helikopterinin hər bir helikopterinə düşən maliyyə xərclərinin yüksək olması və ən önəmlisi Erməni soyqırımının Fransa Senatı tərəfindən tanınması səbəbi ilə Türkiyə A-129 Mangusta helikopterlərini almağı seçmişdir. Ayrıca olaraq AH-1 Kobra helikopterlərinin burun qismində olan 20 mm-lik topun Tiger helikopterlərində istəyə görə olması da, ayrıca bir problem olmuşdur.
Felis tigris
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Galeocerdo tigrinus
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Karı Çor Tigin abidəsi
Karı Çor Tigin abidəsi və ya Xian abidəsi — 2010-cu ildə Zhanq Du Yuanlı bir kəndli tərəfindən tapılmış abidədir. Kəndli tapdığı abidəni Xiandakı bazarda satmağa çalışarkən son anda Tanq Vest Market Muzeyi nümayəndələri abidəni görmüş və abidəni alaraq muzey inventarına salmıdşırlar. Karı Çor Tigin abidəsi Çinin Şaanxi əyalətinin mərkəzi, Çinin tarixi paytaxtlarından biri olan Xianda tapılmışdır. Karı Çor Tigin abidəsi və Karı çor Tiginin məzarına aid işləməli daş, bir sıra çincə yazı və arxeoloji materialla birlikdə Çinin ilk özəl muzeyi olan Tanq Vest Market Muzeyində sərgilənməkdədir. == Abidə == Karı Çor Tiginin abidə məzarına aid qranitdən düzəldilmiş kvadrat formasında, üzərində bitki motivləri olan, işləməli qapaq daşı vardır. Abidə Türk-Çin əlaqələrini əks etdirməsi və iki dilli olması yönündən araşdırmaçılar tərəfindən önəmli abidə olaraq göstərilməkdədir. == Mətn == Karı Çor Tigin abidəsində Orxon əlifbası ilə yazılmış 17 sətirlik türkcə mətn vardır. Bununla yanaşı, abidədə çincə mətnlər də mövcuddur. Abidə ümumi mənada yaxşı qorunmuş olmasına baxmayaraq, abidənin I və II sətirlərində olan iki sözdə geridə qalan tarixi müddətdə qırılmalar meydana gəlmişdir. Karı Çor Tigin abidəsinin türkcə hissəsinin oxunma və mənalandırılmasını Çingiz Ayyılmaz reallaşdırarkən, çincə hissəsini oxunub mənalandırılmasını isə Luo Xin etmişdir.
Kül Tigin
Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken) — Şərqi Göytürk xaqanlığının başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs. Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir. == Etimologiyası == Rütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir. == Həyatı == Atası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi.
Leopardus tigrinus
Onsil (lat. Leopardus tigrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Panthera tigris
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Panthera tigris altaica
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Panthera tigris amoyensis
Cənubi Çin pələngi (lat. Panthera tigris amoyensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris balica
Bali pələngi (lat. Panthera tigris balica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris corbetti
Hind-Çin pələngi (lat. Panthera tigris corbetti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris jacksoni
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris sondaica
Yava pələngi (lat. Panthera tigris sondaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris sumatrae
Sumatra pələngi (lat. Panthera tigris sumatrae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Sayı sürətlə azaldığına görə 2008-ci ildə adı "Qırmızı kitab"ın "Son həddə çatmışlar" siyahısına salınmışdır. Ümumi sayı 441–679 arasında dəyişən bu pələnglərin nəsil artırma qabiliyyətinə malik olan fərdlərinin sayı isə 50-dən çox deyildir. Bali və Yava pələnglərinin nəslinin kəsilməsindən sonra Sumatra pələngləri Zond adalarında yaşayan yeganə pələng qrupudur. Sumatra pələngi öz kəllə quruluşuna, xəzinə və zolaqlarına görə Benqal və Yava pələnglərindən fərqlənir. O, öz xəzinin daha tünd rəngli olmasına və zolaqları arasındakı məsafənin daha geniş olmasına görə Yava pələngindən seçilir. Sumatra pələngi digər yarımnövlər arasında öz ölçülərinə görə ən kiçiklərdən biri hesab olunur. Onun bədən ölçüləri təqribən böyük bəbir və ya yaquarla bərabərdir. Erkək fərdlərin çəkisi 100–140 kq, uzunluğu 220–255 sm arasında dəyişdiyi halda, dişi fərdlərin çəkisi 75–110 kq, uzunluğu 215–230 sm arasında dəyişir.
Panthera tigris tigris
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Panthera tigris virgata
Xəzər pələngi — (lat. Panthera tigris tigris, əvvəllər lat. P.t.virgata) — Nəsli kəsilmiş pələng yarımnövü. Həmçinin Turan pələngi, Mazandaran pələngi, Hirkan pələngi kimi adları da mövcud olmuşdur. Xəzər pələngi iri ölçülü pişik idi. Erkəklər 270–295 sm uzunluğa, 240 kq-a dək çəkiyə, dişilər isə ortalama 250 sm uzunluğa və 135 kq-a qədər çəkiyə malik olurdurlar. Lakin, daha iri fərdlər də qeydə alınmışdır. Məsələn, 1899-cu ildə Göytəpədə ovlanan bir erkək fərdin dərisi quyruğu ilə birgə 360 sm olaraq ölçülmüşdür! Məşhur rus zooloq Satunin bu nəhəng fərdi "ən az yerli at boyda" deyə təsvir edir. Rəngi tünd olub üzərində çoxsaylı, yaxın yerləşən və ensiz zolaqları var.
Paphiopedilum tigrinum
Paphiopedilum tigrinum (lat. Paphiopedilum tigrinum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. China Plant Specialist Group 2004. Paphiopedilum tigrinum. 2006 IUCN Red List of Threatened Species.
Sambucus tigranii
Sambucus tigranii (lat. Sambucus tigranii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü.
Tiger (tank)
Panzerkampfwagen VI (“Zirehli müharibə vasitəsi VI”, ləqəb: Tiger və ya Tiger I), — İkinci dünya müharibəsində Üçüncü Reyx tərəfindən istehsal olunan ağır tank. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanının ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərinin qorxusu idi (xüsusilə Qərb cəbhəsində). Şərq cəbhəsindəki öz zamanının yüksək səviyyədə texnologiyaları ilə təchiz edilmiş T-34 və KV-1 / 2,3 tanklarına qarşı çıxarılmışdır. Müharibənin sonlarına yaxın bir Tiger tankına 20 ədəd M4 Sherman tankının hücum edildiyi görülmüşdür. Tiger'ların itki verməsinin səbəbi düşmənlər deyil kompleks mexaniki səhvlər idi. Buna görə çoxu Tiger tankı düzəlməz halda sıradan çıxdığı üçün heyəti tərəfindən tərk edilmiş halda tapılmışdır. Tankın hərəkət mənzili 110–195 km arasında dəyişmişdir. Hal-hazırda bu tankdan cəmi bir ədədi Bovinqton tank muzeyində orijinal və işlək vəziyyətdədir.
Tiger 131
Tiger 131 Nasist Almaniyası ilə İkinci dünya müharibəsi zamanı Şimali Afrika kampaniyası zamanı Tunisdə Böyük Britaniya ordusuna məxsus 48-ci Tank Alayı tərəfindən ələ keçirilmişdir. Tank hal-hazırda Bovington tank muzeyində sərgilənir. Müttəfiqlər tərəfindən Tiger adı ilə tanınan tanka almanlar Panzerkampfwagen VI, Tiger I (H1), Sd.Kfz 181 adı vermişdilər. Tankın qülləsi A. Wegmann tərəfindən istehsal edilərkən, gövdəsi də Kasseldə, Henschel şirkəti tərəfindən istehsal edilirdi. Tankın 250122 şassi nömrəsi ilə 1943-cü ilin yanvar və ya fevral aylarında istehsalı tamamlanmışdır. Tunisə 1943-cü ilin 12 mart-16 aprel tarixləri arasında göndərilmişdir. Tankın tank qülləsində yazılmış nömrəsi 131 olmuşdur. Şimali Afrika kampaniyası zamanı Tunisdə olan Vermaxtın 504 nömrəli Schwere Heerespanzerabteilung'un (Almaniya ağır tank taboru) əvvəlcə 1 nömrəli qolunun, sonra isə 3 nömrəli qolunun tərkibinə daxil edilmişdir. Müttəfiq qüvvələrinin Tunis üzərinə önəmli hesab ediləcək bir hücuma başlayacağı xəbərini alan almanlar, 20/21 aprel gecəsində sürpriz bir hücuma başladılar. Djebel Caffa adlı təpənin şimal yamacında olan bir keçiddə daxil olmaqla, dörd bir tərəfdən ingilislərin 48-ci tank alayının üzərinə hücuma keçdilər.
Tiger II (tank)
Panzerkampfwagen VI Ausf. B (Pz. Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya müharibəsi dövründə ağır tank sinfində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182). Əvvəllər amerikalı əsgərlər "King Tiger", İngilislər "Royal Tiger" olaraq xitab edirdilər və Almanlar da "King Tiger" (mənası Kral Tiger, yəni Kral Pələng) sözünün Alman tərcüməsi olan Königstiger (Almanca'daki mənası: Benqal pələngi) adını istifadə etməyə başladılar. Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi.
Typhlodromalus tigrus
Tigujiqo Qizbec
Hacı Tığujıqo Qızbeç Şeretlıqo (Qərbi Çərkəz: ШэрэлIыкъо Тыгъужъыкъо Къызбэч, romanlaşdırılmış: Kazbek, Ğezil Bek və ya Guzbek kimi də yazılmışdır), Çərkəz (Adıq) əsgər və komandir. O, Rus-Çərkəz müharibəsi zamanı ən nüfuzlu çərkəz liderlərindən biri olub. O, ailəsinin rus ordusu tərəfindən öldürülməsinə şəxsən şahid olub və Çərkəz ordusunda sürətlə yüksəlib. Ömrünün sonrakı dövrlərində övladlarının müharibədə həlak olmasına şahid olub. Qızbəc süvari komandiri idi və düşmən arxasına basqın etməkdə uğurları ilə məşhur idi. O, Rusiya imperiyasından tərəfini dəyişmək və imperiya tərəfinə qoşulmaq üçün çoxlu təkliflər alsa da, hamısını rədd etdi. Onu şəxsən tanıyan Ceyms Bell onun "Çərkəz Aslanı" adlandırıldığını qeyd edib. Qızbeç adı Qızılbek adının qısa formasıdır və müxtəlif mənbələrdə Ğuz Bek, Ğezil Bek və Kazbek kimi də yazılır. O, Osmanlı sənədlərində Qızıl bəy kimi xatırlanır. Qızbəçin əsl soyadı Şeretlıqodur, Tığujıqo isə "Tığuc oğlu" deməkdir.
Tiger Force
"Tayger Fors" (ing. Tiger Force; hərf. "Pələng" dəstəsi) — ABŞ ordusunun xüsusi hərbi hissəsi. Vyetnam müharibəsi zamanı mövcud olmuşdur. Partizanlar ilə mübarizə aparmaq üzrə ixtisaslaşmışdır. 1967-ci ildə bir sıra hərbi cinayətlərdə iştirakı ilə şöhrət qazanmışdır. ABŞ jurnalistləri Maykl D. Sallah və Mitç Vayss hərbi birləşmənin törətdiyi müharibə cinayətlərini tədqiq etmişdir. Vyetnam Xarici İşlər Nazirliyi Sallah və Vayssin tədqiqatının dərcindən dərhal sonra ona cavab vermək niyyətində olmadığını bildirmişdi. 2006-cı ildə Sallah və Veyssin araşdırmaları haqqında «Tiger Force: A True Story of Men and War» adında kitab buraxılmışdır. Статьи о «Тайгер Форс» в «Толедо Блэйд» (ing.) John Kifner.