touch1
n 1. toxunma, əl vurma, dəymə; 2. əlaqə, münasibət; in ~ with smb. bir kəslə təmasda; to get in ~ with smb bir kəslə əlaqə saxlamaq; to lose ~ with smb. bir kəslə əlaqəni itirmək; 3. toxunma hissi, lamisə; soft to the ~ ələ yumşaq deyən; 4. ştrix, cizgi; to put the finishing ~ es sonuncu cizgiləri çəkmək; 5. səciyyəvi xüsusiyyət, xassə, cizgi; personal ~ şəxsi xüsusiyyət; 6. yanaşma, yaxınlaşma (insanlara); ədəb, nəzakət; He has a marvellous touch in dealing with children O, uşaqlarla əla yola gedir; 7. zərrə, bir az / çimdik; a ~ of salt bir çimdik duz; 8. yüngül tutma (xəstəlik), a ~ of the sun yüngül gün vurması; 9. tərz, üsul (rəssamda və s.); 10. sınaq, sınama; to put / to bring to the ~ sınağa çəkmək, sınamaq; 11. sl zorla / hədələməklə / fırıldaqla qoparma (pul və s.); 12. id. futbol və s. meydanının yan xəttdən kənar meydanı; in ~ yan xəttdən kənar;
◊ a ~ typist cəld / gözüyumulu çap edən makinaçı; common ~ yoldaşlıq hissi; in / within ~ əlinin altında, yaxında
touch2
v 1. toxunmaq, əl vurmaq, dəymək; Don’t touch my papers Mənim kağızlarıma toxunma / toxunmayın; 2. (on) aid / dəxli olmaq, toxunmaq (mövzuya, məsələyə və s.); It touches your interest closely Bu, bilavasitə sənin / sizin marağına / marağınıza toxunur; 3. korlamaq, yüngül zərər vermək; Frost touched the plants Şaxta bitkiləri korladı / bitkilərə zərər vurdu; 4. təsir göstərmək; Nothing will touch these stains Bu ləkələri heç nə aparmaz; 5. əlaqədə / təmasda olmaq; How does this touch me? Bunun mənimlə nə əlaqəsi var? 6. almaq, qoparmaq (kələklə, fırıldaqla); He touched me for a large sum of money O məndən böyük məbləğdə pul qopartdı; to ~ at dən. daxil olmaq (limana); to ~ down yerə enmək; to ~ smb. on a sore bir kəsin yaralı yerinə toxunmaq;
◊ to ~ shore üzüb sahilə çıxmaq; to ~ bottom 1) son həddə çatmaq (qiymət haq.); 2) məsələnin mahiyyətinə varmaq; to ~ pitch şübhəli müəssisə ilə / şəxslə iş görmək; to ~ the spot hədəfə / yerinə düşmək; A glass of iced beer touches the spot on a hot day İsti gündə bir stəkan soyuq pivə yerinə düşür; Touch wood! Göz dəyməsin!