Dördüncü simfoniya (Part)
Simfoniya No. 4 Los-Anceles (Mələklər və şəhər) — Estoniya bəstəkarı Arvo Partın dördüncü simfoniyasıdır. Dördüncü simfoniya bəstəkarın 1976-cı ildən sonra yazdığı ilk simfoniya olmaqla, bəstəkara məxsus tintinabuli tərzindədir. Bəstəkarın əsərləri arasında Dördüncü simfoniya genişmiqyaslı instrumental tintinabulyasiyaya yer verilmiş ilk əsərdir. “Summa” və “Für Alina” kimi əvvəlki əsərlərini Part SATB xoru və ya azsaylı musiqi alətləri üçün yazmışdır. 2008-ci ildə yazılmış və 10 yanvar 2009-cu ildə premyerası baş tutmuş simfoniya 2010-cu ildə Ən Yaxşı Müasir Klassik əsər nominasiyasında Qremmi mükafatına namizəd göstərilmiş, lakin mükafatı qazana bilməmişdir.
Əsər Los Anceles Filarmoniya Assosasiyası və onun drijoru Esa-Pekki Salonen, Kanberra Beynəlxalq Musiqi Festivalı və Sidney konservatoriyasının sifarişi əsasında yazılmışdır.
== Tarixi ==
=== İnkişaf ===
Bəstəkar Dördüncü simfoniyanı Üçüncü simfoniyadan 37 il sonra yazmışdır. Aradakı müddət ərzində bəstəkar əsasən xor və kiçik vokal ansambllar üçün mistik əsərlər yazmışdır. Əsər adını – “Los-Anceles” - əsas sifarişçinin adından almışdır.