ZƏKƏRİYYƏ
ZƏKİULLA
OBASTAN VİKİ
Mehriban Zəki
Mehriban Mürvət qızı Zəki (18 dekabr 1966, Bakı) — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), prezident mükafatçısı. == Həyatı == Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. 2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərmişdir. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir. 1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Zəki Alasya
Zəki Alasya (18 aprel 1943 – 8 may 2015, İstanbul) — əslən Kiprli, İstanbul doğumlu Türk teatr və film aktyoru. Kıbrıslı Mәhmәd Kamil Paşanın qardaşı oğludur. Zəki Alasya 8 may 2015-ci ildə müalicə olunduğu xəstəxanada qaraciyər xəstəliyindən vəfat etmişdir. Robert Kolejidən məzun olan sənətçi sənət həyatına da 1959-cu ildə MTTB teatrında həvəskar olaraq başladı. Arena, Genar ve Ulvi Uraz teatrlarında çalışdıqdan sonra Haldun Taner, Metin Akpınar və Ahmet Gülhan ilə birlikdə Devekuşu Kabare Tiyatrosunun qurucuları arasında yer aldı. Film çevirməyə 1973-cü ildən sonra başladı. Metin Akpınar ile birlikdə Türk sinemasında yeni bir ikili təşkil etdilər. Bir çox filmdə yer aldı və 1998-ci ildə Türkiyə Mədəniyyət nazirliyinin Devlet Sanatçısı unvanı almışdır. Salak Milyoner (film), Köyden İndim Şehire, Güler Misin Ağlar Mısın, Nereye Bakıyor Bu Adamlar, Hasip ile Nasip kimi filmləriylə bir komediya ustası olaraq ün qazandı. Zəki Alasya ilk rejissorluq təcrübəsində önəmli yerə sahib olan 1977 və sonrası filmleri olan Aslan Bacanak, Sivri Akıllılar, Caferin Çilesi, Petrol Kralları, Doktor, Köşe Kapmaca, Vay Başımıza Gelenler ve Elveda Dostum yer alır.
Zəki Beyləqani
Şəmsəddin Zəki Beyləqani (شمس الدين البيلقاني) fəqih, hüquqşünas Şəmsəddin Zəki ibn Hüseyn ibn Ömər Beyləqani Beyləqan şəhərində anadan olmuşdu. Mükəmməl savad almışdı. Fəxrəddin Razinin tələbəsi idi. Əvvəlcə ticarətlə məşğul olmuşdu. Hicri-qəməri 582-ci ildə Dəməşq şəhərinə köçmüşdü. Burda ticarətlə və qanunşünaslıqla ilgilənmişdi. Hicri-qəməri 636-cı ildə Yəmənə daşınmışdı. Orda da fəaliyyətini davam etdirmişdi. 1277-ci ildə Ədəndə vəfat edib.
Zəki Dəmirkubuz
Zəki Dəmirkubuz (1 oktyabr 1964, İsparta) — türk rejissor, ssenarist, aktyor. Zəki Dəmirkubuz 1964-cü ildə Türkiyənin İsparta vilayətində doğulub. Orta məktəbi bitirər-bitirməz İstanbula gəlib burada liseyə daxil olsa da, ilk semestrdən sonra təhsilini yarımçıq buraxıb fabrik və atelyelərdə işləməyə başlayıb. 1980-ci ilin 12 sentyabr çevrilişində tutulur və 3 il azadlıqdan məhrum edilir. O zaman Zəkinin cəmi 15 yaşı var idi. Həbsdə olarkən ədəbiyyatla məşğul olur. Gələcəyin rejissoru Dostoyevski və Alber Kamyudan çox təsirlənir. Həbsdən çıxdıqdan sonra isə xırda alver işləri ilə məşğul olur. Əsgərliyini təxirə salmaq üçün təhsilini davam etmək qərarına gəlir. Liseydə qiyabi təhsil alıb, "İstabul Universiteti"nin Rabitə fakültəsinə daxil olur.
Zəki Kazımzadə
Zəki Əli İsgəndər oğlu Kazımzadə (1908 – 1986) — professor, texnika elmləri doktoru, Rəna Kazımzadə atası.[mənbə göstərin] 1908-ci ildə Bakı şəhərində anadan olub. Elmi fəaliyyəti dövründə elektrotexnikaya aid bir çox dərs vəsaitləri və elmi əsərlər yazıb. Onun "Ümumi elektrotexnika", "Sənayenin energetik bazası", "Xalq təsərrüfatının avtomatlaşdırılması", "Elektrik enerjisinin yeni üsullarla istehsalı" adlı əsərləri tək Azərbaycanda deyil, həmçinin Yaxın Şərq və Orta Asiya ölkələrində də geniş istifadə olunur. "Elektrotexnikanın nəzəri əsasları" kitabı "Dəyişən və sabit cərəyanın alınması", "Çoxfazalı dəyişən cərəyanlar", "Dəmir nüvəli elektrik dövrələri" və elektrotexnikanın digər nəzəri əsaslarını əhatə edən 21 fəsildən ibarətdir.
Zəki Mürən
Zəki Mürən (türk. Zeki Müren; 6 dekabr 1931[…], Bursa – 24 sentyabr 1996[…], İzmir[…]) — Türkiyə müğənnisi. Zəki Mürən 6 dekabr 1931-ci ildə Türkiyənin Bursa şəhərində (anası priştinalı, atası makedoniyalı olub) mühacir bir ailədə dünyaya gəlib. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zeki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-cu ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı. 1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi.
Zəki Vəliyev
Zəki Ögtən
Zəki Ögtən (4 avqust 1941[…], İstanbul – 19 dekabr 2009[…], İstanbul) — məşhur Türk mənşəli teatr və kino rejissoru, ssenarist, 3 dəfə Qızıl Portağal, 2 dəfə OCİC, Qızıl Leopard, Şərəf ordeni, BFİ mükafatları laureatları. Heydərpaşa liseyinin məzunudur. Gənc yaşlarından teatra böyük həvəsi var idi. Tələbə vaxtlarından teatrda çalışmağa başlayır. Yaşılcam kinostudiyasına daxil olar və Nişan Xəncərin rejissor olduğu "Acı zeytun" filmində rejissor asistenti kimi çalışmağa başlayar. Ömər Lütfi Axad, Xalid Rəfiq, Ətif Yılmaz, Məmduh Ün kimi rejissorların asistenti kimi çalışmışdır. 1963-cü ildə Zəki, "Ölüm bazarı" filminin rejissoru olmuşdur. Yaşadığı ömürdə bir çox mükafatlar qazanıb. 19 dekabr, 2009-cu il, 18:15 radələrində Ögtən, traxikardiya xəstəliyindən vəfat etmişdir.
Zəki İslam
Yusifov Zəki İslam oğlu (Zəki İslam; 10 avqust 1939, Cil, Krasnoselsk rayonu – 2018, Bakı) — Azərbaycan şairi, "Qızıl qələm" mükafatı laureatı. Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir. Zəki İslam məşhədi, kərbəlayi və hacıdır. Göyçənin tonqalı sinəmdə yanır.
Zəki Şükürov
Zəki Ruhulla oğlu Şükürov (1 yanvar 1905, Ərdəbil – 1987, Bakı) — neftayıran, Sosialist Əməyi Qəhrəmanı (1959). Zəki Ruhulla oğlu Şükürov 1 yanvar 1905-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Mərəlli kəndində anadan olub. Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1930-cu ildən Vanno Sturua ad. Neftayırma zavodunda operator köməkçisi, 1933-cü ildən operator, 1936-cı ildən baş operator, 1941-ci ildən qurğu rəisi, 1982-ci ildən operator vəzifəsində çalışmışdır. 1986-cı ildən pensiyadadır. Azərbaycan Kommunist Partiyası 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Şükürov haqqında sənədli film çəkilmişdir (1974).
Zəki Ərsuzi
Zəki Nəcib əl-Ərsuzi (ərəb. زكي نجيب الأرسوزي‎; iyun 1899, İskəndərun və ya Laziqiyyə – 2 iyul 1968, Dəməşq) — suriyalı siyasətçi və Suriyada Fransa mandatı dövründə milliyətçi.
Mehmed Zəki Paşa
Mehmet Zəki Paşa (1846, İstanbul - 1929, İstanbul) — türk komandanı, Osmanlı İmperiyasının muşiri (marşal), süvari Həmidiyə Alaylarının yaradıcısı. == Həyatı == Mehmet Zəki Paşa 1846-cı ildə İstanbulda anadan olmuşdur. Şimali Qafqazdan köç etmiş mühacirlərin nəslindən idi. Hansı millətə mənsub olması haqqında müxtəlif fərziyyələr vardır. Bir sıra mənbələrə görə, ya çərkəz, ya da Berzek qəbiləsindən olan bir ubıx və ya İmam Şamilin qohumu idi. Hər halda, Mehmet Zəki Paşanın Şimali Qafqaz mənşəyi şübhəsizdir. == Hərbi xidmət == 1860-cı ildən 14 yaşında özünü hərbi xidmətə həsr etmişdir. O, bu ildə Mektebi- Harbiyyəyə daxil olmuşdur. 1878-ci ildə ferik rütbəsinə yüksəlmişdir. Yıldız Sarayında mühafizə alayında xidmət keçmiş, Liviya və Balkan yarımadasındakı döyüş əməliyyatlarında iştirak etmişdir.
Mehmet Zəki Paşa
Mehmet Zəki Paşa (1846, İstanbul - 1929, İstanbul) — türk komandanı, Osmanlı İmperiyasının muşiri (marşal), süvari Həmidiyə Alaylarının yaradıcısı. == Həyatı == Mehmet Zəki Paşa 1846-cı ildə İstanbulda anadan olmuşdur. Şimali Qafqazdan köç etmiş mühacirlərin nəslindən idi. Hansı millətə mənsub olması haqqında müxtəlif fərziyyələr vardır. Bir sıra mənbələrə görə, ya çərkəz, ya da Berzek qəbiləsindən olan bir ubıx və ya İmam Şamilin qohumu idi. Hər halda, Mehmet Zəki Paşanın Şimali Qafqaz mənşəyi şübhəsizdir. == Hərbi xidmət == 1860-cı ildən 14 yaşında özünü hərbi xidmətə həsr etmişdir. O, bu ildə Mektebi- Harbiyyəyə daxil olmuşdur. 1878-ci ildə ferik rütbəsinə yüksəlmişdir. Yıldız Sarayında mühafizə alayında xidmət keçmiş, Liviya və Balkan yarımadasındakı döyüş əməliyyatlarında iştirak etmişdir.
Məhəmməd Əmin Zəki
Məhəmməd Əmin Zəki (kürd. Mihemed Emîn Zekî; 1880, Süleymaniyyə – 1948) — kürd yazıçısı, tarixçisi və siyasətçisi. Məhəmməd Əmin Zəki 1880-ci ildə Osmanlı imperiyasının Süleymaniyyə şəhərində anadan olmuşdur. O, Süleymaniyyə Hərbi Məktəbi və Bağdad Hərbi Liseyində təhsil aldıqdan sonra 10 fevral 1902-ci ildə Osmanlı Hərbi Akademiyasından məzuz olaraq Osmanlı ordusuna qatılmışdır. Məhəmməd Əmin Zəki 11 yanvar 1905-ci ildə İstanbuldakı Osmanlı Hərbi Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. O, daha sonra Osmanlı ordusunda qərargah zabiti kimi xidmət etmişdir. Məhəmməd Əmin Zəki Bağdad Hərb Tarixi kafedrasını tərk etmiş və 23 iyul 1923-cü ildə İraq Hərbi Akademiyasında mühazirələr oxumağa başlamışdır. O həmçinin, 1920-ci illərdə Britaniya mandatı altında İraq administrasiyasında çalışmış və 1928-ci ildə müdafiə naziri təyin edilmişdir. Onun kürd xalqı və dövlətlərinin tarixinə dair iki cildlik kitabı bu mövzuda məşhur əsərlərdən biridir olmuş, ingilis və ərəb dillərinə tərcümə edilmişdir. Məhəmməd Əmin Zəki 1944-cü ilin dekabrından 1946-cı ilin iyununa qədər Deputatlar Palatasının sədri olmuşdur.
Zəki Vəlidi Toğan
Əhməd Zəki Vəlidi Toğan (Başqırdca: Әхмәтзәки Әхмәтшаһ улы Вәлиди, Äxmätzäki Äxmätşah ulı Wälidi}}, bəzən Validi, 10 (22) dekabr 1890 və ya 1890, Kuzyanovo[d], Ufa quberniyası – 26 iyul 1970 və ya 1970, İstanbul) — başqırd tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri. Əsl adı Əhməd Zəkidir. Rusiyada ikən Validov soyadınından, Türkiyəyə gəldikdən sonra isə Toğan soyadından istifadə etmişdir. "Toğan" sözü "doğan" sözünün qıpçaq türkçəsindəki qarşılığı, başqırd türkçəsindəki şəklidir. 10 dekabr 1890-cı ildə Başqırdıstanın İsterlitamak qəzasının Küzən kəndində anadan olmuşdur. Daha ilk mədrəsə təhsilini alarkən bir yandan özəl Rusça dərsləri alırdı. Müəllim olan anasından Farsça da öyrənmişdir. 1902-ci ildə orta təhsil üçün Ütekdə olan dayısı Həbib Neccarın mədrəsəsinə getdi. Buradakı təhsili sırasında Ərəb dili dərsləri alaraq dil bilgisini genişləndirdi. 1908-ci ildə kəndindən qaçaraq Kazana gəlib, burada özəl dərslər aldı.
Zəki Xan Zənd
Zəki Xan Zənd (Məlayer, Həmədan ostanı – 6 iyun 1779 və ya 14 iyun 1779) — Zəndlərin hərbi komandiri və Kərim Xanın Nənə (Ağa Bəyim) tərəfindən qardaşı, həmdə əmisi Budaq Xanın oğluydu. Zənd sülaləsinin üzvü Zəki xan, rəsmi olaraq heç vaxt Zənd hökmdarı olmadı, ancaq 1779-cu il martın 2-də, qardaşı Kərim Xanın vəfatı ardından üç ay ərzində ölkənin gücünü ələ keçirdi. 6 iyun 1779-cu ildə Zəki xan İsfahana gedərkən İzədxast qəsəbəsində qorxu yaratdı. Ancaq bu dəfə o qədər iti getdi ki, hətta öz adamları da şoka düşdü. Aralarında olan bir qrup qəbilə lideri, İzədxast kəndindəki çadırında yatarkən onu öldürdü.
Mehmet Zəki İrmez
Mehmet Zəki İrmez (1980, Şırnaq) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mehmet Zəki İrmez 1980-ci ildə Şırnak ilində anadan olub. Dicle Universiteti Mühasibat uçotu Bölməsindən, Van Yüzüncü İl Universiteti Təhsil Bölməsindən, Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub. 2006-2016-cı illərdə müəllim olaraq, həmçinin Milli Təhsil Nazirliyində çalışıb. HDP Şırnaq il şöbəsinin həmsədri və Bölgələr Partiyası (DBP) Şırnaq il şöbəsinin həmsədri vəzifələrində çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) Şırnaq şöbəsinin də sədri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 3 uşaq atasıdır.
Əhməd Zəki Soydəmir
Əhməd Zəki Soydəmir (türk. Ahmet Zeki Soydemir) (1883, Saloniki – 4 sentyabr 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. 1905-ci ildə hərbi məktəbi və 1908-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. Birinci Dünya müharibəndə Çanaqqala cəbhəsində vuruşmuş və 57-ci alayın 1-ci tabor komandiri kimi Qanlısırt, Mərkəztəpə kimi bölgələrdə gedən döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə yaralanaraq bir müddət xəstəxanada yatdı. Daha sonra isə 21-ci alay komandirinin müavini vəzifəsinə təyin edildi. Sakarya meydan döyüşündən sonra 6-cı tümən, daha sonra isə Mürəttəp tümən komandiri kimi xidmət göstərdi. Böyük hücumda 2-ci süvari tüməninin komandiri idi. 31 avqust 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. Müharibədən sonra "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı.
Əhməd Zəki Vəlidi Togan
Əhməd Zəki Vəlidi Toğan (Başqırdca: Әхмәтзәки Әхмәтшаһ улы Вәлиди, Äxmätzäki Äxmätşah ulı Wälidi}}, bəzən Validi, 10 (22) dekabr 1890 və ya 1890, Kuzyanovo[d], Ufa quberniyası – 26 iyul 1970 və ya 1970, İstanbul) — başqırd tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri. Əsl adı Əhməd Zəkidir. Rusiyada ikən Validov soyadınından, Türkiyəyə gəldikdən sonra isə Toğan soyadından istifadə etmişdir. "Toğan" sözü "doğan" sözünün qıpçaq türkçəsindəki qarşılığı, başqırd türkçəsindəki şəklidir. 10 dekabr 1890-cı ildə Başqırdıstanın İsterlitamak qəzasının Küzən kəndində anadan olmuşdur. Daha ilk mədrəsə təhsilini alarkən bir yandan özəl Rusça dərsləri alırdı. Müəllim olan anasından Farsça da öyrənmişdir. 1902-ci ildə orta təhsil üçün Ütekdə olan dayısı Həbib Neccarın mədrəsəsinə getdi. Buradakı təhsili sırasında Ərəb dili dərsləri alaraq dil bilgisini genişləndirdi. 1908-ci ildə kəndindən qaçaraq Kazana gəlib, burada özəl dərslər aldı.
Əhməd Zəki Əbu Şadi
Əhməd Zəki Əbu Şadi (ərəb. أحمد زكي أبو شادي, Aḥmad Zakī Abū Shādī‎; 9 fevral 1892[…], Qahirə, Misir xidivliyi – 12 aprel 1955, Vaşinqton) — Misir şairi, yazıçısı, filoloqu və tərcüməçisi. 1946-cı ildən ABŞ-də yaşamışdır. Əhməd Zəki Əbu Şadi 9 fevral 1892-ci ildə Qahirədə anadan olmuşdur. O, 1912–1922-ci illərdə London Universitetində bakterioloq kimi təhsil alıb. Əbu Şadi 1936-cı ildə Qahirədə "Apollon" ədəbi dərnəyini və Misir poeziyasının müxtəlif cərəyanlarının nümayəndələrinin ətrafında toplandığı eyniadlı jurnalı təsis etmişdir. O, 1939-cu ildən İsgəndəriyyədə "Ədəbi" jurnalını nəşr etdirir. Əbu Şadi 1946-cı ilin aprelində ABŞ-yə köçmüşdür. O, Nyu-Yorkda ərəb koloniyasının qəzet və jurnallarının redaktoru, Asiya İnstitutunda ərəb ədəbiyyatı professoru idi. Əbu Şadi lirik qəsidələr, hekayələr və mənzum dramlar yazmışdır: "Sübhdə şeh" (1910), "Şüalar və kölgələr" (1931), "Bahar görüntüləri" (1933) topluları; "İbn Zeydun həbsdə" (1925), "İmrul-Qaisin ölümü" (1925) tarixi romanları və s.
Əhməd Zəki Vəlidi adına Milli Kitabxana
Əhməd Zəki Vəlidi adına Milli Kitabxana (başq. Әхмәтзәки Вәлиди исемендәге милли китапхана) — tarixçi, başqırd inqilabı və azadlıq hərəkatının öndəri olan Əhməd Zəki Vəlidi Toğanın adına olan və Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən kitabxana və dövlət kitabsaxlayıcısı. Bu kitabxana Başqırdıstanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirir, milli nəşrləri, xarici ölkələrdə Başqırdıstan haqqında nəşr olunmuş çap məhsullarını və Başqırdıstan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edir. Tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri olmuş Əhməd Zəki Vəlidi Toğanın adını daşıyır. Əhməd Zəki Vəlidi Toğan Синенко С. Г. Уфа старая и новая. — Уфа: Государственное республиканское издательство "Башкортостан", 2007. — 272 с. — 3000 экз.
Mehriban Zəkiyeva
Mehriban Mürvət qızı Zəki (18 dekabr 1966, Bakı) — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), prezident mükafatçısı. == Həyatı == Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. 2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərmişdir. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir. 1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Mirfateh Zəkiyev
Mirfateh Zəkiyeviç Zəkiyev (14 avqust 1928, Zəype[d], Bəyrəkə[d], Buqulminsk kantonu[d], Tatarıstan MSSR, RSFSR, SSRİ – 18 avqust 2023, Moskva) – tatar türkoloq, filosof, dilçi, ictimai xadim və müəllim. Tatarıstan Respublikasının Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, Qalimcan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun leksikologiya və dialektologiya kafedrasının müdiri, Beynəlxalq Türk Akademiyasının Tatarıstan bölməsinin akademik-katibi, Türk Dilçilik Cəmiyyətinin üzvü, Avrasiya Milli Beynəlxalq Türkşünaslıq Mərkəzi Rəyasət Heyətinin fəxri üzvü,, Tatar Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Başqırd Dövlət Universitetinin fəxri doktoru (2011), Tatarıstan MSSR Ali Sovetinin sədri (1980-1990). Tatarca və digər türk dilləri məsələsində araşdırmalar etmişdir. Zəkiyevin türk xalqları barədə araşdırmaları da vardır. Tatar dilinin akademik qramatikası adlı geniş həcmli əsərində taat dilinin qramatik əsaslarını incələmişdir. Zəkiyev ön türk dillərinin hind-avropa dillərinin çıxış nöqtəsi olduğunu iddia etməkdədir. Zəkiyevə görə, şumercə, antik yunanca, islandca, etruskca və kritcə türk kökənli dillər olmuşdurlar. Bundan əlavə, şumerlər, skiflər və sarmatlar da türk olmuşdurlar. "Hezerge Tatar edebi tele, Syntax", Kazan, 1958, in Tatar ("Хәзерге татар әдәби теле. Синтаксис", Казан, 1958) "Syntactic structure of the Tatar language", Kazan, 1963, in Russian ("Синтаксический строй татарского языка", Казань, 1963) School textbooks on Tatar language for upper grades of Tatar schools, republished from 1964 on.
Rameş Zəkiyev
Zəkiyyə Cəfərova
Zəkiyyə Cəfərova (Uşaq)
Zəkiyyə Həsənova
Zəkiyyə Mahmudova
Zəkiyyə Güləmi qızı Mahmudova (7 noyabr 1949, Bakı) — geyim rəssamı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının üzvü (1996), Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005), Balaxanı qəsəbəsinin ilk qadın rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Zəkiyyə Mahmudova 1949-cu il noyabr ayının 7-də Bakı şəhərində dünyaya gəlib. O, 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olub. Zəkiyyə Mahmudova 1966-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. O, 1970-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlayıb. Zəkiyyə Mahmudovanın “Bulud niyə ağlayır?”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. animasiya filmlərinin, “Nar ağacının nağılı”, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində böyük əməyi olub. 1996-cı ildən Cəfər Cabbarlı adına kinematoqrafiya ittifaqının, 2005-ci ildən Azərbaycan rəssamlar birliyinin üzvüdür. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Şahin Zəkiyev
Şahin Zəkiyev (azərb. Şahin Zəkiyev‎; d. 11 iyun 1999) - Azərbaycan Premyer Liqasında Səbail fk-nun futbolçusu (qapıçı). == Klub karyerası == 18 aprel 2019-cu il tarixində Zəkiyev Azərbaycan Premyer Liqasında Keşlə futbol klubunda Qarabağ futbol klubu ilə oyunda debüt etmişdir.

Digər lüğətlərdə