2011-ci il Mərakeş iğtişaşları
2011-ci il Mərakeş iğtişaşları - Mərakeşdə kral VI Məhəmmədin hakimiyyətinə son qoyulması tələbi ilə keçirilən aksiyalar faciəvi hadisələrə yol açmışdır.
Əl-Xoseym şəhərində aksiyaçılar bir bankın şöbəsini yandırıblar. Həmin vaxt binada olan 5 bank işçisi diri-diri yanıb. Mərakeş hakimiyyəti hadisə ilə bağlı araşdırma başladığını bəyan edib.
Ümumiyyətlə, aksiyalar zamanı 128 nəfər yaralanıb, 120 nəfər saxlanılıb. Rabat və Kasablanka şəhərlərində keçirilən aksiyalar dinc xarakter daşısa da, mağazaları talan edən qruplar meydana gəlmişdi. Qeyd edək ki, Mərakeşdə 20 Fevral Hərəkatı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ölkədə kral hakimiyyətinə, korrupsiyaya son qoymaq, həyat şəraitini yaxşılaşdırmaq tələbləri ilə aksiya təşkil edir.Mərakeşdə minlərlə nümayişçi paytaxt Rabatın küçələrinə çıxaraq kralın səlahiyyətlərinin azaldılmasını, korrupsiya ilə mübarizənin aparılmasını və siyasi islahatlar tələb ediblər. Nümayişlərə polis müdaxilə etməyib, etirazçılar əllərində Tunis və Misir bayraqları tutublar. Nümayişlərin təşkilatçısı olaraq “20 fevral hərəkatı” adlanan, Facebook səhifələrində qurulan hərəkat çıxış edir. Hərəkatın Facebook səhifəsində 19 mindən çox davamçısı qeydiyyatdan keçib.