AÇILIŞMAQ

f.
1. qarş. Bir-birinə yaxın olmaq, məhrəmləşmək, bir-birinə isinişmək, yaxınlaşmaq.
[Əhməd:] Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm, bu əhvalat bizim açılışmağımıza səbəb oldu. T.Ş.Simurq.

2. Daha utanmamaq, sıxılmamaq, özünü sərbəst hiss etmək; tədricən mühitə, ətrafdakılara, şəraitə alışmaq.
Usta Ağabala əvvəl bir utandı, sonra isə yavaş-yavaş açılışdı. Çəmənzəminli.
Qarnı doymuş və rəngi özünə gəlmiş uşaqlar həyətdə oynayır, getdikcə şadlanıb açılışırdılar. M.İbrahimov.

3. Həyasızlaşmaq, daha çəkinməmək, sırtıqlaşmaq, əl-qol açmaq.
4. İnkişaf etmək, kamilləşmək, zehni açılmaq, irəliləmək. Uşaq məktəbə gedəndən xeyli açılışıbdır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AÇILIŞMAQ məhrəmləşmək — isinişmək — yaxınlaşmaq
  • AÇILIŞMAQ kamilləşmək — yetişmək — irəliləmək
  • AÇILIŞMAQ həyasızlaşmaq — sırtıqlaşmaq

Antonimlər (əks mənalı sözlər)

  • AÇILIŞMAQ AÇILIŞMAQ – SIXILMAQ Usta Ağababa əvvəl bir utandı, sonra isə yavaş-yavaş açılışdı (Çəmənzəminli); Fatma ağlamsındı, ancaq onu səsi çox nazikdir, özü
AÇILIŞMA
AÇILMA

Digər lüğətlərdə

...ли́стый гости́нец жа́лить заси́лье нату́ра не в то́н прее́мственно розове́ть пири́тный подсы́л уплотнённый елда(к) сколдыра тушкан aqua- cytotechnologist fuddle haricot off-pitch reefy workfolk зоркий инициалы произрастать цветистый