AŞİQLİK is. Aşiqin, birinə vurulmuş adamın halı; aşiq olma, eşqə mübtəla olma; vurulma, bənd olma. Məndə Məcnundan füzun aşiqlik istedadı var. Füzuli. Aşiqlik işinə xeyli pürfənəm; Fərhada, Məcnuna, Vamiqə tənəm. Q.Zakir.