ANADANGƏLMƏ

sif.
1. Lap doğulandan xas olan; xilqətində, yaradılışında olan; fitri. Anadangəlmə nöqsan. Anadangəlmə pəltək. Anadangəlmə lal.
[Mürşüd:] Adamda gərək qanacaq anadangəlmə olsun. S.Rəhman.
[Əzizin] …anadangəlmə sağ ayağı sol ayağından azacıq gödək idi. İ.Məlikzadə.

2. məc. dan. Tamamilə lüt, çılpaq.
□ Anadangəlmə olmaq – lüt olmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ANADANGƏLMƏ 1. ANADANGƏLMƏ (lap doğulandan xas olan) Əlbəttə, bu hisslər onun ürəyində anadangəlmə deyildi (M.İbrahimov); ANADANDOĞMA (Kərbəlayı Qədim:]
  • ANADANGƏLMƏ fitri
ANADANDOĞMA
ANÁFORA

Digər lüğətlərdə