AXICI

sif.
1. Axmağa qabil olan; duru. Axıcı cisimlər.
2. məc. Səlis, rəvan.
Bütün əsər boyu istər yazıçının təsvirlərində, istərsə surətlərin danışığında axıcı, ahəngdar, gözəl Azərbaycan dilinin musiqisi qulağımıza dəyir. M.İbrahimov.
Bütün müdərrislərimiz ondakı [Həsəndəki] səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AXICI axıcı bax səlis
  • AXICI bax: axar

Antonimlər (əks mənalı sözlər)

  • AXICI AXICI – SÖNÜK Bütün müdərrislərimiz ondakı səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər (İ.Əfəndiyev); Onun nitqi çox sönük, cansıxıcı idi
AXI
AXICILIQ

Digər lüğətlərdə