1. Materiyanın, yüklü hissəciklərdən: elektronlardan, pozitronlardan, protonlardan və s.-dən ibarət forması. Elektrik haqqında nəzəriyyə.
2. Xalq təsərrüfatının bütün sahələrində və məişətdə işlədilən enerji növlərindən biri. İşlər elektriklə görünür. Elektrik stansiyasının gücü.
3. Bu energiyadan hasil olan işıq. Elektrik çəkmək. Elektriki söndürmək.
4. Elektriklə işləyən, elektriklə hərəkətə gətirilən. Elektrik motoru. Elektrik peçi. Elektrik saatı. Elektrik aqreqatı.
// Elektrikdən alınan, hasil edilən. Elektrik işığı.
// Elektrik hasil edən, elektrik verən, elektrik saçan. Bayıl elektrik stansiyası. Elektrik batareyası. Elektrik dövrəsi (elektrik cərəyanı keçən yol).
□ Elektrik vaqonu (qatarı) – bax elektriçka. …Qayıdırdım.
◊ Elektrik stulu – ABŞ-da ölüm cəzası aləti.