ABÜ GİL

f. «su və gil» m. aləm, dünya.

ABÜ ƏLƏF
ABÜ HƏVA
OBASTAN VİKİ
Gil
Gil — üzvi maddəsiz bərk lil == Daşvari gillər == Daşvari gillər suda islanmayan daşabənzər kaolinit gilləridir (argillitlər). Əsasən müxtəlif çalarlı ağ və boz, bəzən zəif çəhrayı və bənövşəyi rəngli, qabığvari sınması olan qeyri-plastik və bəzən zəif plastik sıx süxurdur. Kollomorf quruluş (oolit, porfiroblast, lopavari, şırnaqlı, torlu və b.) və teksturla (məsaməli, bütöv, pulvari və b.) səciyyələnir, əsas kütləsi, demək olar ki, tam izotropdur. Qarışıqları kvars, mika və b. terrigen minerallardır. Daşvari gillər odadavamlı (1750-1790 °C-yə qədər) olub, mərmər və müxtəlif saxsı məmulatı istehsalında işlədilir. Daşvari gillər müxtəlif ölkələrin karbon (bəzən təbaşir və b.) çöküntülərində geniş yayılmışdır. Daşvari gillər həm də elüvial əmələgəlmələrdə rast gəlir. == Çökmə gillər == Çökmə gillər aşınma qabığının gilli və başqa məhsullarının yuyulub, daşınması və su hövzələrində çökdü­rülməsi nəticəsində əmə­lə gəlir. Bu hövzələrdə dəniz suyu elektrolitlərinin və kontinental hövzələrin humin birləşmələrinin təsiri altında gilli hissəciklərin koaqulyasiyası baş verə bilər.
Gil adası
Gil adası — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunluğu 2.5 km, ən enli yeri isə 0,3 km təşkil edir. Məskunlaşma yoxdur. Adaya ən yaxın yaşayış məntəqəsı Ələt qəsəbəsidir. Adanı sahildən 3,5 km-lik məsafə ayırır. Bakı şəhərı Qaradağ rayonun inzibati ərazisinə aiddir. Ərazisi 0,9 km² təşkil edir. Ada Ələt körfəzində yerləşir.Suxurlar əsas etibarı ilə gildən təşkil olmuşdur. Hündürlüyü 6 metr təşkil edir. == Ekologiyası == Ada 1964 ildən yasaqlıq elan edilib.
Qırmızı gil
Rafael Gil
Gil Məhlulu (1935)
Naxçıvan gil yatağı
Naxçıvan gil yatağı- Babək rayonu ərazisində,Naxçıvan şəhərindən 2.5 kilometr şərqdə, Naxçıvan gil yatağı I-dən 3 kilometr şərqdə,Naxçıvançayın sol sahilindədir. Geoloji quruluşunda müasir dövrün boz, çəhrayımtıl-boz rəngli gilləri iştirak edir. Sahəsi 0.06 kvadrat kilometr, faydalı qatın qalınlığı 2.8–5.4 metrdir. Yarımzavod tədqiqatlarının nəticələrinə görə, gil süxurları "75" markalı kərpic istehsalına yararlıdır.Yataq 1976-cı ildən istismar olunur. Yatağın A+V+S kateqoriyaları üzrə ehtiyatı 1513 min kub metrdir.
Şahbuz Gil Yatağı
Şahbuz Gil Yatağı — Şahbuz rayonu ərazisində, Şahbuz şəhərindən 2 km. şimal-şərqdə keşmiş Qarababa kəndi yaxınlığında yerləşən yataq. Geoloji quruluşunda Üst Dördüncü dövrün allüvial-prolüvial çöküntüləri, boz, tünd-boz rəngli gil və gilcə süxurları iştirak edir. Sahəsi 0,23 km2, faydalı qatın qalınlığı 1,4-4,7 metrdir. Laboratoriya və yarımzavod tədqiqatlarının nəticələrinə görə, gil süxurları "100" markalı kərpic istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 973540 m3-dir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Gil məhlulu (film, 1935)
Gil adası Dövlət Təbiət Yasaqlığı
Gil adası Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin fevralında yaradılmışdır. Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşir. Yasaqlığın sahəsi 400 hektardır. Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur . Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.