ABIRLI

sif.
1. Həyalı, ismətli, utancaq, namuslu. Abırlı qız. – Abırlı abrından qorxar, abırsız nədən qorxar? ( Ata. sözü ).
2. məc. Etibarlı, hörmətli, nüfuzlu, ciddi.
Heyif ki, onun parlaq dövründə abırlı bir vəzir görmədik. M.F.Axundzadə.
[Müdir:] Bax, mən görürəm ki, sən bir abırlı qoca kişisən, daha gəlib-getməkdən yoruldun. Ə.Məmmədxanlı.

3. məc. dan. Yaxşı, münasib, səliqəli. Abırlı geyim-kecim. Abırlı paltar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ABIRLI abırlı bax həyalı
  • ABIRLI yaxşı — münasib — səliqəli (paltar)
  • ABIRLI etibarlı — hörmətli — nüfuzlu
  • ABIRLI həyalı — ismətli — utancaq — namuslu

Antonimlər (əks mənalı sözlər)

  • ABIRLI ABIRLI – HƏYASIZ Arvad, Səfər pis oğlan deyil, atası da bir abırlı kişidir (Ə.Haqverdiyev); Tez ol aç qapını, həyasız qarı! (A
ABIRLANMAQ
ABIRSIZ

Digər lüğətlərdə

банду́ра выкрыва́ться острозара́зная оффла́йн позы́в поши́вочник шхе́ры гола́рктика засквози́ть мангу́ст новозела́ндский пискли́вость прото́пать хру́пкость ю́жный зигзаг овёс сыворотка ягала encourage postage thorn-hedge освежиться усовещивать цигейка