AC
ACİL
OBASTAN VİKİ
Abbas Acalov
Abdulla Abbas Hacaloğlu (12 may 1940, Kəpənəkçi, Lüksemburq rayonu – 4 sentyabr 2019) — şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), ədəbiyyatşünas, tərcüməçi, redaktor, siyasətçi, Azərbaycan Kommunist Partiyası üzvü, Müsavat Partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbuldakı baş konsulu (1992–1997), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984). Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Tiflisin baş hakimi İsrafil ağa Acalov və Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucusu və başcısı Emin ağa Acalov əmiləridirlər. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958–1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964–1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981–1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T. Q. Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir. Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961–1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966–1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973–1977), baş redaktorun müavini (1979–1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992–1997) olmuşdur. Kommunist Partiyasının üzvü olmuş (1978–1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981–1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991–1992).
Acalovlar
Acalovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Gürcüstanın Mərkəzi Tarix Arxivində saxlanılan 1821-ci ilə aid təhrir siyahılarından bəlli olur ki, Ağakişi bəy Molla Ağakişi oğlu Bolus- Kəpənəkçi kəndinin başçısı (kəndxudası) olmaqla, onun Qəhrəman, Alı, Nağı və Musa adlı dörd oğlu haqqında da məlumat var. Rus ordusunun Əlahiddə Gürcüstan Korpusunun generalı Velyaminovun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, Ağakişi bəy 1818-ci ildə üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli qızıl medalla tətif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var. (F. Valehoğlu, "Qarapapaqlar"dərgisi, 2010, sayı 8.-ci sayında "Bolus-Kəpənəkçi ağaları — Ağakişi bəy və onun oğlu Musa ağa" məqaləsindən) Buradan görünür ki, İsrafil bəyin babası Çar Rusiyasının etibarlı təəbələrindən biri olmuş ki, qızıl medalla təltif edilmişdir. Əsasən İsrafil ağaya həsr olunan bu yazıda isə istinad mənbəyimiz Kəpənəkçinin ağsaqqalları və özəl olaraq İsrafil bəyin oğul nəvəsi indi onun adını daşıyan İsrafil Rəhim oğlu Acalov və İsrafil ağanın qızı Qızxanımın nəvəsi Söhrab Məmmədovun topladıqları materiallar və yaddaşlarında qalan tarixi olaylar olacaqdır. Bəri başdan hər ikisinə də oxucularımız adından minnətdarlığımızı bildiririk. Ağakişi bəyin dörd oğlundan Musa ağa (Borçalıda Musa ağa daha çox "Qaragöz"adı ilə məşhur olub ad-san qazanmışdır.) çox bacarıqlı və istedadlı gənc kimi seçilib. Xüsusi məktəbdə təhsil alan "Qaragöz" Musa ağa Kəpənəkçidəki malik olduqları pay torpaqlarına qane olmayıb indiki "Ağalıq" deyilən yurda çıxmışlar. Bu yurd sonradan Gürcüstanda Bolnisi rayonunun bir kəndi olaraq "Ağalıq" adı ilə rəsmiləşmişdir. Əslində "Ağalıq" Musa ağaya gürcü knyazından məhkəmə və hərbə-zorba çəkişmələrindən sonra onlara nəsib olmuş və tarixi titulları əsasında da "Ağalıq" deyə tarixə düşmüşdür.
Acalypha
Akalif (lat. Acalypha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Acalypha abingdonii Seberg Acalypha acapulcensis Fernald Acalypha accedens Müll.Arg. Acalypha acerosa Cardiel (təsdiq olunmamış növ) Acalypha acrogyna Pax Acalypha acuminata Benth. Acalypha adenostachya Müll.Arg. Acalypha alchorneoides Rusby Acalypha alexandri Urb. Acalypha aliena Brandegee Acalypha allenii Hutch. Acalypha alnifolia Klein ex Willd. Acalypha alopecuroides Jacq. Acalypha ambigua Pax Acalypha amblyodonta (Müll.Arg.) Müll.Arg.
Acalypha andina
Acalypha padifolia (lat. Acalypha padifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha australis
Avstraliya akalifi (lat. Acalypha australis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha bipartita
Acalypha bipartita (lat. Acalypha bipartita) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha brachiata
Acalypha brachiata (lat. Acalypha brachiata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha californica
Kaliforniya akalifi (lat. Acalypha californica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha cardiophylla
Acalypha cardiophylla (lat. Acalypha cardiophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha cuneata
Acalypha cuneata (lat. Acalypha cuneata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha dictyoneura
Acalypha dictyoneura (lat. Acalypha dictyoneura) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha ecuadorica
Acalypha schiedeana (lat. Acalypha schiedeana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Emin Ağa Acalov
Emin ağa Acalov, Emin bəy Acalov, Emin Borçalı və ya Emin ağa Borçalı (1868, Kəpənəkçi – 1937, Qazax) — Borçalı Qarapapaq Türk Cümhuriyyətinin qurucusu, Qars Milli İslam Şurası Ümumi Mərkəzinin başçısı, Qars Milli İslam Şurası Hökuməti başçısının müavini. Emin ağa Borçalı 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində Hacallı nəslindən Ağanın ailəsində anadan olmuşdur. Həmin illər Borçalı mahalı Rusiya imperiyasının tərkibində idi və qəza statusunu almışdı. Emin ağanın uşaqlığı Kəpənəkçi kəndində keçib. Uşaqlıqda 4 il dini təhsil almış, Quranı və ərəb əlifbasını öyrənmişdir. Yeniyetmə çağlarında gimnaziya təhsili alaraq rus dilini öyrənir. Sonra Ağbulaqda Meşə akademiyasını bitirir. Atasını erkən itirən Emin 17 yaşından atasından qalan təsərrüfatı idarə edir. Emin ağa Borçalıda Novruz bayramı zamanı gənclər arasında keçrilən at yarışı zamanı birinci yerə çıxdığına görə gənc Emin ağanı Zaqafqaziya qubernatorunun yanına gətirirlər. Qubernator onu Telavi qəzasına xüsusi tapşırıqlar üzrə məmur təyin edir.
Fərhad Acalov (boksçu)
Fərhad Acalov — azərbaycanlı keçmiş boksçu, müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu (2000). 1994-cü ildən boks idman növü ilə məşğul olmuş və Respublikamızın idman şərəfini müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir: 1.Avropa birinciliyi II yer (gümüş medal)-1997-98-ci il 2. Dünya birinciliyi I yer (qızıl medal)-2000-ci il-çempionatın ən texnikalı boksçusu 3. Tələbələrin Universiadası I yer (qızıl medal)-2000-ci il 4. Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)-2001-ci il 5. Hərbçilərin Olimpiya Oyunları III yer(bürünc medal)-2003-cü il 6. Tələbələrin Dünya çempionatı II yer(gümüş medal) -2004-cü il 7. Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 8. Neft ölkələrinin Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 1997-ci il Bitola Avropa Çempionatı. 1997 yarışmasının 1/8 finalında Antonio Brillantino Acalovun rəqibi idi.
Proprioseiopsis acalyphae
Proprioseiopsis acalyphae (lat. Proprioseiopsis acalyphae) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis acalyphae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Rubia acaliculata
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
İsrafil ağa Acalov
İsrafil ağa Musa ağa oğlu Acalov (Kvemo-Bolnisi) — Borçalı ağası. Borçalının tarix səhnəsindəki yeri və rolu adətən onun türksoylu qarapapaq kişilərinin şücaətləri ilə daha çox yadda qalmışdır. Osmanlı-Türkiyə tarixinin 1000 il əvvəlinə qayıtsaq, Osmanlı sultanı Baybars haqqında da onun Qarapa­paq Borçalı türkü olduğu barədə müəyyən bəlgələrin tarixdən günümüzə qədər gəlib çatdığını ifadə edən özəl qaynaqlar var. Bu mahalın qədimliyində, adının əbədiyaşar olmasında yetişdirdiyi tarixi şəxsiy-yətlərin rolu əvəzsizdir. Hər bir dövrün, onilliklərin, yüzil-liklərin hamısında demək olar ki, qəhrəmanlıq dastanlarına kimi gedib çıxan ərlərin, ərənlərin olması onu göstərir ki, bu regionun əhalisi, mərd, vətənpərvər və dosta sədaqəti olmaları ilə seçilmişlər. Belə seçilənlərdən birinin də Bolus-Kəpənəkçi elinə bağlı Ağalıq kəndindən olan İsrafil bəy Musa ağa oğlu Acalovdur. Onun haqqında əlimizdə kifayət qədər məlumat vardır. Düşünürəm ki, İsrafil bəy haqqında danışmazdan əvvəl onun soykökünü qısaca anlatmaq da yerinə düşərdi. Gürcüstanın Mərkəzi Tarix Arxivində saxlanılan 1821-ci ilə aid təhrir siyahılarından bəlli olur ki, Ağakişi bəy Mol­la Ağakişi oğlu Bolus-Kəpənəkçi kəndinin starşinası (kəndxudası) olmaqla, onun Qəhrəman, Alı, Nağı və Musa adlı dörd oğlu haqqında da məlumat var. Rus ordusunun Əlahiddə Gürcüstan Korpusunun generalı Velyamino­vun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, Ağakişi bəy 1818-ci ildə üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli qızıl medalla tətif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var.
Acalypha ciliata
Acalypha ciliata (lat. Acalypha ciliata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha ostryaefolia
Acalypha filiformis
Acalypha filiformis (lat. Acalypha filiformis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha ostryifolia
Acalypha ostryifolia (lat. Acalypha ostryifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Acalypha virginica
Acalypha virginica (lat. Acalypha virginica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Arif Acalov
Arif Acaloğlu (10 aprel 1956, Kəpənəkçi, Bolnisi rayonu – 15 noyabr 2023, Bakı) — Azərbaycan alimi, filologiya elmlər doktoru, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi. 1992–1993-cü illərdə Azərbaycan prezidentinin müşaviri. Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur. O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir. Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi ve mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi-Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve kulturologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur.
Arif Acaloğlu
Arif Acaloğlu (10 aprel 1956, Kəpənəkçi, Bolnisi rayonu – 15 noyabr 2023, Bakı) — Azərbaycan alimi, filologiya elmlər doktoru, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi. 1992–1993-cü illərdə Azərbaycan prezidentinin müşaviri. Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur. O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir. Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi ve mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi-Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve kulturologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur.
Səməd bəy Acalov
Səməd bəy Acalov (1876, Tiflis – 1969, Bakı) — Azərbaycan maarif xadimi, pedaqoq, riyaziyyatçı, metodist, həkim, tibb elmləri doktoru. Səməd bəy Acalov 1876-cı ildə Tiflisdə anadan olmuştur. Tiflisin iki illik müsəlman məktəbində təhsil aldıqdan sonra müəllimi Paşa bəy Hüseynovun təşviqi ilə 1890-cı ildə Qori Müəllimlər Seminariyasına qəbul olunmuş və 1895-ci ildə təhsilini başa vurmuşdur. Süleyman Sani Axundov, Abdulla Şaiq və Mirzə Rza Əlizadə ilə dostuluğu bu illərdə başlamışdır. Səməd bəy 93 illik mənalı ömrünün 70 ilini pedaqoji fəaliyyətlə keçirmiş və xalqın maariflənməsi, mədəniyyətin və səhiyyənin inkişafına çalışmışdır. Azərbaycanda təhsil sahəsinin inkişafında, müəllim kadrlarının hazırlanmasında, yeni program və dərsliklərin yaradılmasında böyük rol oynamışdır. Zaqafqziya Müəllimlər Seminariyasını bitirdikdən sonra Tersk, Dərbənd və Lənkəran qəzalarında 13 il tədris fəaliyyətində olmuşdur. 1908-ci ildə Bakıya köçdükdən sonra isə altısiniflik üçüncü ali-ibtidai Aleksey məktəbinə müdir təyin olunur. Cümhuriyyət dövründə məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədiylə Xalq Maarif Nazirliyi tərəfindən yaradılmış komissiyada Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə, Firudin bəy Köçərli ilə birgə fəaliyyət göstərmişdir. Səməd bəy pedaqoji fəaliyyətinə Sovet ittifaqı dövründə də davam edərək müəllim kadrlarının hazırlanmasında əvəzolunmaz rol oynamışdır.