Adnan Menderes
Adnan Menderes (1899[…], Aydın, Aydın vilayəti, Osmanlı imperiyası – 17 sentyabr 1961[…], İmralı, Bursa vilayəti) — Türkiyə Respublikasının 9-cu və CXP-li olmayan ilk baş naziri (1950–1960).
1899-cu ildə Aydınlı torpaq sahibi varlı bir fermerin oğlu olaraq doğulmuşdur. Doğulduğu yerə aid məlumata görə Aydında doğulmuşdur, lakin şəxsiyyət vəsiqəsində İzmir yazılıb və bir çıxışında izmirlilərə dəyərli yerlilərim deyə müraciət etmişdir, lakin bunun sadəcə bir xitab şəkli olduğu da güman edilir.
Kırım tatarı əsilli olan babası Hacı Əli Paşa Konyadan köç etmişdir. Atası İbrahim Etem bəy, anası Tevfika xanımdır. Ana və atasını kiçik yaşlarında itirmiş, nənəsinin himayəsində yaşamışdır. Bacısı Məlikə də kiçik yaşlarında vəfat etmişdir. Birinci Dünya Müharibəsi illərində futbolçu olmuşdur. Təhsilə İzmir İttihad və Tərəqqi Məktəbində başlayan Adnan Menderes, Qızılçulu Amerikan Kollecində oxuyarkən missionerlərlə başına dərd açdığı üçün, müxtəlif yerlərə müraciət etmişdi. Müraciət etdiyi yerlərdən birinin başında Cəlal Bayar dururdu.