ALAPARS

is. zool. Mışovul növündən olub, ağacda yuva tikib yaşayan bir heyvan.
ALAPAÇA
ALAPƏLƏNG
OBASTAN VİKİ
Alapars
Alapars — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Zəngi (Razdan) çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd XVIII əsrdə İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuş, xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964-cü illərdə Axta (Razdan) rayonunun tərkibində olmuş, 1964-cü ildə Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Razdan) rayonuna qaytarılmışdır. Toponim rəng bildirən ala sözü ilə bars türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.

Digər lüğətlərdə