ALDATMAQ

f.
1. Qəsdən yayındırmaq, başını tovlamaq, yoldan çıxarmaq. Təcrübəsiz adamı aldatmaq asandır.
– Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqiylə yaşayanları. S.Vurğun.

2. Yalan danışmaq, əsli olmayan bir şeyi doğru bir şey kimi göstərmək.
Xacə, aldatma bizləri sözünə! M.Ə.Sabir.

3. Sözünün üstündə durmamaq, vədini yerinə yetirməmək, vədini pozmaq. Gəlməyə söz vermişdi, aldatdı, gəlmədi.
4. Xəyanət etmək (ərinə, arvadına, yoldaşına). Ərini aldatmaq. Arvadını aldatmaq. Yoldaşını aldatmaq.
– Məni də arif kimi bəxtim yaman aldatdı… Şəhriyar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALDATMAQ ALDATMAQ [Sona:] Bura bax, birdən məni aldadarsan ha.. (M.İbrahimov); BAŞDAN ÇIXARMAQ (fr.v.) Hansı müflislər sizi başdan çıxardıblar? (C
  • ALDATMAQ tovlatmaq
ALDATMA
ALDƏYİŞİK
OBASTAN VİKİ
Aldatmaq
Aldatma və ya sədaqətsizlik — evli ya da romantik və cinsi bir əlaqə içərisindəki tərəflərdən birinin yoldaşının xəbəri və ya razılığı olmadan bir başqa adam ilə əlaqəyə girməsi. Aldatma yalnız romantik səviyyədə, yalnız cinsi əlaqə səviyyəsində və ya həm romantik həm cinsi əlaqə şəklində ola bilər. Aldatmanın tərifi mədəniyyətdən mədəniyyətə və ya cütlər arasındakı razılaşmalara görə fərqlilik göstərə bilər. Romantik aldatma; adamın romantizm, zaman və maraqları kimi romantik qaynaqlarını əlaqə xaricindəki bir kimsəyə yönəltməsidir. Yeni əlaqənin ölçüsü üz-üzə görüşmə ilə internet, məktub və ya telefon vasitəsilə uzaqdan görüşmə arasında dəyişə bilər. İslam mədəniyyətində evli olmayan iki adamın cinsi əlaqəyə girməsi zina olaraq adlandırılar. Ancaq zinanın reallaşması üçün tərəflərdən birinin yoldaşını aldadır olması lazım deyil. İslamda zina haramdır.

Digər lüğətlərdə

вы́курить обе́д препо́дло риксда́г скре́пка ха́ркнуть чудакова́тый бензоре́зчик брать самого себя́ в руки полулёжа протеи́ны чаба́нство ястребо́к дешевый alunite examine forfeitable pitch-black plicae prospect tegmen unitive unrenowned галдёж плашкоутный