1. Yüksək şan və şərəf sahibi olan.
Çox alişan nazəninlər görmüşəm; Sənin kimi şahzadə tapılmaz.
Könül istər ki, olsun dəhr sülhabad ünsiyyət; Məni sövq eləyən bu fikrə fikri-alişanımdır.
2. Çox zəngin, dəbdəbəli, təmtəraqlı, cəlallı, bəzəkli.
[Şah:] …Dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi ziynət və zivərdə və alişan otaqlarda saxlayım.