ALİMENT

is. [ lat. ] hüq. Övlad və ya qohumluq əlaqəsinə görə verilməli olan məbləğ, dolanışıq haqqı, xərci (məs.: uşaqlarına, ata-anasına, arvadına və i.a.). Alimentlər haqqında qanun. Aliment vermək. – [Mindilli:] Qəmər burdadır! Yaxşı ki, məni görmədi.
Papağımı da satsam, dörd ilin alimentini verib qurtara bilməyəcəyəm. S.Rəhman.

ALİMCƏSİNƏ
ALİMƏKAN
OBASTAN VİKİ
Aliment
Aliment (lat. alimentum — "yemək", "qidalanma") aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir. Aliment- latın dilində "alimentium" sözündən götürülərək saxlama üçün vəsait, öhdədə olmaq deməkdir. Aliment hüququ münasibətlərinə görə ailənin bir üzvləri ailənin digər üzvlərini maddi cəhətdən təmin etməlidir. == Aliment öhdəliyi == Aliment öhdəliklərini yaranma əsasları aşağıdakılardır: Subyektlər arasında ailə münasibətlərinin olması; Qanunla müəyyən edilmiş qaydada alimentin ödənilməsinin zəruriliyi; Alimentin ödənilməsi barədə saziş və ya alimentin tutulması haqqında məhkəmə qərarı. == Aliment Azərbaycan qanunvericiliyində == Ailə Məcəlləsi və Mülki Məcəlləyə uyğun olaraq aliment öhdəlikləri daşıyanları subyekt tərkibinə görə aşağıdakı kimi təsnif etmək olar: 1) Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını və əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 2) Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 3) Ər arvad və keçmiş ər arvad qanunla müəyyən olunmuş hallarda bir birinə aliment ödəməyə borcludurlar. 4) Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar yetkinlik yaşına çatmayan yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılarını saxlamağa borcludurlar. Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilməyən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılarını saxlamağa borcludurlar.

Digər lüğətlərdə