ALUDƏ

[ fars. ] Tutulmuş, mübtəla; vurulmuş, məftun.
Biz ol aludeyi-dərdik ki, cami-mey dəvamızdır. S.Ə.Şirvani.

□ Aludə olmaq1) tutulmaq, mübtəla olmaq, qapılmaq, başı qızışmaq.
Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlardı. Ə.Haqverdiyev.
[Firidun] düşüncələrinə o qədər aludə olmuşdu ki, günorta yerində durmuş və hər şeyi yandıran günəşin istisini belə hiss etmirdi. M.İbrahimov;

2) vurulmaq, məftun olmaq.
Aludeyiqəddü rüxü çeşmin ola aşiq; Sərvü səmənə, nərgisi-şəhlaya baxarmı? Q.Zakir.
Nəriman uzaqdan-uzağa bu qıza elə aludə oldu ki, pəncərə günlər ilə örtülmədi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALUDƏ aludə bax mübtəla 1; vurğun
  • ALUDƏ mübtəla — məftun — vurğun

Etimologiya

  • ALUDƏ Farsca aludən (bulaşmaq) məsdəri ilə qohumdur, “bulaşmış” deməkdir. Bizdə məna dəyişib. (Bəşir Əhmədov
ALU
ALUDƏLİK
OBASTAN VİKİ
Smartfon aludəçiliyi

Digər lüğətlərdə

гжельский заинтересо́вывание косогла́зие оду́л створо́житься трофологи́ческий вибри́рующий домы́слить одному чёрту известно оперя́ться поголубе́ть потира́ние потли́вый сме́ска сто́лпничество есень available in-and-in jail fever unpurchaseable upbraid иранка логогриф охра чемпион