APRIL-FOOL

April-fool

n aprel zarafatına məruz qalan adam, aprelin birində aldadılan adam

APRIL
APRIL-FOOL-DAY
OBASTAN VİKİ
Your Lie in April
Your Lie in April, Yaponiyada tanınan adı ilə Shigatsu wa Kimi no Uso (四月は君の嘘?, azərb. Sənin aprel yalanın‎) və ya Kimiuso — Naoşi Arakava tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası 2011-ci ilin aprelindən 2015-ci ilin mayına qədər Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunmuşdur. A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası 2014-cü ilin oktyabrından 2015-ci ilin martına qədər Fuji TV-nin noitaminA bloku vasitəsilə yayımlanmışdır. Film adaptasiyasının 2016-cı ilin sentyabrında ekranlaşdırılması planlaşdırılır. == Məzmun == Piano dahisi Kosey Arima yarışlarda həmişə yüksək nəticələr göstərən, uşaq musiqiçilər arasında məşhurluq qazanmış musiqiçi idi. Onun həm də müəllimi olmuş anasının ölümündən sonra Arima 11 yaşından psixi pozuntudan əziyyət çəkməyə başlamışdır. Nəticədə, Arima eşitmə qabiliyyətinin əla olmasına baxmayaraq çaldığı pianonun səsini eşitməməkdədir. İki il müddətində Kosey pianoya toxunmur və dünyaya baxışı monoxrom, rəngsiz qalır. O, yaxın dostları Vatari və Tsubaki ilə həyatını keçirmək taleyi ilə razılaşır.