AQİL

AQİL – DƏLİ Yusif şah aqil idi (M.F.Axundzadə); Kəndimizdə də bir igid tapılmır ki, bu dəlini ipə-sapa gətirə (M.İbrahimov).

AQİL – GİC Divanəsini unutmaz aqil (Q.Zakir); Heç ipə-sapa yatmır o gic.

AKTİVLİK
AL
OBASTAN VİKİ
Aqil Qurbanov
Aqil Qurbanov (15 avqust 1986, Bakı) — Azərbaycan Respublikasının müdafiə nazirinin müavini — Baş direktor. == Həyatı == Aqil Səlim oğlu Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2012–2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb. Ailəlidir. İki övladı var. == Karyerası == 2015–2019-cu illərdə "PAŞA Holding" MMC-də investisiyalar üzrə direktor olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı"nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub. 27.02.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini — Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə, 13.07.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini — Baş direktor vəzifəsinə təyin edilib.
Aqil Salyayev
Aqil Səmədbəyli
Aqil Səmədbəyli (15 sentyabr 1968, Zərkənd, Basarkeçər rayonu) — azərbaycanlı siyasətçi, sosial elmlər namizədi. == Həyatı == Aqil Səmədbəyli Göyçə mahalının Zərkənd kəndində doğulub. Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Mərmərə Universitetini bitirib. O, Türkiyədə sosial elmlər üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. == Siyasi fəaliyyəti == Aqil Səmədbəyli gənc yaşlarından siyasi və ictimai fəaliyyətlə ciddi məşğul olub. Türkiyədə təhsil aldığı illərdə "Gənc Aydınlar Hərəkatı"nı yaratmış və Başqan seçilmişdir. Hazırda "Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədridir. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərdə iştirak etmiş, lakin deputat seçilə bilməmişdir. == Şəxsi həyatı == Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəylinin həyat yoldaşıdır. Azərbaycan Milli Məclisinin IV çağırışının Müsavat Partiyasından deputatı Arzu Səmədbəylinin qardaşıdır.
Aqil Xanməmmədov
Aqil Xanməmməd oğlu Xanməmmədov (23 mart 1973, Ağstafa rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Aqil Xanməmmədov 1973-cü ildə Ağstafa rayonunda anadan olmuşdur. Orta təhsilini 1980–1990-cı illərdə Ağstafa rayonu Aşağı kəsəmən kənd orta məktəbində almışdır. 1995-ci ildə ali təhsil aldığı BDU-nun tətbiqi-riyaziyyat fakültəsinindən məzun olmuşdur. 1995–1998-ci illərdə BDU-nun tətbiqi riyaziyyat kafedrasının aspirantı olan A.Xanməmmədov, 1998-ci ildən həmin kafedrada çalışır. Bununla yanaşı AMEA Riyaziyyat və Mexanika İnstitutu Diferensial tənliklər şöbəsinin baş elmi işçisi və Azərbaycan Universiteti İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin professorudur. 2005-ci ildə dosent, 2009-cu ildə isə professor elmi adını almışdır. Ailəlidir. 2 övladı var. == Elmi fəaliyyəti == 1998-ci ildə "Bütün oxda ikinci tərtib fərq tənlikləri üçün səpilmənin tərs məsələsi və onun tətbiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Aqil Zeynallı
Aqil İman
Hacıyev İman Həsən oğlu (1 dekabr 1958, Daşkənd, Basarkeçər rayonu – 29 avqust 1996, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi. == Həyatı == Aqil İman 1 dekabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olub. Orta məktəbin VIII sinfinə kimi doğulduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində оxumuşdur. 1976-cı ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur. 1981–1983-cü illərdə Tambov şəhərində hərbi xidmətdə olmuşdur. 1984-cü ildən 1986-cı ilə qədər "Yevlax Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Beton Məmulatları Zavodunda mühəndis işləmişdir. 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində könüllü iştirak etmişdir Aqil İman 29 avqust 1996-cı ildə ürək dayanmasından dünyasını dəyişmişdir. Məzarı Bərdə rayonu Yeni Daşkənd kəndindədir. == Ailəsi == Ailəli idi. İki oğlu var.
Aqil İsmayılov
Aqil Şahmuradov
Aqil Şahmuradov (3 oktyabr 1965, Quba rayonu) — tarix elmləri namizədi. == Həyatı == Şahmuradov Aqil Şövkət oğlu 1988–1993-cü illərdə T. Q. Şevçenko adına Kiyev Dövlət Universitetində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. 1994–1998-ci illərdə BDU-nun aspirantura pilləsində təhsil almış, 2000-ci ildə "XIX əsrin II yarısı – XX əsrin əvvələrində rusların Azərbaycanda sahibkarlıq fəaliyyəti" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Aqil müəllim 1993-cü ildən pedaqoji fəaliyyət göstərir. Bakı Avrasiya Universitetində dakan müavuni, dekan, prorektor vəzifələrində çalışmış, hal-hazırda universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının müdiridir. Respublikada ilk dəfə nəşr olunmuş "Diplomatiya: ensiklopedik lüğət" kitabının müəlliflərindən biri və məsul katibdir. XIX–XX əsr Azərbaycan və Slavyan ölkələri tarixinin müxtəlif aspektlərinə aid bir sıra məqalələrin müəlifidir. Slavyan ölkələri tarixi üzrə təhsilin bakalvr və magistr pillələri üçün fənn proqramları, metodik göstəriş hazırlamışdır. Bununla yanaşı Bakı Avrasiya Unversitetinin təsis etdiyi "Dünyaya baxış" jurnalının məsul katibidir.
Aqil Şirinov
Aqil Muxtar oğlu Şirinov (28 sentyabr 1979, Kəlbəcər) — Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olmuşdur. 2001-ci ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olmuş, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meyilli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)" adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb. 2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)" adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri" kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015–2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb. Aqil Şirinov 2016–2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində də çalışmışdır. Hal-hazırda Aqil Şirinov Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının üzvüdür.
Aqil Əliyev
Aqil Əlirza oğlu Əliyev (10 dekabr 1926, Naxçıvan – 7 mart 2006, Bakı) — Azərbaycan iqtisadçısı, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor. == Həyatı == Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlamışdır. 1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür, 1983-cü ildən iqtisad elmləri doktorudur. Professor A. Ə. Əliyev yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, bir neçə orden və medallarla, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. A. Ə. ƏIiyevin rəhbərliyi altında bu illər ərzində kafedrada görülən işlər sayəsində böyük inkişafın təməli qoyulmuşdur. ATU-nun "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülmüş, kollektivin işi əsl nümunə məktəbinə çevrilmişdir. Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları, kitabları ilə tanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdəndir.
Mirzəliyev Aqil
İbn Aqil
Əbu Məhəmməd Bahaəddin Abdullah b. Əbdürrəhman b. Abdillah b. Aqil əl-Həmədani (16 oktyabr 1298[…], Qahirə – 16 noyabr 1367[…], Qahirə) — İbn Malik ət-Tainin "əl-Əlfiyyə"sinə yazdığı şərhlə tanınan dil və fiqh alimi. == Həyatı == 1299-cu ildə Hələb yaxınınlığındakı Balis qəsəbəsində dünyaya gəlmişdi. Qahirədə doğulduğu da rəvayət edilir. 1294-cü il və ya 1301-ci ildə doğulduğunu qeyd edən qaynaqlar da vardır. Soyu Hz. peyğəmbərin əmizadəsi Aqil ibn Əbu Talibə dayandığından İbn Aqil künyəsiylə tanınır. Misiri, Balisi və Hələbi nisbələri ilə yanaşı ataları arasında Həmədan və Amiddə (Diyarbəkir) oturanlar olduğundan Həmədani və Amidi nisbələriylə də anılır.
Aqil Suleymanov
Aqil
Aqil — kişi adı. Aqil Məcidov — Aqil Məlikov — Aqil Məmmədov Aqil Məmmədov (hərbçi) — Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. Aqil Məmmədov (siyasətçi) — deputat, sabiq icra başçısı. Aqil Məmmədov (futbolçu, 1972) — Azərbaycan futbolçusu. Aqil Məmmədov (futbolçu, 1989) — Azərbaycan futbolçusu. Aqil Abbas — Aqil Musayev — Aqil Həsənov — Aqil Salyayev — Aqil Mirzəliyev — Aqil Quliyev Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi iştirakçısı. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. Aqil M. Quliyev — Azərbaycan aktyoru, rejissoru, ssenari müəllifi və klipmeykeri.
Aqil Abbas
Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V,VI və VII çağırış üzvü. == Həyatı == Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).
Aqil Abbasov
Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V,VI və VII çağırış üzvü. == Həyatı == Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).
Aqil Acalov
Aqil Ağacanov
Aqil Ağacanov — aktyor, "Bizim Cəbiş müəllim" filmindəki Makedon rolu ilə daha çox tanınır. == Həyatı == Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində dünyaya göz açmışdır. Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirmiş, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşmüşdür. Uzun müddətdir ki, aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərir və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar. Ailəlidir, ikisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi vardır. == Makedon rolu == Aqil Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkirlər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur.
Aqil Bağırov
Aqil Dadaşov
Aqil İsax oğlu Dadaşov — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, "Ülfət" qəzetinin baş redaktoru. == Həyatı == Aqil Dadaşov 1955-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir. Evlidir. İki övladı var. == Fəaliyyəti == Aqil Dadaşov əmək fəaliyyətinə "Bakı" və "Baku" axşam qəzetləri redaksiyasında başlamışdır. 1991-ci ildən 1992-ci ilə kimi Azərbaycan Həmkarlar İttifaqları Şurasının (indiki AHİK) "Ülfət" qəzetinin məsul katibi, baş redaktorun müavini vəzifələrində işləmişdir. 1992-ci ildən qəzetin baş redaktorudur. Aqil Dadaşov 1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilmişdir. Həmçinin, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Aqil Hacıyev
Aqil Cəfər Xəndan oğlu Hacıyev (10 avqust 1947, Şuşa, DQMV – 14 fevral 2019, Bakı) — klassik rus ədəbiyyatı kafedrasının müdiri (1984), professor (1984). == Həyatı == Aqil Hacıyev 10 avqust 1947-ci ildə Şuşa şəhərində Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, şair və tərcüməçi, filologiya elmləri doktoru, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Hacıyev 1954–1965-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1965–1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. == Elmi dərəcə və elmi adları == Aqil Hacıyev 1970–1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin aspirantı olmuşdur. Belə ki, MDU-nin Rus ədəbiyyatı tarixi kafedrasına məqsədli aspiranturaya göndərilmişdir. O, 1973-cü ildə "A.S.Puşkinin "Ərzuruma səyahət əsəri" və "XIX əsrin 20–30-cu illərinin rus oçerki" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1981-ci ildə isə dosent elmi adını almışdır. Hacıyev 1982-ci ildə "Tiflisdə "XX əsr rus ədəbiyatında Şərq" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 1984-cü ildə professor elmi adını alıb. == Əmək fəaliyyəti == Aqil Hacıyev 1973–1976-cı illərdə Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının çalışıb.
Aqil Hüseynov
Aqil Həsənov
Aqil Ələkbərov
Aqil Əsədov
Aqil Məhiyəddin oğlu Əsədov (2 noyabr 1976, Başlıbel, Kəlbəcər rayonu) — iqtisad elmləri doktoru, dosent == Həyatı == Aqil Əsədov 02 noyabr 1976-cı il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 1982-ci ildə Başlıbel kənd orta məktəbinə qəbul olunaraq 1993-cü ildə həmin məktəbi bitirib. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) "Mühəndis biznesi və menecment" fakültəsini bitirərək "Mühəndis iqtisadiyyatı və idarəetmə" ixtisası üzrə bakalavr dərəcəsi alıb. 1997–1999-cu illərdə AzTU-nun magistraturasında təhsilini davam etdirərək, "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat)" ixtisası üzrə magistr dərəcəsi alıb. 2008–2018-ci illərdə Azərbaycan Universiteti, UNEC, Bakı Biznes və Kooperasiya Universitetlərində pedaqoji fəaliyyət göstərib. == Əmək fəaliyyəti == 2005–2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadiyyat nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) "Analitik təhlil" şöbəsində aparıcı mütəxəssis, aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinin icraçısı işləyib. 2008-ci ilin sentyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük elmi işçi, 2009-cu ildən 2018-ci ilin iyul ayınadək İnstitutun "Xidmət sahələrinin inkişaf problemləri" şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011–2014-cü illərdə İnstitutun "Gənc alim və mütəxəssislər Şurası"nın sədri, İnstitut Elmi Şurasının, Dissertasiya Şurasının üzvü və yerli həmkarlar təşkilatının büro üzvü olub. 05 iyul 2018 – 08 sentyabr 2021-ci illər ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində "Təbliğat, informasiya və analitik təhlil" şöbəsinin müdiri vəzifəsində çalışıb. 09 sentyabr 2021 – 26 sentyabr 2022-ci illər ərzində Azərbaycan Universitetinin və Bakı Avrasiya Universitetinin dosenti işləyib.
Aqil xan Razi
Aqil xan Razi (? – 1697) — şair, sərkərdə == Həyatı == Əmir Məhəmməd xan Yarəli sultan oğlu Xorasan əyalətinin Xafə qəsəbəsində andan olmuşdu. Atası Yarəli sultan I Şah Təhmasib zamanında Fərəh vilayətinin hakimi idi. O, qəhr edib, Hindistana getdi. İmperator Şahcahanın yanında xidmət etməyə başladı. Şahın atlı qvardiyasının sərkərdəsi oldu. Sonra, 1659-cu ildən 1663-cü ilədək şahzadə Övrəngzeyb mirzənin yanında qulluq etdi.1663-cü ildən 1665-ci ilədək əyalət valisi vəzifəsini icra etdi. 1665-ci ildən 1672-ci ilə kimi ordu komandanı oldu. 1672-ci ildən 1682-ci ilədək vəzirlik etdi. 1682-ci ildən ömrünün sonunadək Dehlinin hakimi oldu.
Aqil İsmayılov (leytenant)
Aqil İsmayılov (şəhid)
Kristina Aqilera
Kristina Mariya Aqilera (ing. Christina María Aguilera; 18 dekabr 1980[…], Staten-Aylend, Nyu-York ştatı) — ABŞ müğənnisi, bəstəkarı və aktrisası.
Monte-Aqila
Monte Aqila — Biabio bölgəsində, eyni adlı şəhərin 5 kilometr cənubundakı Cabrero bələdiyyəsində yerləşən Çili şəhəridir..
Monte Aqila
Monte Aqila — Biabio bölgəsində, eyni adlı şəhərin 5 kilometr cənubundakı Cabrero bələdiyyəsində yerləşən Çili şəhəridir..
Məcidov Aqil Aydın
Aqil Məmmədov (futbolçu, 1972)
Aqil Məmmədov (12 aprel 1972, Sumqayıt) — SSRİ və Azərbaycan futbolçusu, mərkəz yarımmüdafiəçisi, məşqçi. O, Azərbaycan millisində çıxış etmişdir. == Həyatı == Aqil Məmmədov Sumqayıtda anadan olmuşdur və Sumqayıt futbolunun yetirməsi idi. O, böyüklər futbolunda 1989-cu ildə yerli "Xəzər" klubunun tərkibində SSRİ ikinci liqasında 10 oyun keçirmişdir, lakin sonrakı iki mövsümdə ustalar yarışında iştirak etməmişdir. Ümumilikdə o, Azərbaycanın yüksək liqasında 363 oyun keçirmişdir (digər mənbələrə görə 359). 2019-cu ilə olan məlumata görə, o, meydana çıxma sayına görə liqada ilk on oyunçu arasındadır. O, 31 mart 2004-cü ildə, 31 yaşında Moldova ilə oyunda Azərbaycan yığmasında debüt etmişdir. Ümumilikdə, 2004–2005-ci illərdə millinin heyətində 6 oyun keçirmişdir. 2013-cü ilin iyunundan 2015-ci ilin oktyabrına kimi "Sumqayıt"ın baş məşqçisi vəzifəsində çalışmışdır. 2016/17 mövsümündə birinci liqa təmsilçisi "Mil-Muğan"ın baş məşqçisi olmuşdur.
Aqil İsmayılov (əsgər)
Aqil Əliyev. Böyük alim, böyük insan
Aqil Məmmədov (hərbçi)
Aqil Məmmədov (30 iyul 1969, Qubadlı rayonu – 6 avqust 1992, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı. 7 avqust 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı Heydər Əliyevin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirmişdir. O, Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır. == Qarabağ müharibəsi == Aqil Məmmədov 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıtmışdır. Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur.
Aqil Quliyev (hərbçi)
Aqil Quliyev (tam adı: Aqil Sahib oğlu Quliyev; 19 sentyabr 1963, Urud, Sisian rayonu – 25 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Aqil Sahib oğlu Quliyev 1963-cü ilin sentyabrın 19-da Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olub. Üçüncü kursdan hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olub. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə yazılıb. O, həmin il Qarabağ müharibəsi başlanmasını Xarkovda eşitdikdən sonra, körpə qızını götürüb Bakıya qayıtdı. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === O, 1988-ci ildə leytenant idi və Azərbaycan Silahlı Qüvvələrinin qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etdi. Qərargah rəisi Arif Salahov onun xahişini nəzərə alıb, 45 nəfər döyüşçü ilə Aqil Quliyevlə cəbhə bölgəsinə getməsini təmin etdi. Onun qardaşı Nəsimi Aqilin Qarabağa gedəcəyi günü bilirdi.

Digər lüğətlərdə