Aqil Anar oğlu Salyayev (23 oktyabr 1996, Qarayazı, Ağstafa rayonu – 26 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Aqil Salyayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qarayazı, Ağstafa rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Dəfn yeri | Köçvəlili |
Vətəndaşlığı | Azərbaycan |
Anası | Rəqsanə Salyayeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 2021 2021 |
Aqil Salyayev 1996-cı il oktyabrın 23-də Ağstafa rayonunun Qarayazı qəsəbəsində dünyaya göz açıb.[1] 2003–2014-cü illərdə F. Piriyev adına 18 nömrəli Sumqayıt şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
Aqil Salyayev 2014–2016-cı illərdə Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən Lələtəpədə post komandiri olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Aqil Salyayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Salyayev oktyabrın 26-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Salyayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqil Salyayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqil Salyayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]