Aqil Əli oğlu İsmayılov (18 iyul 1996, Çomaxtur, Naxçıvan Muxtar Respublikası – 28 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Aqil İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şərur rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Murovdağ, Azərbaycan |
Dəfn yeri | Şərur rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Aqil İsmayılov 1996-cı il iyulun 18-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub.[1] 2002-ci ildə Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olur.2009 -cu ildə 8-ci sinifi bitirərək Cəmşid Naxçıvanski adina Hərbi Liseyə qəbul olub.Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2018-ci ildə "leytenant" hərbi rütbəsi ilə xidmətə başlayır. 1 il pilotluq kursları keçdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrə daxil olmaq üçün "Təməl komando kurslarına" qatılır. Aqil üçün ən ağır kurs Gürcüstan Dağ komando kursu olur, lakin 500 nəfər iştirakçıdan müvəffəqiyyətlə xidmətini tamamlayan 40 zabitdən biri olaraq kursu bitirir. Subay idi.
Azərbaycan Ordusunun leytenantı olan Aqil İsmayılov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir.Xüsusi kəşfiyyat taqımının xüsusi kəşfiyyat qrup komandiri,çevik kəşfiyyat taqımının çevik kəşfiyyat qrup komandiri vəzifələrini yerinə yetirimiş, bir çox kursları fərqlənmə, sertifikat və döş nişanı ilə sonlandırmışdır.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Aqil İsmayılov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil İsmayılov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Aqil İsmayılov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamı ilə Aqil İsmayılov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[5]