1. Miqdarını, çəkisini çoxaltmaq; həcmini, sahəsini böyütmək. Məhsulu artırmaq. Malların sayını artırmaq. Əkin sahəsini artırmaq. Gəliri artırmaq.
2. Əlavə etmək, üstünə gəlmək. Beşin üstünə üç artırmaq. Çayın şirnisini artırmaq. Tezisə yeni maddələr artırmaq.
3. Gücləndirmək, şiddətləndirmək. Maşın sürətini artırdı. Ağrını artırmaq.
4. Yüksəltmək. Vəzifəsini artırmaq. Sayıqlığı artırmaq. Gənclərin ictimai həyatda rolunu artırmaq.
5. məc. Böyütmək, şişirtmək, mübaliğə etmək. Artırma, olduğu kimi söylə!
6. məc. Yaxşılaşdırmaq, təkmilləşdirmək, yüksəltmək. İxtisasını artırmaq. Biliyini artırmaq.