ATABİR sif. Bir atadan törəmiş, ata tərəfdən doğma olan. Atabir qardaş. Onlar atabir, ana ayrı bacıdırlar. – Mənim tək bircə qardaşım var, … atamın yadigarı, anamın yadigarı, atabir, anabir, doğma qardaş, ruhum və iki gözümün işığı. C.Məmmədquluzadə.