au

art contr. (à+le) il va au parc o parka gedir

attribut
au-dessous
OBASTAN VİKİ
.au
.au — Avstraliyanın internet kodu. == Tarixi == Domen adı əvvəlcə Con Postel tərəfindən təsis edilmişdir. O, 1986-cı ildə Melburn Universitetinin IANA operatoru Kevin Robert Elz üçün açıldı. Təxminən beş illik bir müddətdən sonra, 1990-cı ildə, .au Domain Administrasiyası internet sektorunda özünü tənzimləyən bir qurum olaraq açıldı. 2001-ci ildə ICANN-dan təsdiq alır və 1 iyul 2002-ci ildə domen qeydiyyatı üçün yeni rəqabət rejimi başlayır.
AU
Azərbaycan Universiteti və ya qısaca AU — Azərbaycanda fəaliyyət göstərən ilk özəl universitet. == Tarixi == Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulmuşdur. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunmuşdur. Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınmış, 01 saylı Dövlət reyestrinə qəbul edilmiş və ona sertifikat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli 72 saylı qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli 213 saylı əmri ilə ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin 10.07.2009-cu il tarixli 929 saylı əmri ilə fəaliyyətinə verilmiş xüsusi razılığın müddəti daha 5 il uzadılmışdır. 2016-cı il fevralın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Azərbaycan Universiteti" Məhdud Məsuliyyətli Cəmiyyətinə Ali təhsil fəaliyyətini müddətsiz davam etdirməyə icazə vermişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018-ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə təkrar akkreditə olunmuşdur. == Tədrisin təşkili == Universitet 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərir.
Au yarımadası
Au yarımadası (alm. Halbinsel Au‎) — İsveçrənin Sürix kantonunda, Sürix gölündə yerləşən yarımada. == Tarixi == Yarımada Surix kantonunun ərazisinə 1150-ci ildə daxil edilmişdir. Ancaq burada ilk yaşayış 1316-cı ildə qurulmuşdur. 1651-ci ildə yarımada və ora daxil olan bütün mülkiyyət isveçrəli general və dövlət xadimi, Qans, Rudolf Verdmyuller tərəfindən satın alınmışdır. Onun ölümündən sonra bütün mülkiyyət Sürix kantonuna qaytarılmışdır Fridrix Qotlib öz şerlərində buranı hər isveçrəlinin müqəddəs yeri olaraq göstərir. Hazırda Au Vedensvil kommunası ərazisinə daxildir. Yarımada ərazisinə ancaq xüsusi katerlərdə getmək olar. 2007-ci ilin 31 dekabr tarixli məlumatına görə yarımadada 615 nəfər yaşayır.
Ericameria austrotexana
Neonesomia (lat. Neonesomia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Neonesomia palmeri (A.Gray) Urbatsch & R.P.Roberts Sinonim Aster palmeri A.Gray Ericameria austrotexana M.C.Johnst. Isocoma palmeri (A.Gray) Shinners Xylothamia palmeri (A.Gray) G.L.Nesom Xylothamia palmeri var.
Erigeron aurantiacus
Erigeron aurantiacus (lat. Erigeron aurantiacus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron aureus
Erigeron aureus (lat. Erigeron aureus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron austiniae
Erigeron austiniae (lat. Erigeron austiniae) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ermolayevka (Auırqazı)
Yermolayevka (başq. Ермолаевка, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 20 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 8 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 17 km.
Euphorbia aureoviridiflora
Euphorbia aureoviridiflora (lat. Euphorbia aureoviridiflora) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia caput-aureum
Euphorbia caput-aureum (lat. Euphorbia caput-aureum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euseius australis
Euseius australis (lat. Euseius australis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Ficus aurea
Ficus aurea (lat. Ficus aurea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Ficus scandens var. australis
Ficus pantoniana (lat. Ficus pantoniana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Flora of Australia
Avstraliya florası — Avstraliyanın hüdudları daxilində mövcud olan bitki örtüyü. Avstraliyanın üzvi aləmi uzun müddət başqa materiklərdən təcrid olunaraq inkişaf etmişdir. Odur ki, materikin florası yüksək dərəcədə endemikdir (75%-i) və ayrıca Avstraliya biocoğrafi sahəsinə ayrılmışdır. == Həmçinin bax == Avstraliya florası (seriya) == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Australia's Virtual Herbarium What's its name?
Grand Theft Auto
Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun. Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir. == Oyun prosesi == Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur. Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir. == Xəritə == Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami). == Polislər == Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq.
Grand Theft Auto: San Andreas
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən paylanmış 2004-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyunun baş qəhrəmanı Carl "CJ" Johnson-dur. O, anasının ölüm xəbərini eşidəndə San Andreas ştatındakı məmləkətinə qayıdır. CJ, öyrənir ki, keçmiş dəstəsi əvvəllər nəzarət etdikləri ərazilərin əhəmiyyətli bir hissəsini itirib. Oyun boyu o, dəstəsini yenidən qurmaq üçün çalışır, rüşvətxor polislər və təhlükəli cinayətkarlarla dolu qarşıdurmalara girir və yavaş-yavaş anasının ölümü ilə bağlı sirri açır. Oyunda personaj üçüncü şəxs baxış bucağından idarə olunur. Oyun dünyasında hərəkət etmək üçün piyada gəzmək və nəqliyyat vasitələrindən istifadə etmək mümküdür. Oyunçu Los Santos (Los-Anceles), San Fierro (San-Fransisko) və Las Venturas (Las-Veqas) kimi şəhərləri əhatə edən San Andreas ştatının açıq dünyasını kəşf edə bilər. Oyunun hekayəsi Los-Ancelesdə baş vermiş real hadisələr əsasında hazırlanıb.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış 2002-ci il tarixli döyüş-macəra video oyunu. Grand Theft Auto: III 2001-ci ildə buraxıldıqdan sonra Grand Theft Auto seriyasındakı giriş oyunlarından biri olmuşdur. 1986-cı ildə cərəyan edən oyun hekayəsi, italyan mafiya üzvü Tommi Versetti və onun Mayami əsasında hazırlanmış Vays Sitidə Toni Montanadan ilhamlanaraq macəralarından bəhs edir.
Grand Theft Auto (oyun seriyası)
Grand Theft Auto və ya rəsmi abreviaturu ilə GTA — oyun proqramçıları Deyvid Cons, Mayk Deylli, Den Hauzer və Sem Hauzer, oyun dizayneri Zakeri Klark tərəfindən yaradılan videooyun seriyası. İlk dəfə İngiltərədə Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən nəşr edilmişdir. Oyun seriyasının adı, böyük avtomobil oğurluğu mənasını verən "grand theft auto" ifadəsindən gəlir. Serialdakı xəyali məkanlar Amerika şəhərlərindən ilham alaraq dizayn edilmişdir. Oyunlar, oyunçuların hekayə boyunca irəliləməsi üçün hərəkət edə biləcəyi, habelə döyüş-macəra, sürücülük, rol oynamaq, yarış elementlərini özündə cəmləşdirən sərbəst dünyaya malikdir. Oyunların başlıca mövzusunda sətiraltı Amerika mədəniyyəti tənqid olunsa da, yetkin təbiəti və şiddət mövzusu ilə bir çox mübahisələrə səbəb olmuşdur. Oyunların ssenarisi cinayət dünyasında fərqli səbəblərdən yüksəlməyə çalışan əsas personajlara yönəldilmişdir. Dəstəkləyici personajlarda isə əsas personaja və ya təşkilatına xəyanət edən və əsas personajın irəliləməsini ləngidən personajlardan ibarətdir. hal-hazırda on əsas və dörd inkişaf paketindən ibarət olan seriyanın təməli DMA Design tərəfindən 1997-ci ildə qoyulmuşdur. Seriyanın üçüncü oyunu Grand Theft Auto III, seriyaya üç ölçülü qrafika və sərbəst dünyalar gətirmişdir.
Grand Theft Auto III
Grand Theft Auto 3 (GTA III) Rockstar Games tərəfindən yaradılmış Grand Theft Auto seriyasının üçüncü oyunudur. Oyun PlayStation 2, PlayStation 3 (PSN), Windows, Xbox, Mac OS X, Xbox 360 (XBLM), iOS və Android platformaları üçün yaranıb. Oyunun hadisələri Nyu-Yorka çox oxşayan Liberty City şəhərində baş tutur. == Məzmunu == Qeyd:Klod dilsizdir, danışa bilmir. Klod, Katalina və Miqel Liberty City bankını soymaq planlayırlar, lakin soyğunun sonunda Katalina Klodu vurur və pulları götürüb qaçır. Klod həbsxanaya aparılarkan qəzaya düşüb avtomobildən qaçır və Katalinadan intiqam almaq qərarına gəlir. Klod və Katalinanın Liberty şəhərinə gəlməyi San Andreasda açıqlanır. San Andreasın baş qəhrəmanı Karl Conson Katalinanın keçmiş sevgilisi olub, Klod onunla yarışdı, amma uduzdu. Katalina onunla ayrıldı və Klodla Liberty şəhərinə üz tutdu. Klod Liberty City şəhərində çoxlu missiyalar yerinə yetirdi və son ana missiyada keçmiş sevgilisi Katalinanı öldürdü.
Grand Theft Auto IV
Grand Theft Auto IV — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən 2008-ci ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyun. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyun Nyu-Yorkun uydurma versiyası olan Liberty City-də keçir. Oyun qaranlıq keçmişindən qaçan Şərqi Avropalı müharibə veteranı Niko Bellic adlı bir şəxsin həyatını mövzu alır. Avropadan qaçaq gəmiylə yola çıxan və Amerikaya ayaq basan Niko Bellicin məqsədi qaranlıq keçmişindən qaçmaq və Amerikan xəyalını yaşamaqdır. Əmisi oğlu Romanın çox-çox şişirdib təriflədiyi məktublarına inanıb Liberty City-yə yaşamağa gələn Niko Bellic, Rockstar'ın milyonlar satan "Grand Theft Auto" ardıcıllığının bu seriyasındakı əsas xarakteridir. Mafiya və qumar borclarıyla başı bəlada olan Romana kömək edərkən öz adını da doğrultmaya çalışan Niko sakit bir həyat arzu edərkən bir anda özünü borclar və yeraltı cinayət dünyasının içinə çəkilmiş halda tapır. Bu xəyalın əslində bir yalandan ibarət olduğunu, şəhərdə hörmət duyulan tək şeyin pul və etibar olduğunu anladığında isə artıq onun üçün geri dönmək çox gecdir. İndi onun həyatı Rus, Alban, yəhudi və İtalyan mafiyalarıyla mübarizədən ibarətdir. Mərhəmətsiz şəhərin küçələrindəki Niko artıq çirkli və ruhsuz bir tətikçidir.
Grand Theft Auto V
Grand Theft Auto V — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən satışa çıxarılmış 2013-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Hekayəsi uydurma San Andreas ştatında cərəyan edir. Oyunda üç əsas personaj var — bank soyğunçusu Maykl De Santa, qanqster Trevor, narkotik və silah satıcısı Frenklin. Onlar oyun boyu çoxsaylı cinayət əməllərində iştirak edirlər. Oyunda personajları üçüncü şəxs və birinci şəxs baxış bucağından idarə etmək mümkündür. Oyun dünyası piyada və avtomobil vasitəsilə kəşf edilə bilər. Oyunçular missiyalar və digər fəaliyyətlər zamanı personajlar arasında keçid edə bilərlər. Oyundakı əksər missiyalar soyğunların planlaşdırılması və icrası ətrafında fırlanır. Bu oğurluqlar zamanı oyunçular atışma və sürücülüklə məşğul olacaqlar.
Grevillea australis
Grevillea australis (lat. Grevillea australis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea australis (R.Br.) Christenh. & Byng === Heterotipik sinonimləri === Grevillea amplifica F.Muell. ex Meisn. Grevillea australis var. brevifolia Hook.f. Grevillea australis var. erecta Hook.f. Grevillea australis var.
Hedera aurantiaca
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hedera helix var. aurantiaca
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hedera helix var. aurea
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hemiechinus auritus
Adi qulaqlı kirpi (lat. Hemiechinus auritus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin qulaqlı kirpi cinsinə aid heyvan növü. == Görünüşü == Adi kirpilərdən ölçüsünə görə fərqlənirlər. Qulaqlarının uzunluğu 5 sm-ə qədərdir, yalnız bel nahiyyəsi iynələrlə örtülmüşdür. Kiçik ölçüyə sahibdirlər: bədən uzunluğu 12-27 sm, quyruq uzunluğu 17-23 mm təşkil edir. Pakistan və Əfqanıstanda yaşayan yaşayan yarımnövlər 30 sm-ə qədər böyüyür. Erkəklərin kütləsi 430 q-a qədər, dişilər isə 200-dən 505 q-a qədər ola bilər. Bu da adi kirpi ilə müqayisədə 2 dəfə azdır. Ayaqları hündürdür. Ağızları kəskindir.
Heracleum austriacum var. elegans
Adi baldırğan (lat. Heracleum sphondylium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. == Sinonimləri == Heracleum alpinum subsp. benearnense Rouy & E.G.Camus Heracleum alpinum subsp. pyrenaicum (Lam.) Rouy & E.G. Camus Heracleum alpinum var. pyrenaicum (Lam.) Pers. Heracleum austriacum var. elegans Crantz Heracleum ceretanum Sennen Heracleum granatense Boiss. Heracleum longifolium Jacq. Heracleum montanum Schleich.
Hermione auranticorona
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.