AXIRDA

zərf
1. Hamıdan sonra, qurtaracaqda. Axırda duran kimdir?
2. Nəticədə, ən nəhayətdə, bir şeyin nəticəsində, nəhayət. Axırda dilə gəlib cavab verdi. O, axırda özü avara qalacaqdır. Axırda bildiyi yadından çıxacaq.
– Ey xuda, kim çəkər axırda gülabın o gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani.
Muzdur çamadanı qabağına alıb, açar yerini mismar ilə qurdalamağa başlayıb, axırda açdı. S.M.Qənizadə.
Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb şeyxi yatırtdılar. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AXIRDA sonda — qurtaracaqda
  • AXIRDA nəhayətdə — nəticədə
AXIR-UXUR
AXIRI

Digər lüğətlərdə

апоце́нтр единобо́рство испо́шлить перести́гнуть подма́зывание поду́сники премиро́ванный ромбови́дно Фавн ко́реш перципи́роваться разне́женность се́йшен семинари́стский казна dodder expansivity Monty prospection sett xoanon зажелтить подчас прогрев соблюсти