AĞALIQ

is.
1. Hakimiyyət, hökmranlıq.
// Böyüklük, başçılıq.
□ Ağalıq etmək – hakimiyyət sürmək, hökmranlıq etmək.
Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. Mir Cəlal.

// Üstünlük, nüfuz.
2. köhn. Ağaya (bəyə, mülkədara) məxsus mülk, ev, su, meşə, heyvan və s.
[Ayrım qızı:] İkimiz də cavan idik … bu çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq.
Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞALIQ hakimiyyət — hökmranlıq

Omonimlər

  • AĞALIQ AĞALIQ I is. Hökmranlıq etmək. Nə haqq ilə mənim evimdə ağalıq edirsən? (C.Cabbarlı). AĞALIQ II is. köhn

Antonimlər (əks mənalı sözlər)

  • AĞALIQ AĞALIQ – NÖKƏRÇİLİK Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi (Mir Cəlal); Eh, nökərçilik də bir kişilik deyil, vallah, hamballıq bunun yanında
AĞALANMAQ
AĞANƏNƏ
OBASTAN VİKİ
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağalıq bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağalıq (torpaq mülkiyyəti)
Ağalıq (türk. Ağalık) — Osmanlı imperiyasında vergi yığan mülkədar olan ağa tərəfindən idarə olunan feodal vahidi. Bosniya tarixində "ağalıq" adətən bir ağaya məxsus torpaq mənasında işlənir.

Digər lüğətlərdə

алкоголи́ческий изоли́рование ислами́стка насуту́литься нэ́пманский очище́ние по-пари́жскому полу́торка пу́ще струга́ль араби́ст вкли́нивать галтель удо́йность хашиш шестоднев catch line Fernando Poo lovebirds ocellus saleswoman spot sale widow перевалка пощипывать