AĞZIDUALI

sif. köhn. Daima dua oxumaqla, ibadətlə məşğul olan adam; dindar, mömin.
Nitqi həqiqətli, sözü fal kişi; Ağzıdualı qoca baqqal kişi. M.Ə.Sabir.
[Münəvvər] həmişə dəstəmazlı, ağzıdualı (z.
), pak niyyətlə getsə də, nəticə vermirdi. Mir Cəlal.
[Xeyransa:] A kişi, mən oğlanı görməmişəm, anası canlara dəyən bir adamdır.
Məclislər yaraşığı, əlitəsbehli, ağzıdualı mömin atası var. H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞZIDUALI ağzıdualı bax dindar
AĞZIDAĞINIQLIQ
AĞZIƏYRİ

Digər lüğətlərdə