BABAY

is. Uşaq dilində: qoca, saqqallı kişi (adətən balaca uşaqları qorxutmaq üçün söylənir).
BABATLIQ
BABAYİ-ƏMİR
OBASTAN VİKİ
Buxa Noyon Babay
Buxa Noyon Babay — Buryat mifologiyasının personajlarından biridir. Bəzi əfsanələrə görə Boxo Muya (Qərb tanrısı Zayan Saqan Tenqrinin oğlu) Boxo Teli (şərq tanrısı Xamxir Boqdo Tenqrinin oğlu) ilə dava salmış, nəticədə hər ikisi dünyaya düşərək öküzə çevrilmişlər. Boxo Muya boz öküz Buxa Noyon Babaya, Boxo teli isə bəzəkli öküz Tarlan Exen Buxaya çevrilmişdi. Onlar dünyada bir birlərini izləyərək Baykal gölünün ətrafında Tayji xanın mülkündə, bir-birilərilə buynuzlaşmağa başlamışlar. Tayji xanın qızı onları qovmuş, ancaq Buxa Noyon Babayın baxışından və ya böyürməsindən hamilə qalmışdır. Bulaqatların əfsanəsinə görə bu hamiləlikdən bir oğlan olmuş, Buxa Noyon Babay onu öz oğlu kimi qəbul edərək uca dağda yerləşən dəmir beşikdə yedirdərək saxlamışdır. Uşağı olmayan iki şaman qadın Asıxan və Xosıxan Buxa Noyon Babaya xüsusi qurbanvermə mərasimi təşkil edərək, bu uşağı ondan almış və ona Bulaqat Buxa Doroqxo Olokson (Öküz altından tapılmış Bulaqat) adı vermişlər. Bulaqat tayfası onun nəslindən əmələ gəlmişdir. Exiritlərin əfsanəsinə görə Tayji xanın qızı əkiz oğlanları dünyaya gətirmişdi. Bu oğullardan biri Baykal gölü ətrafında yaşayırdı.
Dilarə Babayeva
Elman Babayev
Elman Babayev (jurnalist) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Elman Babayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.
Elman Babayev (jurnalist)
Elman Babayev (d. 30.09.1977, Yerfi kəndi, Quba) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Babayev Elman Şahbaba oğlu 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olmuşdur. 2001–2008-ci illərdə "Kaspi" qəzetində və "Trend" İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012–2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib. 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikası Təhsli Nazirliyi Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 oğlu,1 qızı var.
Elman Babayev (əsgər)
Elməddin Babayev
Elnur Babayev
Elnur Babayev- azərbaycanlı rəssam 1962-ci il iyulun 5-də Bakıda anadan olmuşdur. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. Əsərləri Avstriya, Fransa Mədəniyyət Nazirliyi, Rusiyada Müasir İncəsənət Qalereyasında, habelə ictimai və şəxsi kolleksiyalarda xüsusi yer tutur. 1995-ci ildə Beynəlxalq YUNİSEF Foto Müsabiqəsinin qalibi olmuşdur.1997, 2000, 2001-ci illərdə Ümumdünya Mətbuat Fotomüsabiqəsində mükafata layiq görülmüşdür. Əsərləri Vaşinqtonda Alla Rocers Qalereyasında, Londonda Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində "Humay" Qalereyasında nümayiş etdirilib. E. Babayevin əsərləri həm də İndiana Universitetinin "Memorial Yunion" qalereyası, Nyu-Yorkda Türk Mədəniyyət Mərkəzi və Vaşinqtonda “L.I.P.A.” qalereyasında nümayiş etdirilmişdir. Hazırda Merilənddə yaşayır.
Elvin Babayev
Elxan Babayev
| Elxan Əlisəttar oğlu Babayev (28 avqust 1948, Bakı – 2 fevral 2003) — musiqişünas, sənətşünaslıq doktoru (1999), professor (1994). ABİ və Musiqi Xadimləri İttifaqının üzvü. Elxan Babayev Üzeyir Hacıbəyov adına ADK-nın ifaçılıq və musiqişünaslıq fakültələrini (1971, 1973) bitirmişdir. 1978-ci ildən ADK-da çalışmışdır (1993–2003 illərdə BMA-nın tədris işləri üzrə prorektoru). Elxan Babayev 1981–1984-cü illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının dissertantı olmuşdur. 1985-ci ildə Moskva Dövlət Konservatoriyasında Azərbaycan dəstgahlarının ritmikası (elmi rəhbər sənətşünaslıq doktoru, professor V. N. Xolopova) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığı genişdir: bir neçə elmi monoqrafiyaların, 80-dan artıq elmi, elmi-metodik, elmi-publisistik məqalələrin, teleradio verilişlərinin müəllifidir. Tbilisi, Düşənbə, Almatı, Moskva, Bağdad, Ankara, Köln, Çikaqo, Tehran şəhərlərində keçirilən beynəlxalq elmi simpozium və konqreslərdə məruzələr etmiş, mühazirələr oxumuşdur. Elmi əsərlərinə görə musiqişünasların B. Asafyev adına beynəlxalq müsabiqəsinin və "Humay" mükafatının laureatı olmuşdur. Əsas elmi maraq dairəsi Azərbaycan muğamlarının intonasiya və ritm xüsusiyyətlərinin tədqiqi ilə bağlıdır.
Elyaz Babayev
Elyaz Babayev (Babayev Elyaz Piri oğlu; d. 26 yanvar 1947, Qafan) — azərbaycanlı alim, Texnika elmləri doktoru, professor. “Arobella Medical, LLC” şirkətinin prezidenti və təsisçilərindən biri. Elyaz Babayev 26 yanvar 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində anadan olmuşdur. 1964-cü ildə Qafan şəhərindəki 1 saylı orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) daxil olmuşdur. 1969-cu ildə bu ali məktəbin qaynaq istehsalının texnologiyası və avadanlığı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bu ali məktəbdə əvvəlcə assissent, baş müəllim, sonra dosent və professor vəzifələrində çalışmışdır. 1972-ci ildə Moskva N.Bauman adına Ali Texniki məktəbin aspiranturasına qəbul olunmuşdur. 1975-ci ildə "Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası" mövzusunda dissertasiya müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1976-cı ildən keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsi tərəfindən qeydiyyatdan keçmiş və xüsusi diploma layiq görülmüş, “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu" adlı elmi kəşfin müəllifidir.
Elçin Babayev
Elçin Səfərəli oğlu Babayev (4 aprel 1965, Naxçıvan) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019), AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müaviniŞamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri, 2019-cu il 11 martdan etibarən Bakı Dövlət Universitetinin rektoru. Elçin Babayev 4 aprel 1965-ci ildə Naxçıvanda doğulub. AMEA-nın müxbir üzvü Səfəralı Babayevin oğludur. 1996–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998–1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996–1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında, 1995–2009-cu illərdə 289 nömrəli məktəb – "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda və Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyət göstərib. 2019-ci il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. 2024-cü il martın 27-də növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub. 2005-ci il dekabrın 14-də "Tərəqqi" medalı təltif edilmişdir.
Emil Babayev
Emil Babayev — Rejissor Babayev Emil İlqar oğlu 1979-cu ildə Bakı şəhərində anadan olub. 1994–1998-ci illərdə Q. Hüseynli adına musiqi texnikumunu oxuyub. 1999-cu ildə isə Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinə daxil olub. 2003-cü ildə isə oranı bitirib. Lider TV(Azərbaycan redaksiyasi-Rejissor), AzTV Müəllif proqramları və xüsusi layihələr departamenti-Rejissor, ANS tv-Baş rejissor, ATV-Baş rejissor, İnteraz tv — Baş rejissor kimi fəaliyyət göstərib. Hal hazırda Atv kanalında Sənədli filmlər redaksiyasının rəhbəri kimi fəaliyyət göstərir. Evlidir. Bir qızı var. Biz kimik (film, 2000) İşıq (film, 2002) Cavabsız sual (film, 2003) Sayların sirri (film, 2003) Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003) Dar günün dostu (film, 2003) Hikmət xəzinəsi (film, 2003) Üzü gün doğara tikilər evlər (film, 2003) Qədim şəhərin hekayəti (film, 2003) Tarixin dözümü və qisası (film, 2003) Zoopark (film, 2003) Yeldən yarananlar (film, 2004) Ümid (film, 2005) Marsda azərbaycan çevrəsi (film, 2005) Şeyx Nizaminin məzarı (film, 2005) Və 7.8.9. (film, 2005) İllər varlığımdırsa...
Etibar Babayev
Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru. Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur. Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb.
Etibar Babayev (rejissor)
Etibar Babayev (tam adı:Babayev Etibar Kamal oğlu; 1967, Bakı – 2 iyul 2020, Bakı) — "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi 1967-ci ildə Bakıda anadan olmuşdur. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışmışdır. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olmuşdur. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunmuşdur. Bir neçə[hansı?] bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olmuşdur. "Ana və poçtalyon", "Xocalı yol gözləyir" filmləri olmuşdur. 2 iyul 2020-ci ildə Bakı şəhərində koronavirusdan dünyasını dəyişmişdir. 10 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əməkdar incəsənət xadimi adı ilə təltif olunmuşdur.
Eyvaz Babayev
Eyvaz İlyas oğlu Babayev (20 iyun 1947, Kirovabad) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (2000–2003). Eyvaz Babayev 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 6 saylı C. Cabbarlı adına orta məktəbi medalla bitirmiş, daha sonra Moskva şəhərində Qubkin adına neft və qaz institutunda alı təhsil almışdır. Əmək fəaliyyətinə Gəncə şəhəri Çini Qablar zavodunda mühəndis kimi başlamışdır. 1990–1994 və 1997–2000 illərdə həmin zavodun direktoru olmuş, əmək fəaliyyətini daha sonra 1994-cü ildən 1997-ci ilədək Gəncə şəhər İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində davam etdirmişdir. Bundan sonra Eyvaz İlyas oğlu Babayev 27 iyul 2000-ci ildən 8 aprel 2003-cü il tarixinədək Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur. Ailəlidir: üç övladı, altı nəvəsi var.
Fariz Babayev
Fariz Babayev (nefroloq)
Fariz Babayev (nefroloq)
Fariz Hənifə oğlu Babayev — Azerbaycan Nefroloqlar Cemiyyetinin sedri, Tibb elməri namizədi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu, "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsin direktoru. Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA – EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. 23 iyun 2018-ci ildə "Tərəqqi Medalı" ilə təltif edilmişdir. Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə orta məktəbi "Qızıl medal" ilə bitirmişdir. 1980–1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə pofikaktika fakültəsində təhsil almışdır. Fariz babayev 1986-cı ildə Azərbaycan Tibb Universitetini "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. 1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi,1994-cu ildən böyük elmi işçi kimi çalışmışdır.
Fariz Babayev (çavuş)
Fariz Hənifə oğlu Babayev
Fariz Babayev (nefroloq)
Fuad Babayev
Fuad Babayev (20 Yanvar şəhidi)
Fərhad Babayev
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev Sarayının direktoru (1989–2020), Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordeni laureatı. Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.
Fərhad Babayev (dövlət xadimi)
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev Sarayının direktoru (1989–2020), Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordeni laureatı. Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.
Fərhad Babayev (əsgər)
Görüş Babayev
Görüş Nurəddin oğlu Babayev (17 fevral 1943, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). Görüş Babayev 17 fevral 1943-cü ildə Bakıda, Nurəddin Babayevin ailəsində anadan olmuşdur. O, 12 nömrəli musiqi məktəbinin fortepiano sinfində oxumuş və 1959-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltaraşlıq şöbəsinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra təhsilini Leninqradda Rəssamlıq Akademiyasının monumental heykəltaraşlıq fakültəsində davam etdirmişdir. Bakıya qayıtdıqdan sonra Ömər Eldarovun rəhbərliyi altında yaradıcılıq emalatxanasında heykəltaraşlıq sənətini öyrənməyə davam etmişdir. Görüş Babayev həm Azərbaycanda, həm də digər ölkələrdə təşkil olunan müxtəlif sərgilərdə iştirak etmiş, beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Onun əsərləri sırasına 1981-ci ildə Mirzə Şəfi Vazehə Gəncədə ucaldılmış abidə, Türkiyənin Ərzurum şəhərində "Arfa çalan qız", Sumqayıtda "Nizami Gəncəvi", "20 Yanvar şəhidlərinə abidə" və başqaları daxildir. Heykəltaraşın əsas işləri Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəli və Bakıdakı "Dədə Qorqud" abidəsinin hesab olunur. Heykəltaraş həm də pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, on il Türkiyədə müəllim kimi fəaliyyət göstərərək heykəltaraşlıqdan dərs demiş və "Türkiyə yuxuları" silsiləsindən əsərlərini işləmişdir.
Hətəmxan Babayev

Digər lüğətlərdə