BAY₂

nida. Təəccüb, heyrət, çaşqınlıq və s. hissləri bildirir. Bay! Sən hara, bura hara! Bay! Bu kimdir? Bay, haçan gəlmisən? – Bir az suyu [gölməçədə] araşdırmışdıq ki, Məmmədağa səsləndi: – Bay, balıq əlimə dəydi.
– Hanı, hanı? – deyə mən də onun yanında axtarmağa başladım. S.S.Axundov.

// Bəzən təkrar şəklində işlənir.
BAY₁
BAYAĞI
OBASTAN VİKİ
Proprioseiopsis bay
Proprioseiopsis bay (lat. Proprioseiopsis bay) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis bay Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Marina Bay Sands
Marina Bay Sands — Sinqapurun Mərkəzi rayonunda, Marina Bay körfəzi sahilində yerləşən otel və kazino. Ssangyong Engineering & Construction şirkəti tərəfindən tikilmiş, sifarişçi isə Las Vegas Sands qrupudur. == Ümumi məlumat == 2010-cu ildə istifadəyə verilən bu tikili qısa zamanda Sinqapurun simvoluna çevrildi. Marina Bay Sandsın diqqət çəkən cəhtlərindən biri 191 metr hündürlükdə geniş müşahidə meydançasına və hovuza malik olmasıdır. Məhz bu ərazidən Marina Bay körfəzinə və şəhərin digər göydələnlərinə gözəl mənzərə açılır.. Tikili dünyada torpaq sahəsinin çəkilən xərci ilə birlikdə ən bahalı kazino hesab olunur. Üç binadan ibarət olan Marina Bay Sandsda 2561 otaqlıq otel, 120000 kvadrat metr sahəyə malik konqress-sərgi mərkəzi, 74000 kv.m-lik Marina Bay Sands ticarət mərkəzin, muzey, iki böyük teatr, restoranlar, iki üzən istirahət köşkü, buz meydançası, dünyada ən böyük, 500 stolluq və 1600 avtomatlıq atrium kazino yerləşir. Komlpeksdə 340 metr uzunluğa malik SkyPark yerləşir. == Tarixi == Otelin tikintisi dörd il sürmüş — 2006-cı ilin ortalarından 2010-cu ilə qədər. Ümumən 8 milyard dollar sərf olunmuşdur.
Marina Bay körfəzi
Marina Bay (Marina Bay) — Sinqapur şəhərinin cənub hissəsində yerləşən dəniz körfəzi. Bu bölgə şəhərin işgüzar ərazisi hesab olunur. Məhz körfəz boyu şəhərin ən gözəl hissəsi yerləşir. Sinqapurun bütün dünyaca məşhur binaları, restoranları və istirahət mərkəzləri Marina Bayda yerləşir. Marina Bay dörd əsas hissədən ibarətdir: Mərkəzi, Şərq, Cənub və Straits View.. == Ümumi məlumat == Marina Bay körfəzi bir neçə çayın(kanal) mənsəbində formalaşıb — Kallanq, Sinqapur, Roçor və Cilanq. Ərazinin tikintisinə 1969–70-ci illərdə başlanılıb. Bölgədə geniş meliorativ işlər görülmüş və 360 hektar ərazidə çoxlu arxitektur inciləri tikilmişdir. Müasir dövrdə Marina Bay körfəzi sutka boyu fəaliyyət göstərən şəhər ərazisidir. Burada insanlar yaşayır, işləyir və istirahət edirlər.
Nkhata Bay (mahal)
Nxata Bey — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Şimal bölgəsinə aiddir. Nxata Bey ölkənin üç bölgəsindən biri olsan Şimal bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Nxata Bey şəhəridir. Mahal şimalda Rumfi mahalı, şərqdə Malavi gölü, cənubda Nxotakota mahalı, qərbdə isə Mzimba mahalı ilə qonşudur.
North Bay Nugget
"North Bay Nugget" — Kanadanın Ontario ştatının Nort-Bey şəhərində nəşr olunan qəzetdir. Qəzet hal-hazırda "Postmedia"ya məxsusdur. "Southam Newspapers" 1996-cı ildə "Thomson Newspapers" şəbəkəsini satın alaraq "Nugget və Star"ı ümumi mülkiyyət altında birləşdirmişdir. Qəzetlər 2001-ci ildə "Osprey Media"ya və 2007-ci ildə "Sun Media"ya satılmışdır. "Postmedia" 2015-ci ildə "Sun Media"nı satın almışdır.
Palm Bay, Florida
Palm Bey, ABŞ-nin Florida ştatındakı Brevard qraflığında yerləşən bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi 103.190 nəfər, aqlomerasiya regionunun əhalisi 543.376 nəfərdir. 15 Mart 2010-cu il tarixində həyata keçirilən bir siyahıya alınmaya görə, şəhərdə 40670 nəfər, 17200 ev və 11094 ailə var. Şəhərdəki əhali bölgüsü əhalinin 79.0% Ağ, 11.3 % Afroamerikalı, 0.3% Yerli Amerikalı, 5.2% Asiya mənşəli, 0.1% Sakit okean adaları mənşəli, 1.1% digər qruplardan ibarət olduğunu müəyyən etmişdir.
The Pirate Bay
The Pirate Bay (bəzən TPB kimi qısaldılır) — əyləncə mediası və proqram təminatının onlayn rəqəmsal məzmun indeksidir. 2003-cü ildə İsveçin Piratbyrån araşdırma mərkəzi tərəfindən qurulan Pirate Bay ziyarətçilərə BitTorrent protokolu istifadəçiləri arasında peer-to-peer fayl mübadiləsini asanlaşdıran maqnit bağlantıları və torrent faylları arasında axtarma, endirmə və töhfə vermə imkanları yaradır. Pirate Bay fayl paylaşımı, müəllif hüquqları və vətəndaş azadlıqlarının hüquqi aspektləri ilə bağlı mübahisələrə səbəb oldu və müəyyən edilmiş əqli mülkiyyət qanunlarına qarşı siyasi təşəbbüslər platformasına və müəllif hüquqları əleyhinə hərəkatın mərkəzi fiquruna çevrildi. Veb sayt fəaliyyətini davam etdirmək üçün bir sıra yeni veb ünvanlarına keçərək bir neçə dəfə bağlanma və domenlərin müsadirə olunması halları ilə üzləşdi. 2009-cu ilin aprelində saytın təsisçiləri (Piter Sunde, Fredrik Neyc və Qotfrid Svartholm) İsveçdə Pirate Bay işində müəllif hüquqlarının pozulmasına kömək etməkdə təqsirli bilinərək bir il həbs və cərimə cəzasına məhkum edildilər. Bəzi ölkələrdə internet provayderlərinə (ISP) vebsayta girişi bloklamaq tapşırılıb. Daha sonra proksi saytlar vasitəsi ilə bu saytla giriş əldə olundu. Təsisçilər Svartholm, Neyc və Sunde qısamüddətli cəza çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxıldı.
Qud bay, Lenin!
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Qud bay, Lenin! (film, 2003)
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Azər­bay­can Elmlər Akade­miyası
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı.
Döyüş Bayrağı
Döyüş bayrağı — quruda olarkən bir ölkənin hərbi qüvvələri tərəfindən istifadə olunan milli bayrağın bir növü. Dəniz ekvivalenti dəniz bayrağıdır. Hazırda az sayda ölkə müvafiq müharibə bayraqlarına sahibdir və əksəriyyəti bu məqsədlə dövlət bayraqlarını və ya standart milli bayraqlarını istifadə etməyi üstün tuturlar. == Azərbaycan döyüş bayrağı == Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan səkkizguşəli ulduz yerləşib.
Eldost Bayram
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Eldost Bayramov
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Elin bayrağı (mahnı)
Elmar Bayramlı
Elmar Bayramov
Elmar Bayramov (28 dekabr 1986, Lənkəran) — Azərbaycan kinorejissoru == Həyatı == Elmar Bayramov 28 dekabr 1986-cı ildə Lənkəran şəhərində Bayramovlar ailəsində doğulmuşdur. 1993–2004-cu illərdə orta təhsilini Lənkaranda 4 saylı Humanitar Təmayüllü Məktəb Liseydə almışdır. 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Biblioqrafia ve informasiya fakültəsində ali təhsil almışdır. 2004-cu ildən 2007-ci ilə qədər "Kontakt Kopoeyra İdman Klubu"nda, 2007-ci ildən 2016-cı ilə qədər "Azərbaycan Kapoeira Federasıyası"nda müəllim vəzifəsindən, federasiya prezidenti vəzifəsinə qədər yüksəlmişdir. 2016-cı ildən reklam və film lahiyələrinin sayı çoxaldığına görə Azərbaycan Kapoeira Federasiyasından və World Capoeira Federation dan ayrılmalı olur. 2013–2015-cı illərdə Sport Service Company və Beynəlxalq idman yarışları, seminarların əsas təşkilatçılarından biri və baş Rəqəmsal Dizayneri vəzifəsində çalışıb. 2011-ci ildən sosial mövzularda ssenariler yazmağa başlayıb. İlk sosial video çarxı 2013-cü ildə "Ekoloji missiya" layihəsi idi. 2013-cu ildə "Eşq Səfəri" sənədli filmini İraqda çəkib və 2014-cu ildə Bakı, İstanbul, Moskva və London səhərlərində təqdimatları olmuşdur. 2016-cı ildə "Eşq səfəri" sənədli filmi Tehranda 3-cu International Arbaeen Award Beynelxalq Film Festivalının qalibi olmuşdur.
Elmin Bayramov
Elnur Bayram
Elnur Bayram, Elnur Ədalət oğlu Bayramov — Azərbaycanlı şair, jurnalist. == Həyatı == Bayramov Elnur Ədalət oğlu (Elnur Bayram) 26 iyul 1980–ci il tarixində Kəlbəcər rayonunun Ağcakənd kəndində ziyalı ailəsində dünyaya gəlib. 2001-ci ildə Azərbaycan Aqrar Ekologiya İnstitutu adlı tədris kursunu bitirib. 2001-2002–ci illərdə təmas xəttində hərbi xidmətdə olub. Xidmətin son üç ayını Müdafiə Nazirliyinin Təlim tədris taborunda ehtiyat zabit hazırlığı kursunu keçib. 2002-ci ilin noyabr ayından pedaqoji fəaliyyətlə başlayıb. 2005-2006–cı il də Azərbaycan Müəllimlər İnstitunun psixologiya fakultəsində yenidənhazırlanma təhsili alıb. 2000-ci lidən şeirləri, 2007–ci ildən publisitik, pedaqoji psixaloji məqalələri dərc olunur. 2011-ci ildə “Vaxt olsa” adlı şeirlər kitabı çap olunub. Hal-hazırda Bakıda psixoloq kimi fəaliyyət göstərir.
Elnur Bayramov
Elvin Bayramov
Elvin Bayramov (əsgər, 1998)
Elvin Bayramov (əsgər, 1999)
Elçin Bayramlı
Erik Bayi
Erik Bertran Bailli (12 aprel 1994[…]) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Kot-d'İvuar milli komandasının heyətində müdafiəçi mövqeyində çıxış edən futbolçu. Əsas mövqeyinin mərkəz müdafiəçisi olmasına baxmayaraq, sağ cinah müdafiəçisi mövqeyində də çıxış edə bilir. O, peşəkar futbolçu karyerasına İspaniyanın Espanyol klubunda başlamış, sonradan Vilyarreala transfer olmuşdur. İki mövsüm burada qaldıqdan sonra, 2016-cı ilin iyun ayında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur. Milli komandanın heyətində debüt oyununa 2015-ci ildə çıxmış və elə həmin il komandası ilə birlikdə Afrika Millətlər Kubokunu qazanmışdır.
Eritreya bayrağı
Eritreya bayrağı — Eritreyanın Dövlət bayrağı Eritreyanın dövlət bayrağı haqqında qanun 1995-ci ilin dekabr ayının 5-də qəbul edilib. Bayrağın yaşıl rəngi bərəkətli torpağı, kənd təsərrüfatı və maldarlığı, qırmızı rəng Eritreyanın müstəqilliyi uğrunda tökülən qanı, mavi rəng ölkənin dəniz sərvətlərini və Qırmızı dənizi simgələyir. Bayrağın qırmızı rəngli hissəsində dövlətin gerbi göstərilmişdir. Gerbin sarı rəng isə ölkənin mineral ehtiyatlarının zənginliyini və dövlətçiliyin dirçəlməsini tərənnüm edir. Sarı rəngli kiçik zeytun şaxələrindən ibarət çələng (28 yarpaq) Eritreyanın müstəqilliyi ilə nəticələnən vətəndaş müharibəsi illərinin simvoludur. Ölçüsü 1:2 nisbətindədir.
Ermənistan Sovet Sosialist Respublikası bayrağı
Ermənistan Sovet Sosialist Respublikası bayrağı — Ermənistan SSR tərəfindən 17 dekabr 1952-ci ildə istifadə edilməyə başlamışdır.
Ermənistan bayrağı
Ermənistan bayrağı (erm. Եռագույն; yeraguyn, yəni "üç rəngli") — Ermənistanın rəsmi dövlət bayrağı Qırmızı, mavi və narıncı rəngli üç bərabər üfüqi zolaqdan ibarət olan bayraq 24 avqust 1990-cı ildə (yəni Azərbaycana qarşı soyqırımı etdikdən sonra) Ermənistan SSR prezidenti tərəfindən qəbul olunmuş və 15 iyun 2006-cı ildə Ermənistan milli bayraq qanunu ilə Ermənistan parlamenti tərəfindən təsdiq edilmişdi. Tarix boyunca Ermənistan millətini təmsil edən bayraqlar tez-tez dəyişmişdir. Keçmişdə Ermənistanda hakimiyyətdə olan sülalələrin hər birinin öz bayrağı olduğu üçün əksəriyyətinin üzərində fərqli heyvan işarələri olan bu bayraqlar Ermənistan millətini təmsil etmişdir. Həmçinin XX əsrdə SSRİ hakimiyyəti dövründə də tez-tez bayraq dəyişdirilmişdir. == Rəmzi mənası == Ermənistan bayrağında olan rənglərin mənası haqqında Ermənistan konstitusiyasında bu cür qeyd olunmuşdur: == Dizaynı == Ermənistan bayrağı qırmızı, mavi və narıncı rəngli üç eyniölçülü, üfüqi zolaqdan ibarətdir. Düzbucaqlı şəklində olan bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Ernest-Anri Bayon
Ernest-Anri Bayon (fr. Henri Ernest Baillon; 30 noyabr 1827[…], Kale – 19 iyul 1895[…], Paris) — Fransa botaniki. == Elmi fəaliyyəti == 4000-dən yuxarı takson təsnif edən Ernest-Anri Bayon toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Henri Ernest Baillon: Adansonia, recueil périodique d’observations botaniques. Paris, 1866–1870 (10 томов) (fr.) Henri Ernest Baillon: Dictionnaire de botanique. Paris, 1876–1892 (4 тома) (fr.) Henri Ernest Baillon: Étude générale du groupe des Euphorbiacées. 1858 (fr.) Henri Ernest Baillon: Histoire des plantes. 1866–1895 (13 томов) (fr.) Henri Ernest Baillon: Histoire naturelle des plantes de Madagascar. (3 тома) (fr.) Henri Ernest Baillon: Iconographie de la flore française. 1885–1894 (fr.) Henri Ernest Baillon: Recherches organogéniques sur la fleur femelle des Conifères.
Evdə tək 5: Bayram soyğunu (film, 2012)
Evdə tək 5: Bayram soyğunu — 2012-ci ildə çəkilmiş ABŞ və Kanada filmi. == Məzmun == Finn (Kristian Martin) və ailəsi Kaliforniyaya gedirlər və Milad mövsümü ərzində yeni evlərinə yerləşirlər.10 yaşlı Finn Bakster (Kristian Martin) və onun bacısı, Aleksis (Codel Ferland), onların valideynləri Kurtis (Daq Murri) və Keitrin (Elli Harvi) isə xarici dünyada özlərini təcrid texnologiyaları var. Finn alış-veriş edərkən, Sinklair (Malkolm MkDovell), Cessika (Debi Mazar) və onların yeni kassa oğrusu Huyus (Eddi Steplis) ibarət oğru bir qrupun planları uzun vaxtdan itirilmiş $ 85 milyon dəyərində olan Edvard Maç portretin tapmaq idi. Bunu Finn (Kristian Martin) təsadüfən eşidir. Bu portret zirzəmidə gizlədilmişdi. Gecə, Kurtis (Daq Murri) və Keitrin (Elli Harvi) yeni boss, cənab Karson (Edvard Asner) tərəfindən çağırılır. Bundan sonra təsadüfən Aleksis (Codel Ferland) zirzəmidə bağlı qalır. Sonra isə oğrular evə soxulurlar və Finn (Kristian Martin) onlara qarşı planlar qurur. Oğruları portreti oğurlamağa imkan vermir və onları bodrumda bağlı qoyur. Daha sonra Aleksis (Codel Ferland) oradan çıxa bilir.
Eynəkli bayquş
Eynəkli bayquş (lat. Pulsatrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Filippin bayrağı
Filippin bayrağı — Filippinin dövlət bayrağı. Filippin bayrağı günəş və ulduzlar çəkilmiş ağ üçbucaqdan və göy ilə qırmızı rəngli iki zolaqdan ibarətdir. Bu yeganə bayraqdır ki, iki variantı var: sülh vaxtı göy rəng yuxarıda, qırmızı aşağıda olur, müharibədə isə rənglər yerlərini əksinə dəyişirlər. Bayraqdakı simvolların mənaları bunlardır : Qırmızı rəng - qan, müharibənin rəngi; Göy rəng sülhün; 3 kiçik ulduz - Filippindəki 3 böyük adanın rəmzidir (Luzon, Visayas, Mindanao) Böyük olan isə günəşin rəmzidir.
Finlandiya bayrağı
Finlandiya bayrağı — Finlandiyanın Dövlət bayrağı. Bayraqda ağ rəng demokratiyanı, göy xaç isə xristianlığın rəmzidir.
Fitr bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. == Tarix == İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Fələstin bayrağı
Fələstin bayrağı — Fələstinin bayrağı
Fərrux Bayramov

Digər lüğətlərdə