Ceyhun Möhübbət oğlu Hüseynov (5 oktyabr 1991, Arazbar, Ağcabədi rayonu – 16 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ceyhun Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Arazbar, Ağcabədi rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Arazbar, Ağcabədi rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2009 / 2014—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Ceyhun Hüseynov 5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olmuşdur.[1] C.Həsənov adına Ağcabədi rayon Arazbar kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Ceyhun Hüseynov 2009-cu ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Top komandiri olaraq xidmət etmişdir.
2016-cı ilin aprel ayında Cəbrayıl-Füzuli və Tərtər rayonu istiqamətində baş verən Aprel döyüşlərində Ceyhun Hüseynov iştirak etmişdir. O, təkbaşına 4 topdan 27 atəş açaraq Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini və artilleriya divizionunu müdafiə etmişdir.[2]
Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Topdan və minaatandan qarşı tərəfə atəş açmışdır. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Hüseynov 16 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Arazbar kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Ceyhun Hüseynov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]