COĞRAFİ

sif. Coğrafiyaya aid, coğrafiya ilə bağlı. Coğrafi kəşflər. Coğrafi xəritə.
// Hər hansı bir yerin təbii şəraiti, quruluşu və ya vəziyyəti baxımından qiymətləndirilən, baxılan, nəzərdə tutulan. Coğrafi landşaft. Ölkənin coğrafi vəziyyəti. Sənayenin coğrafi yerləşdirilməsi.
– Elmi dəlillər Abşeron yarımadasındakı tükənməz sərvəti saxlayan təbəqələrin dənizdə də davam etdiyini göstərir, coğrafi sərhədi şərti bir şey hesab edirdi. M.Süleymanov.

Coğrafi mühit – cəmiyyətin maddi həyatının ən zəruri və daimi şərtlərindən biri olan təbii şərait (iqlim, torpaq, təbii sərvətlər və s.).
CODYUNLU
COĞRAFİYA

Digər lüğətlərdə