DİVAR

is. [ fars. ]
1. Binaların üstünü saxlamaq və daxilini bölmələrə ayırmaq üçün müxtəlif tikinti materiallarından çəkilən sədd. Daş divar. Divara kağız çəkmək. Divarın üz tərəfi.
– Muxtar əmi evin eşik divarına söykəndi. M.Hüseyn.
Divardan asılmış şəkil Əzizi bir az qəmgin elədi. S.Rəhman.

□ Divar kağızı – suvanmış otaq divarlarına yapışdırılan naxışlı kağız.
Divar qəzeti köhn. – idarənin, müəssisənin, yaxud məktəbin işlərini, müvəffəqiyyət və nöqsanlarını əks etdirən, divardan asılan qəzet.
[Dilbər] “Yüksək məhsul” adlı divar qəzetini çıxarmağa çox vaxt sərf edirdi. Ə.Sadıq.

Divar peçi (sobası) – divarın içində hörülmüş peç, buxarı.
Divar peçləri hələ təzəcə qalanırdı. S.Rəhimov.

Divar saatı – divardan asılan saat.
Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. M.S.Ordubadi.
Dəhlizdəki divar saatında on iki olmuşdu. M.Hüseyn.

Divar şkafı – divarın içində olan şkaf.
Şoferin fikrizikri yenə divar şkafında idi. M.Hüseyn.

2. Həyətlərin (keçmişdə həm də şəhər və qalaların) ətrafını əhatə edən daşdan, kərpicdən və s.-dən tikilən uca barı; hasar. Qala divarı. Kreml divarları.
– Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətin hamısını görürdüm. C.Məmmədquluzadə.

3. Müxtəlif qabların, yeşik, çəllək və s. şeylərin yan tərəfi. Çənin divarı. Sandığın divarları. Borunun divarı.
// Bəzi bədən üzvlərinin yan tərəfi. Bağırsağın divarları. Göz almasının divarı üç qişadan ibarətdir.
4. məc. Maneə, sədd mənasında. Aramızda bir divar vardır.
◊ Divara dirəmək (qısnamaq) – danışıq və ya mübahisə zamanı birini çıxılmaz vəziyyətə salmaq, sıxışdırmaq.
Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) – xarici aləmlə, heç kəslə əlaqə saxlamamaq.
[Asya Gülçöhrəyə:] Sən bu dörd divarın içində kimi görə bilərsən, a yazıq!… Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİVAR sədd
  • DİVAR hörük
  • DİVAR hasar
  • DİVAR 1. DİVAR (tikiliyə məxsus divar) Gənc tüfəngini yerə qoyub, divarın dibində uzanmış Osmana yanaşdı, gülümsədi (Çəmənzəminli); SƏDD Qəzəb dalğalan aşdı

Etimologiya

  • DİVAR Farscadır, bizdə dam işlədilib (indi məna dəyişib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DİVANİ₁
DİVARCIQ
OBASTAN VİKİ
Qoruyucu divar (kompüter)
Qoruyucu divar (ing. Firewall) — icazəsiz girişi bloklamaq üçün yaradılıb və yalnız icazəsi olanlara girişi təmin edir. Bu qurğu və ya qurğular sistemi girişə icazəni qaydalar və müxtəlif kriteriyalara əsasən verir. Firewall-un iki əsas növü var: - Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı (Stateful Inspection Firewall) - Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı (Application Layer Firewall) Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı – məlumatı göndərildiyi yerdən daxil olacağı yerə qədər izləyir. Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı isə yalnız daxil olan və çıxan məlumatın başlıq hissələrini yoxlayır və tətbiqetmə səviyyəsindəki protokolları məhdudlaşdıraraq təhlükəsizliyi təmin edir. Məsələn, HTTP protokolu vasitəsilə hər hansı bir Veb sayta girişin qadağan olunması. Bu iki növdən ən çox inkişaf edən və ən çox istifadə olunanı birincisidir. Ona görə ki, daha böyük şəbəkələrin, İnternet və daxili şəbəkədəki trafiklərinə nəzarət edir. “Firewall nə üçün lazımdır?” sualına gəldikdə isə bunu qeyd etmək lazımdır ki, sizin kompüteriniz yalnız virus hücumlarına deyil, sizin şəxsi məlumatlarınızı ələ keçirə biləcək hücumlara da məruz qalırlar. Məhz bu hallarda Firewall-dan istifadə olunur.
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Divar (1991)
== Məzmun == Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir. Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir. Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir. == Film haqqında == Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Divar hanası
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Divar kağızı
Divar kağızı — evlər və binalar daxilində divarları əhatə etmək üçün istifadə olunan kağız. Divar kağızı boyamaq yerinə binaların daxilini bəzəmək üçün istifadə olunur. "Divar kağızı" həmçinin kompüter monitorunnda rəsm üçün bir söz.
Divar kərtənkələsi
Divar kərtənkələsi (lat. Podarcis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Divar kərtənkələləri bir növ Lacerta bənzəyirlər. Hətta sklet quruluşu və pulcuqların düzülüşü eynidir. == Yayılması == Divar kərtənkələləri əsasən Aralıq dənizi hövzəsi ərazilərində:Cənubi Avropa, Şimali Afrika və Kiçik Asiya ərazilərində rast gəlinir.
Dördüncü divar
Dördüncü divar — ilk vaxtlar teatrda, daha sonra isə film, komikslər, video oyunlar kimi digər incəsənət sahələrində də istifadə olunan termin. == İzahı == Dördüncü divar — aktyorlarla tamaşaçılar arasında ənənəvi üçdivarlı teatrlarda olan xəyali divardır. Termin Deni Didro tərəfindən 18-ci əsrdə düşünülsə də, yalnız 19-cu əsrdə istifadə olunmağa başlanmışdır. Səhnədən və ya ekrandan birbaşa tamaşaçıya müraciət edən aktyorun hərəkəti dördüncü divarı dağıtmaq adlanır. Bu fənd əsasən komediyalarda və cizgi filmlərində geniş yayılsa da, bəzən ciddi, dramatik əsərlərdə də buna rast gəlmək olur. Dördüncü divarın dağıdılması tamaşaçılara əsərdə təsvir olunan hadisələrə daha dərindən dalmaq imkanı yaradır.
Divar (dəqiqləşdirmə)
Divar - müdafiə divarı
Divar (hörgü)
Divar və ya hörgü təbii və ya süni tikinti materiallarının üst-üstə yığılması nəticəsində əldə edilən konstruksiyadır. Divarların hissələri hər hansısa bir bağlayıcı maddədən istifadə edilərək bir-biri ilə birləşdirildiyi kimi, hissələrin birbaşa üst-üstə yığılması yolu ilə də birləşdirilə bilər. Təbii tikinti materialları kimi əhəngdaşı və silisium daşlarından istifadə edilir. Bunların üstü emal edilmədən (işlənmədən) kobud qalaraq və ya emal edildikdən sonra istifadə edilə bilər. Çox yüksək dayanıqlığın tələb olunmadığı hallarda, çay yataqlarından yığılmış daşlardan da istifadə oluna bilər. Daha davamlı konstruksiyaların tikintisi üçün isə daş karxanalardakı daşlardan istifadə edilir və onlar xüsusi olaraq emal edilir. Süni divar materiallarına misal olaraq isə; adobe briketlər, kərpiclər, məsaməli beton, şüşəli qüllə, taxta, alçiban və beton panellər göstərilə bilər. Divar tikintisində istifadə olunan materiallar regiondan regiona fərqli olduğu kimi, divarların tikilmə üsulu da bir-birlərindən fərqlidir. Divarlar hörmə, yığma, düzmə və ya yapışdırma üsullarından istifadə edilməklə tikilə bilər.
Divar (film, 1991)
== Məzmun == Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir. Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir. Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir. == Film haqqında == Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Divar (Qısa hekayələr toplusu)
Jan Pol Sartrın 1939-cu ildə nəşr olunan "Divar" (fr. Le Mur) adlı 5 hekayədən ibarət hekayələr toplusu. Müəllifin ən böyük ekzistensialist fantastika əsərlərindən biri hesab olunur. Sartr kitabı öz yoldaşı, Olqa Kosakieviçə həsr etmişdir. "Divar" "Otaq "Herostrat" "İntimlik" " Liderin uşaqlığı " == "Divar" == Eponim hekayəsi məhbusların ölümə məhkum edildiyi vəziyyəti soyuqqanlı şəkildə təsvir edir. 1939-cu ildə yazılmış hekayə,18 iyul 1936-cı ildə başlayan və 1 aprel 1939-cu ildə general Fransisko Frankonun başçılıq etdiyi Millətçilərin sona çatan vətəndaş müharibəsində baş verir. Başlıq məhbusları edam etmək üçün atəş dəstələrinin istifadə etdiyi divara aiddir. Divarın özü insanın ölümünün qaçılmazlığını və xəbərsizliyini simvollaşdırır. Baş qəhrəman Pablo İbbieta kamerada olan digər iki nəfərlə birlikdə ölümə məhkum edilir. Yoldaşı Ramon Qrisin yerini açıqlayacağı təqdirdə ona çıxış yolu təklif olunur.
Diverqent 3: Divar arxasında
Diverqent 3: Divar arxasında (ing. The Divergent Series: Allegiant) — 2016-cı ildə istehsal olunmuş ABŞ filmi.
Kangşung divarı
Kangşung divarı — Comolunqma dağının şərq hissəsində yerləşən böyük divar, bu ərazi həm də dağın tibet ərazisində yerləşən hissələrindən biridir. Divarın ətəyindən (ətəkdə Kangşung buzlağı yerləşir) zirvəyə qədər olan hündürlük 3350 metrdir . Kangşung enli dağ divarıdır, sağda Şimal-şərq qrabeni, solda isə Cənub-şərq qrabeni və Cənub yəhəri yerləşir. Divarın yuxarı hissəsində asılı buzlaqlar üstünlük təşkil edir. Aşağı hissəsində isə dik qaya çıxıntıları və kuluarlar var. Comolunqmaya Kangşung divarı ilə qalxmaq standart marşruta nisbətən daha çətindir. Standart marşrut Şimal yəhərindən və ya Cənub yəhərindən keçir. Ümumən dağın bu hissəsi daha kənarda yerləşir və Kungşung divarının ətəyinə çatmaq üçün daha çox yol qət etmək lazımdır. == Fəth olunma tarixi == 1981-ci ildə Riçard Blyumun (ing. Richard Blum) və Luis Reyhardtın (ing.
Kanqşunq divarı
Kangşung divarı — Comolunqma dağının şərq hissəsində yerləşən böyük divar, bu ərazi həm də dağın tibet ərazisində yerləşən hissələrindən biridir. Divarın ətəyindən (ətəkdə Kangşung buzlağı yerləşir) zirvəyə qədər olan hündürlük 3350 metrdir . Kangşung enli dağ divarıdır, sağda Şimal-şərq qrabeni, solda isə Cənub-şərq qrabeni və Cənub yəhəri yerləşir. Divarın yuxarı hissəsində asılı buzlaqlar üstünlük təşkil edir. Aşağı hissəsində isə dik qaya çıxıntıları və kuluarlar var. Comolunqmaya Kangşung divarı ilə qalxmaq standart marşruta nisbətən daha çətindir. Standart marşrut Şimal yəhərindən və ya Cənub yəhərindən keçir. Ümumən dağın bu hissəsi daha kənarda yerləşir və Kungşung divarının ətəyinə çatmaq üçün daha çox yol qət etmək lazımdır. == Fəth olunma tarixi == 1981-ci ildə Riçard Blyumun (ing. Richard Blum) və Luis Reyhardtın (ing.
Konstantin divarları
İmparator Böyük Konstantin, Licinius üzərində qazandığı böyük qələbədən sonra, indi Roma İmperatorluğunun yeni paytaxtı olacaq “Yeni Roma”nın inşasına başlamalı olduğunu düşünürdü. Bu mövzuda müxtəlif şayiələr və əfsanələr olmasına baxmayaraq, sadə bir hekayə ilə bunu izah etsək; 8 Noyabr 324-də əlinə nizə götürərək, qədim Bizantion şəhərinin şərq ucundan 4,5 km uzaqlaşdığı nöqtədən Mərmərə dənizi ilə Qızıl buynuz arasındakı 7 təpəni əhatə edərək geriyə qayıtmışdır. “Yeni Roma”nın, yəni daha geniş yayılmış adı ilə “Konstantinopol”un sərhədlərini, əlindəki nizə ilə keçdiyi yerləri işarələyərək müəyyənləşdirdi. Bu sərhədlərə əsaslanaraq burada yeni şəhərin sütunları tikildi və kiçik bir hissəsi bu gün də qalmış divarlara “Konstantin Divarları” deyilir.
Konstantinopol divarları
Konstantinopol divarları, Konstantinopolun müdafiə divarları və ya İstanbul divarları, hazırda İstanbulun sərhədləri içərisində olan İstanbulu əhatə edən və Şərqi Roma İmperiyası dövründə inşa edilmiş şəhər divarlarıdır. V əsrdən başlayaraq şəhəri əhatə edən divarlar sökülmə və yenidənqurma işləri ilə dörd dəfə əsaslı təmir edilmişdir. Son konstruksiyası eramızın 408-ci ilindən sonra olmuşdur. II Theodosius (408–450) dövründə İstanbul divarları Sarayburnudan Haliç sahili boyunca Ayvansaraya, bu tərəfdən Mərmərə dənizi sahilləri boyunca Yeddiqülləyə, Yeddiqüllədən Topqapıya, Topqapıdan Ayvansaraya qədər uzanırdı. == Divarlar və bürclər == Divarların uzunluğu 22 km-dir. Haliç divarları 5,5 km, quru divarları 7,5 km, Mərmərə divarları 9 km-dir . Quru divarlar üç hissədən ibarətdir: xəndək, xarici divar və daxili divar. Xəndəklər bu gün əkinçilik ərazisinə çevrilib. Divara bitişik və quru divarlarının kənarında 50 m aralıqlarla əksəriyyəti çökmüş və çatlamış 96 bürc vardır. Bu bastionlar boydan-boya uzanan divarlar arasında 10 metrlik bir proyeksiyada, əsasən kvadrat planlı və 25 m hündürlükdədir.
Kreml divarı nekropolu
Kreml divarı nekropolu — vəfat edənlərin külü üçün kolumbarium kimi xidmət edən Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında xatirə qəbiristanlığı. Sovet dövlətinin dövlət, partiya xadimlərinin və hərbi rəhbərlərinin 1917-ci il Oktyabr İnqilabının iştirakçılarının dəfn yeri . 1920-1930-cu illərdə burada xarici ölkələrin kommunist inqilabçıları: məsələn yazıçı və jurnalist Con Rid, Yaponiya Kommunist Partiyasının qurucusu Sen Katayama, inqilabçı Klara Setkin, alman siyasətçisi Frits Hekkert və başqaları da dəfn edilmişdir. 1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur . == Nekropolun təsviri == Qırmızı Meydanın şimal hissəsinə baxan Nikolskaya və Spasskaya qüllələri arasındakı divara yaxın ərazilər dəfn üçün istifadə olunur və yandırılanların külləri üçün kolumbariem kimi istifadə edilir. Xalq arasında ona "Kommunarların Divarı" ləqəbi verilmişdir. Qranit lövhələrin arxasındakı boşluqlarda inqilabçıların, ilk komissarların, Kominternin üzvlərinin, hərbi komandirlərin, astronavtların və görkəmli elm adamlarının külü olan 114 küp var. İlk qranit lövhə 1925-ci il aprelin 5-də qoyulmuşdur: inqilabın qocalarından olan Ali İqtisadi Şura sədrinin müavini Miron Vladimirovun nəşinin külü divarın içinə hörülmüşdür. Bu lövhədəki yazı: "Fəhlə sinfinin azad edilməsi uğrunda mübarizə aparan, sosialist quruculuğunun fədakeşi Miron Konstantinoviç Vladimirov (yoldaş Leva)". == Məzarlığın tarixi == === Çar dövrü === Çar dövründə Kremlin divarı boyunca yalnız Spasski və Nikolskii darvazaları arasında on beş kiçik qəbiristanlıq var idi - bu zaman adi insanlar divarın yanında dəfn olunurdular.
Kreml divarı yaxınlığındakı nekropol
Kreml divarı nekropolu — vəfat edənlərin külü üçün kolumbarium kimi xidmət edən Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında xatirə qəbiristanlığı. Sovet dövlətinin dövlət, partiya xadimlərinin və hərbi rəhbərlərinin 1917-ci il Oktyabr İnqilabının iştirakçılarının dəfn yeri . 1920-1930-cu illərdə burada xarici ölkələrin kommunist inqilabçıları: məsələn yazıçı və jurnalist Con Rid, Yaponiya Kommunist Partiyasının qurucusu Sen Katayama, inqilabçı Klara Setkin, alman siyasətçisi Frits Hekkert və başqaları da dəfn edilmişdir. 1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur . == Nekropolun təsviri == Qırmızı Meydanın şimal hissəsinə baxan Nikolskaya və Spasskaya qüllələri arasındakı divara yaxın ərazilər dəfn üçün istifadə olunur və yandırılanların külləri üçün kolumbariem kimi istifadə edilir. Xalq arasında ona "Kommunarların Divarı" ləqəbi verilmişdir. Qranit lövhələrin arxasındakı boşluqlarda inqilabçıların, ilk komissarların, Kominternin üzvlərinin, hərbi komandirlərin, astronavtların və görkəmli elm adamlarının külü olan 114 küp var. İlk qranit lövhə 1925-ci il aprelin 5-də qoyulmuşdur: inqilabın qocalarından olan Ali İqtisadi Şura sədrinin müavini Miron Vladimirovun nəşinin külü divarın içinə hörülmüşdür. Bu lövhədəki yazı: "Fəhlə sinfinin azad edilməsi uğrunda mübarizə aparan, sosialist quruculuğunun fədakeşi Miron Konstantinoviç Vladimirov (yoldaş Leva)". == Məzarlığın tarixi == === Çar dövrü === Çar dövründə Kremlin divarı boyunca yalnız Spasski və Nikolskii darvazaları arasında on beş kiçik qəbiristanlıq var idi - bu zaman adi insanlar divarın yanında dəfn olunurdular.
Mentha divaricata
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Müdafiə divarı
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Othonna divaricata
Passiflora suberosa var. divaricata
Prunus divaricata
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Pyrethrum divaricatum
Tanacetum partheniifolium (lat. Tanacetum partheniifolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chrysanthemum partheniifolium (Willd.) Pers. Matricaria partheniifolia (Willd.) Poir. Pyrethrum partheniifolium Willd.
Pyrethrum sericeum var. divaricatum
Qalata müdafiə divarları
Qalata müdafiə divarları və ya Genuya müdafiə divarları, müasir İstanbul sərhədləri içərisində olan Qalatayı əhatə edən və bəzi qalıqları bu gün də mövcud olan müdafiə divarlardır. Qalata Bizans dövründə Sykainin xarici məhəlləsi olduğu vaxtlar gücləndirilməmişdir. Qızıl buynuzun ağzında uzanan zəncirin mühafizəçisi kimi fəaliyyət göstərirdi. Ancaq 1204-cü ildə şəhərin zəifləməsindən sonra Qalata Venesiya ərazisinə çevrildi və daha sonra Genuya Respublikasının müstəmləkəsi oldu. Bizanslıların etirazlarına baxmayaraq, Genuyalılar Bizans nəzarətinin xaricində qalmış öz məhəllələrini xəndəklə əhatə etməyə müvəffəq oldular. Koloniyanın ətrafındakı qala tipli evləri özlərinin yaratdıqları ilk divarla birləşdirdilər. Qalata qülləsi daha sonra "Turris Sancte Crucis" ("Müqəddəs Xaç Qülləsi") olaraq adlandırıldı və digər şəhər divarlarının uzantıları 1349-cu ildə şimal hissədə həyata kecirildi. Sonrakı istehkam və müdafiə divarı uzantıları 1387, 1397 və 1404-cü illərdə davam etmişdir. Kobud şəkildə deyilsə, təxminən trapesiya formasında həyata keçirilmiş genişlənmə onlara böyük bir qapalı ərazi verdi. Genişlənmə Azapkapıdan şimala Şişxana istiqamətində, oradan Topxanaya və daha sonra Karaköy istiqamətində olmuşdur.
Qərb divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Senecio divaricoides
Senecio divaricoides (lat. Senecio divaricoides) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Seuta Kral Divarları
Seuta Kral Divarları (isp. Murallas Reales de Ceuta) - İspaniyanın Şimali Afrikada yerləşən muxtar bölgəsi olan Seuta şəhərində yerləşən tarixi abidə kompleksi. Seuta Kral Divarları müxtəlif dövrlərdə tikilmiş çoxlu sayda müdafiə və gözətçi qalalarından ibarətdir. Ən qədim tikilinin 962-ci ilə aid olduğu təxmin edilir və bu rəqəm XVIII əsrə qədər uzanmaqdadır. == Tarixi == Seuta Qədim Roma və Karfagen dövləti zamanlarında hərbi gəmilərin keçid və gözləmə məntəqəsi kimi istifadə olunurdu və ərazidən oxşar məqsədlərlə 5-ci əsrə qədər istifadə edildiyi məlumdur. İlkin müdafiə və gözətçi qüllələri V-VI əsrlərdə inşa edilməyə başlanmışdır. Müxtəlif səbəblərdən həmin tikililərin demək olar ki, heç biri günümüzə qədər gəlib çatmamışdır. Müasir Kral Divarlarının inşası portuqalların 1415-ci ildə Seutanı fəth etməsindən sonra başlamışdır. Portuqaliya krallığının maliyyə vəsaiti hesabına ərazinin müdafiə gücünün gücləndirilməsi və Aralıq dənizindən keçən düşmən gəmilərinin rahat müşahidə edilməsi məqsədi ilə indiki kral divarlarının inşası başlanılır. Qala divarının ətrafında xəndəklərdə qazılmışdır və inşaat işləri 1540-cı ilə qədər davam etmişdir.
Sevgi divarı
"Sevgi divarı" — Parisin ən hündür nöqtəsi sayılan Monmartr təpəsində üzərinə 311 dildə "Mən səni sevirəm!" yazılmış lövhə. 40 m² sahəsi olan divarda, hətta Brayl şriftlərinin köməyilə korlar üçün də eyni məzmunlu sözlər yazılmışdır. == İdeya və onun həyata keçirilməsi == İdeyanın təşəbbüsü Frederik Barondur. O, həmin sözləri əvvəlcə kiçik qardaşına yazdırmış, sonra həmin yazını ərəb, rus, portuqal və ilaxır qonşularından öz dillərinə çevirməyi rica etmişdi. Frederik başqa dillər üçün bir neçə səfirliyə də müraciət etmişdi. Bu işi yerinə yetirərkən 3 böyük qeyd kitabçası 300-dən çox dildə 1000-ə qədər "Səni sevirəm" mətnli yazılarla dolmuşdu artıq. Sonda o, bu yazıları ahəngdar şəkildə bir araya gətirmək üçün Kler Kito adlı gözəl yazı xəttinə malik incəsənət xadiminə (kalliqraf) müraciət edir. Kalliqraf işi layiqincə yerinə yetirir və hal-hazırda divarda sərgilənən yazılı abidə ərsəyə gəlir. Hər biri 21x29.7 sm ölçüdə olan 612 ədəd şirli lavadan hazırlanmış kirəmit üzərində həkk olunan yazılar Frederik Baronun qeyd dəftərindəki vərəqləri xatırladır. Yazılar arasında rast gəlinən böyük bir ürəyin qırıntıları şəklində qırmızı rəngli çıxıntıların həkk olunması isə bu "sevgi divarı"nın dünyadakı sınıq qəlbləri yenidən bir araya gətirmək niyyətini canlandırır.
Sonuncu divarın daşları (roman)
Çingiz Abdullayevin biblioqrafiyası — azərbaycanlı yazıçı Çingiz Abdullayevin biblioqrafiyası. == Romanlar == Mavi mələklər. Bakı: Yazıçı, 1988 Əclafların qanunu. Bakı: Zaman, 1997 Qanın üç rəngi. Bakı: Azərbaycan, 2001 Allahın tərəfində. Bakı: Çıraq, 2003 Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj Alçağın üslubu. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. I cild.
Suriya-Türkiyə sərhəd divarı
Suriya-Türkiyə sərhəd divarı — Türkiyənin qanunsuz keçidlərin qarşısını almaq üçün Türkiyə-Suriya sərhədində qurduğu 837 kilometrlik divardır. Layihənin məqsədi sərhədləri qanuni olaraq keçməmiş və qeydiyyatdan keçməyən, müvəqqəti şəxsiyyət sənədləri olmayan suriyalı sığınacaq axtaranlara, qaçaqçılara və "terror təşkilatı" üzvlərinə qarşı qorumaqdır. Divar dünyanın ən böyük 3-cü divarı olma xüsusiyyətinə malikdir. == Türkiyə-Suriya sərhədi == Suriya-Türkiyə sərhədi Ankara anlaşması ilə formalaşmış 911 kilometrə bərabər olan Türkiyənin ən uzun hissəsidir və Hatay dövlətinin Türkiyə Respublikasına qoşulması ilə günümüzə qədər gəlib çatıb. == Tikintisi == Ankara sərhəd təhlükəsizliyini artırmaq üçün 2015-ci ildə inşaat layihəsinə başlamışdır. 2016-cı ilin yanvar ayında Hatayın Yayladağ ilçəsindəki Suriya sərhədində beton divarın inşasına başlanıldı. Layihənin maliyyələşdirilməsi müvafiq valiliklər və TOKİ tərəfindən təmin edilmişdir. Divarların hər biri 7 ton ağırlığında, 2 metr enində və 4 metr hündürlüyündədir. 3 metr beton və 1 metr tel hörgüsündən ibarətdir. Divar gözətçi qülləsi, patrul yolu, gücləndirilmiş qəfəs teli, işıqlandırma sistemləri, aktiv sərhəd qoşunları, hava, PUA və hava zirehli nəqliyyat vasitələri, akustik sensorlar, uzaqdan idarə olunan silah sistemləri, lazer silahları, avtomatik aşkarlama proqramları və s.
Səfəvi imperiyasının müdafiə divarları
Səfəvi imperiyasının müdafiə divarları dövlətin şəhərsalma, orduda odlu silahlardan istifadə olunma prinsiplərinə görə az sayda idi. Müdafiə tikililəri funskiyasını daha çox şəhər qalaları yerinə yetirməkdəydi. Bu qalalar şəhərə hücum olacağı təqdirdə müdafiəni düzgün təşkil etməyə xidmət etməklə birlikdə, şəhərdə yaşayanlar üçün sığınacaq funskiyasını yerinə yetirməsi üçün də nəzərdə tutulmuşdu. Səfəvi imperiyası dövrü onun idarə etdiyi ölkələrdə müdafiə tikililərinin sayının azaldığı dövrdür. Tarixçi Rudi Mattheeyə görə, bunun səbəbləri qismən mərkəzi müdafiə sistemi qavramının olmaması, yerli özünüidarə etmə sisteminin zəif inkişafı və bəzi nümunələrdə bərpa işlərinin zəif olması idi. Məsələn, I Abbas (1587-1629) dövləti mərkəzləşdirmək və güclü hakimiyyət qurmaq üçün iç bölgələrdəki istehkamların bir hissəsinin uçurulması əmrini də vermişdi. Bunu etməyinin səbəblərindən biri Osmanlı imperiyasının həmişə möhkəmləndirilmiş qalaya sahib şəhər və qəsəbələrə hücum edir kimi düşüncələr idi. Həmçinin ölkənin daxilində yerləşən və yerli hakimlər tərəfindən idarə olunan qalaların sökülməsi ilə onların mərkəzi hakimiyyətə qarşı mümkün üsyanların da müdafiə qabiliyyətlərini zəiflətmək idi. Bu dağıdılan qalaların ümumi xüsusiyyəti çox zaman xarici müdafiə xətlərində yerləşməmələri idi. == Növləri, yerləri və kontekstləri == Səfəvi imperiyasında müdafiə divarları ilə bağlı hesabatlar ziddiyyətlə və qeyri-müəyyəndir.
Tsoy divarı
Tsoy divarı (rus. Стена Цоя, ing. Tsoi's Wall) — musiqiçi Viktor Tsoya və onun yaratdığı "Kino" qrupuna həsr olunmuş, Moskvada yazılar ilə bəzənmiş divar. Divar Arbat küçəsi ilə Krivoarbatski döngəsinin kəsişməsindəki 37 №-li evdə yerləşir və Moskvanın görməli yerlərindən biri hesab edilir. Tsoy fanları üçün divarın yanındakı xüsusi külqabına qırıq siqareti yandıraraq qoymaq adət halını almışdır. Tsoy fanları tərəfindən tez-tez ziyarət edilən divar dostlar üçün bir-birlərinə göndərdikləri qeydləri gizlətmək və ya görüş təşkil etmək məkanına çevrilmişdir. Moskvadan əlavə bir neçə şəhərdə, o cümlədən Sankt-Peterburq, Xabarovsk, Dnepr, Sevastopol şəhərlərində də Tsoyun xatirəsini əbədiləşdirmək üçün belə divarlardan istifadə olunmuşdur. == Tarixi == Divara yazılan ilk yazı 15 avqust 1990-cı ilə təsadüf edir və divarda qara rəng ilə "Viktor Tsoy bu gün öldü" (rus. Сегодня погиб Виктор Цой) yazılmışdır. Ardınca isə başqa bir nəfər bu yazıya cavab olaraq yazmışdır: "Tsoy yaşayır!" (rus.
Uzun divarlar
Uzun divarlar q.yun. Μακρά Τείχη) — e.ə. V əsrdə Afinadan Pirey limanına gedən yolu mühafizə etmək üçün tikilmiş divarlar. Afina Sparta ilə apardığı müharibədə (e.ə.431-e.ə. 401) məğlub olandan sonra "Uzun divarlar" dağıdıldı. == İstinadlar == == Ədəbiyyat == G. E. M. de Ste. Croix. The Origins of the Peloponnesian War. Duckworth and Co., 1972. ISBN 0-7156-0640-9 Fine, John V. A. The Ancient Greeks: A Critical History.
Viburnum divaricatum
Viburnum divaricatum (lat. Viburnum divaricatum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Oreinotinus divaricatus (Benth.) Oerst.

Digər lüğətlərdə