down1
n I eniş, enmə; ups and ~s 1) yoxuş və eniş; 2) uğursuzluq, iflasa uğrama; ups and ~s of life / of fate həyatın / taleyin dönüklüyü, həyatın enişləri, yoxuşları
n II 1. zərif lələk, tük; Pillows are filled with down Balınclar zərif tüklə doldurulmuşdur; 2. zərif tük; The first down was beginning to appear on the young man’s face Cavan oğlanın üzündə zərif tük çıxmağa başlayırdı
down2
adj 1. qəmgin, qəmli, qüssəli; bədbin; to be a bit ~ bir az qəmli / qüssəli / bədbin olmaq; 2. işləməyən (kompüter və s. haq.); You’ll have to wait – the system's down this morning Sən / Siz gözləməli olacaqsan / olacaqsınız, bu səhər sistem işləmir
down3
v 1. içkini tez / cəld içmək; We downed our beer and left Biz pivəmizi cəld içdik və çıxıb getdik; 2. udmaq; to ~ medicine dərman udmaq / cəld içmək; 3. bir şeyi vurub salmaq (xüs. təyyarəni); 4. qalib gəlmək, məğlub etmək; to ~ opposition müxalifətə qalib gəlmək;
◊ to ~ tools işi dayandırmaq, tətil etmək
down4
prep aşağı; -dan, -dən; The stone rolled down the hill Daş təpədən aşağı yumarlandi; to walk ~ the hill dağaşağı getmək, dağdan enmək; to fall ~ the stairs pilləkəndən aşağı yıxılmaq