is. 1. Atmosferin aşağı təbəqələrində su buxarının toplanması nəticəsində əmələ gələn kəsif, tutqun hava kütləsi; sis. Duman basmaq. Dumandan göz gözü görmür.
– Dalğalanan dumanların arasından ay çıxır. A.Səhhət.
Damla dənizdən ayrılarsa; Tez buxar olar; Göyə qalxar; Duman olar. R.Rza.
2. Tüstü.
[Orxan:] Ey mavi göylər! Ey yaşıl ormanlar! Ey bacalardan yüksələn dumanlar. H.Cavid.
Dumanlar, tüstülər qopmuş; Qılınclar, toplar ağzından; Həyat eşqilə odlardan, alovlardan keçir insan! S.Vurğun.
3. Toz, tüstü və s.-nin havaya qalxmasından hasil olan tutqunluq, bulanıqlıq. Toz, dumandan adamın gözü tutulur.
– Kül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz, boran var. A.Şaiq.
4. məc. Bir şeyi örtən pərdə, örtü mənasında.
// Bir şeyi aydın görməyə, başa düşməyə mane olan şey haqqında.
5. məc. Üzdə, gözdə kədər, qəmginlik, hüzn əlaməti.
Gəlin, balalarım! Öpüm sizi mən; Bir duman görməsin xoş sifətiniz. S.Vurğun.
6. məc. Aydın olmayan vəziyyət, qeyrimüəyyənlik, anlaşılmazlıq, qaranlıq mənasında.
Xalqın həqiqi tarixi əfsanələr və əsatirlərin dumanları içərisində itib getmişdir. M.S.Ordubadi.
□ Duman kimi (xatırlamaq, görmək və s.) – aydın olmayaraq, yuxu kimi.
Dünənki gün və keçirdiyi vaxt onun yadına duman kimi gəlirdi. İ.Musabəyov.
◊ Başından (beynindən) duman qalxmaq – bərk kədərlənmək, qanı qaralmaq.
Aman, aman, ayrılıq; Halım yaman, ayrılıq; Eşidəndə başımdan; Qalxır duman, ayrılıq. (Bayatı).