ETİNA

is. [ ər. ] Artıq diqqət yetirmə, əhəmiyyət vermə, sayma.
□ Etina etmək (eləmək, qılmaq) – saymaq, əhəmiyyət vermək, diqqət yetirmək, fikir vermək.
Yeməyə, içməyə etina qılmır; Heç alnının qırışığı açılmır. A.Səhhət.

Etina etməmək – saymamaq, fikir verməmək. Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi.
Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: “Nə vaxt qapılarına çörəyə getsəm, verməsinlər”. Ə.Haqverdiyev.
Qazının qısıla-qısıla gəlməyinə ağa artıq etina etməyib, bir az da irəli gəlməyə aman verir. Çəmənzəminli.

ETİMÓLOQ
ETİNASIZ

Digər lüğətlərdə