FIR

is.
1. Həşəratın təsirindən və s. səbəblərdən bitkilərin müxtəlif yerlərində əmələ gələn şiş; donqar. Tut ağacının fırı.
– Palıd ağaclarının düyünləri və yumru fırları irəliyə doğru çıxırdı. S.Rəhimov.

2. dan. İkigüvənli dəvənin güvənlərindən hər biri, hörgücü. Dəvənin fırı.
3. məc. Gərəksiz, lazımsız, heç bir işə yaramayan şey haqqında.
[Əli Rüstəm bəyə:] Həyatın bir üzvündən baş vermiş çirkin bir fıram, kəsib atılmaqdan başqa bir çarəm yoxdur! Çəmənzəminli.

◊ Fırı yatmaq dan. – acığı, hirsi soyumaq. Bir az atılıb-düşdü, axır ki fırı yatdı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FIR irin — yara — çiban — şiş
  • FIR 1. FIR (ağaclarda yumru şiş) Palıd ağaclarının düyünləri və yumru fırları irəliyə doğru çıxırdı (S.Rəhimov); MAZI Ağacda var mazılar; Könlüm səni arzu
FINXIRTI
FIRÇA
OBASTAN VİKİ
Qoz fır gənəciyi
Qoz fır gənəciyi - (lat. Eriophyes tristriatus) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirənlər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Qoz fır gənəciyinin yetkin fərdləri 220 mikron uzunluqda mikroskopik canlı olub, bədəni 60-yaxın buğumdan ibarətdir. Onun ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəciklərindən fərqlənir. Onu sürfəsi xarici görünüşünə görə yetkin fərdə oxşayır. Yumurtası kürəvaridir. Gənəcik tərəfindən şirəsi sorulan yarpağın üst səthi qabarıq olur. yarpağın alt tərəfində çökəklik əmələ gəlir. Həmin çökəkliklər içərisində keçə kimi tellər yığımı olur. Gənəcik həmin tellər içərisində yaşayır.
Üzüm fır gənəciyi
Üzüm fır gənəciyi - (lat. Eriophyes vitis) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirən gənəciklər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Üzüm fır gənəciyi adi gözlə görünməyən 0,14-0,16 mm uzunluğunda olan kiçik gənəciklərdir. Gənəciyin bədəni sarıdır. Ön tərəfdən iki cüt beş buğumlu ayağı, arxa tərəfdən isə iki qıl şəkilli çıxıntısı vardır. Sürfəsi rənginə görə yetkin fərdə oşşayır. Lakin onlardan çox kiçikdir. == Həyat tərzi == Azərbaycanda üzüm gənəciyinin biologiyası tam öyrənilməmişdir. Gənəciklər birillik zoğların altında qışlayırlar. Yazda tumurcuqların açılması ilə əlaqədar gənəciklər qışlama yerindən çıxır. Yarpağın alt tərəfində xüsusi çökəkciklər içərisində nazik tellər olur.
Yastıqşəkilli-fır qovaq mənənəsi
Yastıqşəkilli-fır qovaq mənənəsi (lat. Pemphigus populinigrae Schrk., 1801)-Azərbaycanda əsasən dağətəyi və dağlıq yerlərdə rast gəlinir. == Xarici quruluşu == Əsasqoyan sürfə. Bədən kələkötür-girdə, tutqun yaşıl, baş, ayaq, bığcıq və xortum, habelə anus seqmenti tutqundur. Gözlər üçfasetli, tutqun qırmızıdır. Döş və qarın tutqun-yaşıl, bozumtul rəngli və ləkəli marqinal çıxıntılar qarın seqmentinin hər birisində kənar hissədə yerləşmişlər. Döş və qarın seqmentləri aydın surətdə bir-birindən ayrılmışlar. Bədən az və ya çox dərəcədə tüklü, xüsusilə bığcıqlar, onun IV buğumu bunlardan əlavə üzəri eninə istiqamətli cərgədə qısa və iti tükcüklərlə əhatə edilmişdir. Birinci buğumda 2 tükcük, ikincidə 2 tükcük, III isə 6 tükcük vardır. IV buğumda əsas rinariya yaxın 2 bazal rinari şprisin zirvəsində yerləşir.
Fır-fır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Cənub fır nematodu
Cənub fır nematodu (lat. Meloidogyne incognita) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Erkəklər çoc kiçikdirlər, qurdabənzərdir, dişilər isə armudabənzər formadadır. Zərər vuran əsasən dişilərdir, çünki çoxalmadan sonra erkəklər torpağa keçirlər. Fır nematodunun dişilərində çox vaxt partenogenez müşahidə olunur.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. Cənub fır nematodu bir çox bitkilərin adi kök parazitidir. O tərəvəzçiliyə daha çox ziyan vurur. Fır nematodu kəskin cinsi dimorfizmi ilə fərqlənir: erkələrdə bədən nematod formasındadır, hərəkətsiz dişilər kök toxumalarında armudvari olurlar. Əsas dişilər ziyan verir, erkəklər isə inkişafını başa çatdırıb torpağa düşür və qidalanmırlar.
Kap fırtınaquşu
Kap fırtınaquşu (lat. Daption capense) — (Daption) Fırtınaquşular fəsiləsinə və Fırtınaquşukimilər dəstəsinə aid olan dəniz quşu. Öz cinsinin Daption yeganə nümayyəndəsi. Əsasən onlar Antarktidanın sahil zolağında və subantarktik bölgələrdə yerləşən adalarda yuva qururlar. Üstəlik onların yuva qurmasını Kergelen arxipelaqında, Herd adası və Makdonald adalarında və Yeni Zelandiya sahillərində müşahidə etmək olur. Onların ümumi çəkisi 250–300 q arasında dəyişir. Hündürlüyü 36 sm, qanadları arasında məsafə 89 sm-dir. Bu ölçülərinə hörə onlar kiçik fırtınaquşulara daxildirlər. Qanadları enli, quyuqları qısa və dairəvidir. Qanadlarında ağ ləkələr mövcuddur.
Karxana fırçaotu
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Kələkötür fırçaotu
Kələkötür fırçaotu (lat. Dipsacus asper) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü.
Mehmet Korhan Fırat
Mehmet Korhan Fırat (d. 26 avqust 1988, Ərzincan, Ərzincan ili, Türkiyə) — Türkiyəli aktyor. Şefkat Tepe serialında 4 mövsüm canlandırdığı Şahin Bulut personajı ilə tanındı. == Həyatı və karyerası == 26 avqust 1988-ci ildə Ərzincanda doğulan Mehmet Korhan Fırat təhsilini Selçuk Universiteti Dövlət Konservatoriyasında tamamladı. İlk aktyorluq təcrübəsini 2010-cu ildə Şefkat Tepe serialında Şahin Bulut obrazı ilə qazandı. Daha sonra Ekip 1 serialında rol aldı və serialdakı Ali Babür obrazını canlandırdı. 2017-19 arasında yayımlanan Bizim Hikaye serialında Tufan obrazını canlandırdı. 2019-cu ilin dekabr ayında TV8-də yayım həyatına başlayan Doğduğun Ev Kaderindir serialının ilk mövsümündə Celal personajına həyat verdikdən sonra Paytaxt: Əbdülhəmid serialına Tatavlalı personajıyla daxil olmuşdur və ssenari gərəyi 133-cü bölümdə ölərək serialla vidalaşmışdır. Mavera serialında Şahsuvar personajına həyat verdikdən sonra Aşk Mantık İntikam serialında Ekrem Erten personajına həyat vermişdir.
Mert Fırat
Mert Fırat — Məşhur Türkiyə aktyoru. == Həyatı və karyerası == Mert Fırat 10 yanvar 1981-ci ildə Ankarada dünyaya gəlib. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi teatr bölümü məzunudur. Aktyor ərəb və çərkəz əsillidir.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)
Nigeriya fırıldağı
Nigeriya fırıldağı (Nigerian scam)- elektron poçtla kütləvi göndərişlərin (spamların) meydana çıxması ilə geniş inkişaf edən fırıldaqçılıq növü. Məktubların belə adlandırılmasına səbəb, bu növ fırıldaqçılığın Nigeriyada xüsusilə, həm də İnternetin geniş yayılmasından öncə adi poçtla yayılması olub. Ancaq Nigeriya fırıldağı başqa Afrika ölkələrindən, eləcə də Nigeriya diasporunun böyük olduğu şəhərlərdən də (London, Amsterdam, Madrid, Dubay kimi) gəlir. Məktubların kütləvi göndərilməsi 1980-ci illərin ortasında başlanıb. 2005-ci ildə nigeriyalı spamerlərə ədəbiyyat üzrə Anti-nobel (Ig Nobel) mükafatı təsis edilib. Belə məktublarda məktubu alanın böyük məbləğdə pul əldə etmək imkanının olduğu və bu işdə məktub göndərənin ona yardım edə biləcəyi bildirilir. Sonra məktub göndərən, guya sənədləşmə və ya bank hesabı açmaq üçün onun hesabına azacıq pul göndərilməsini xahiş edir. Fırıldaqçıların əsas məqsədi də məhz bu məbləği qoparmaqdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nəhəng cənub fırtınaquşu
Nəhəng cənub fırtınaquşu (lat. Macronectes giganteus) — olduqca iri, yırtıcı quş. Növ Fırtınaquşular (Procellariidae) fəsiləsinə, Fırtınaquşukimilər (Procellariiformes) dəstəsinə daxildir. Növ ilk dəfə alman həkimi, botanik və zooloqu İohan Qmelin Fridrix (alm. Johann Friedrich Gmelin‎, 1748–1804) tərəfindən 1789 ildə Odlu Torpaq arxipelaqına daxil olan İsla-de-los-Estados adasında aşkarlamışdır. Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növdən biridir. Yamayış arelı əsasən Cənub okeanı akvatoriyası üzərində yerləşən məkandır. Nəhəng şimal fırtınaquşu ilə arealının üst-üstə düşməsinə baxmayaraq nisbətən cənubda yayılmışdır. == Xüsusiyyətləri == Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növ öz fəsiləsinin ən iri quşlarıdır. Qanadları arasında məsafə 185–205 sm, çəkisi isə 2,63–5,24 kq təşkil edir.
Nəhəng fırtınaquşu
Nəhəng fırtınaquşu (lat. Macronectes) — Fırtınaquşukimilər dəstəsinə, Fırtınaquşular fəsiləsinə aid cins. Arealı — Cənub yarımkürəsi, Subantarktika və Antarktika. Cinsə üç növ daxildir: Nəhəng şimal fırtınaquşu (Macronectes halli) — Cənubi Georgiya, Çatem adası, Kergelen, Kroze adaları, Makkuori adası. Nəhəng cənub fırtınaquşu (Macronectes giganteus) — Antarktida, Folklend adaları, Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Cənubi Pataqoniya. Macronectes tinae — Yeni Zelandiya (Şimali adası). Pliosen, 3,36-3,06 milyon il əvvəl. Nəhəng fırtınaquşu cinsinə daxil növlər fırtınaquşular fəsilədinə daxil olan ən iri quşlardır. Qanadları arasında məsafə 2 metr, bədəninin uzunluğu 90 sm, çəkiləri isə 3–5 kq-dır.
Nəhəng şimal fırtınaquşu
Nəhəng Şimal fırtınaquşu (lat. Macronectes halli) — olduqca iri, yırtıcı, dəniz quşu. Fırtınaquşukimilər dəstəsinə (Procellariiformes), Fırtınaquşular fəsiləsinə (Procellariidae) daxil olan növ. Növ Avstraliyalı Qreqori Metyuson (ing. Gregory Mathews, 1876–1949) tərəfindən 1912 ildə qeydə alınmışdır. Nəhəng fırtınaquşu (Macronectes) cinsinə daxil olan iki növdən biridir. Əsasən Cənub okeanının Antarktida haqqında konvensiyada nəzərdə tutulan ərazidən şimalda yaşayır. Böyük mənada Nəhəng cənub fırtınaquşunun arealı ilə kəsişsədə nisbətən şimalda belə görülür, == Xüdusiyyətləri == Nəhəng cənub fırtınaquşu ilə birlikdə öz fəsiləsinin ən iri quşlarıdır. Cənubi Georgiya ərazisində yuxa quran quşların dimdiyi 85–100 mm, qanadı 482–564 mm. Gözün ətrafı yetkin quşlarda parlaq-boz, yaşımtəl, cavan fərdlərdə qəhvəyi olur.
Oraq, çəkic və yazı fırçası
Oraq, çəkic və yazı fırçası və ya oraq, çəkic və qələm — Şimali Koreyada hakim olan Koreya Fəhlə Partiyası bayrağında yer alan emblem və Çuçxe ideologiyasının simvolu. Kommunizmin klassik simvolu olan, proletariatı və əkinçiləri təmsil edən oraq və çəkic simvolu ilə yanaşı, Koreya gözəl yazı sənəti aləti və ziyalı təbəqəsini təmsil edən yazı fırçası əlavə edilərək yaradılmışdır. == Tarixi == oraq, çəkic və yazı fırçası, istifadə baxımından Çuçxe fəlsəfəsinin simvolu kimi də tanınır. Marksist-Leninist əsaslara söykənən Çuçxe fəlsəfəsinin azərbaycanca qarşılığı "Müstəqil mövqe" və "özünü təmin etmək"dir. Şimali Koreyanın qurucusu Kim İr Sen, Çuçxe ideyası ilə doqmatizmi məğlub etməyi qarşısına məqsəd qoymuş, ideoloji sahədə özünü təmin etmək üçün əsas yaratmaq istəmiş və nəticədə Çuçxe konsepsiyası həyatın bütün sahələrinə daxil olmuş və təsir etmişdir. Çuçxe fəlsəfəsinə görə, insan onu digər varlıqlardan fərqləndirən yaradıcılıq, zəka və müstəqillik xüsusiyyətləri sayəsində inkişaf edir, öyrənir və daim irəliləyir. insan instinktlərindən kənarda, yalnız təhsil, müzakirə və yaradıcılıq təcrübəsi vasitəsilə irəliləyə bilər.
Qum Fırtınası
Qum fırtınası və ya toz fırtınası - quraq və yarı quraq bölgələrdə məşhur olan meteoroloji hadisə. Qum fırtınası, Bora cəbhəsinin zəif qum və tozun uçurulduğunda ortaya çıxar. Hissəciklər, uçurulma və dayandırılma ilə nəql edilər və bir yerdə torpaq erozyonuna və başqa yerdə depozisyona səbəb olar. Səhra və Ərəb Yarımadası ətrafındakı quraq torpaqlar, İran, Pakistan və Hindistandan gəlib Oman dənizində yığılan bəzi qatqılar ilə birlikdə, havadan enən qum və toz başlıca mənbədir. Çindəki fırtınalar isə Böyük Okeana tozları yerləşdirər. Səhra və Ərəb Yarımadasının xaricində ABŞ ilə Kanadada Rocky dağlarının şərqi boyunca uzanan Böyük Düzlüklər, Çinin Daxili Monqolustan Muxtar bölgəsindən Monqolustan Respublikasına uzanan Qobi səhrasına və Çinin Sincan Uyğur Muxtar Bölgəsində olan Təkləməkan Çölündə meydana gələn qum fırtınası bilinər. == Qum fırtınası və toz fırtınası == Qum fırtınası termini əksəriyyətlə səhradakı qum fırtınası məzmununda istifadə və xüsusilə Səhrada görünürlüğünü salan incə hissəciklərin yanında, əhəmiyyətli bir miqdarda daha böyük qum parçacıqlarının səthə yaxın yerlərdə uçurulduğunda istifadə edilir. Toz fırtınası termini isə daha incə hissəciklərin uzun məsafələrdə uçurulduğunda və xüsusilə şəhər sahələrində yoluxanda istifadə edilir. == Xarici keçidlər == [1] Elm adamları ScientificAmerican.com 10 Avqust 2007 qasırğalar Afrika toz linki araşdırmaq http://www.earth-policy.org/Books/Seg/PB2ch05_ss3.htm Arxivləşdirilib 2007-06-29 at the Wayback Machine azalır TORPAQ Lester R. Brown Səth toz konsentrasiyaları 12 saatlıq ABŞ xəritəsi 'Səth Toz konsentrasiyaları üçün sətirdə bir saat blok Mouse-over' Slide Show of a Dust Storm Arxivləşdirilib 2004-06-23 at the Wayback Machine Lubbock, Texas dekabr 15, 2003 Dust in the Wind Al Asad İraq, 27 aprel 2005-ci ildə bir toz fırtına Video Arxivləşdirilib 2007-09-02 at the Wayback Machine Photos of the April 14 1935 and September 2 1934 dust storms in the Texas Panhandle hosted by the Portal to Texas History.
Qış fırtınası əməliyyatı
Sabri Fırıldak
Sabri Fırıldak — Fırıldak Ailesi serialının baş qəhrəmanıdır. == Personaj haqqında == Ailənin rəisi. Tutduğu futbol komandası davamlı dəyişər, dəstəklədiyi partiya davamlı dəyişir. Nəbzə görə şərbət verir. Şərq hiyləgəri deyilə biləcək bir quruluşu vardır. Bir çox hadisədə yanar-dönər rəftarını göstərir.
T-155 Fırtına
T-155 Fırtına Cənubi Koreya tərəfindən istehsal olunmuş K-9 Thunderin əsasında Türkiyədə istehsal olunmuş özüyeriyən artilleriya qurğusudur. Cənubi Koreya istehsalı 155/52 mm kalibr top, avtomatik mərmi doldurucu mexanizm və Almaniya istehsalı MTU dizel mühərrik kimi bir çox xüsusiyyətlərinin K-9 ilə oxşar olmasına baxmayaraq, T-155-in qülləsi, şassinin bəzi hissələri, naviqasiya sistemi və atəşi idarəetmə sistemi Türkiyədə istehsal olunmuşdur. Aselsan tərəfindən istehsal olunan daxili naviqasiya sistemi koordinatları 17.5 metr sapma ilə müəyyən etməyə imkan verir. Fırtına 30 saniyə ərzində atəşə hazır vəziyyətə gətirilir. T-155 Fırtınanın maksimum atəş uzaqlığı mərminin növündən asılı olaraq 40 km-ə çatır. Bu haubitsalar Türkiyə ordusunun Adapazarında yerləşən 1-ci Ordu Təminat Mərkəzi Komandanlığında istehsal olunur. 2001-ci ildən 2009-cu ilin dekabr ayına qədər Türkiyə Ordusu 150-dən çox Fırtına ilə təchiz olunmuşdur. Ümumilikdə isə 350 ədəd T-155 Fırtına istehsal olunacağı planlaşdırılır. == İnkişafı == 1995-ci ildə T-155 Storm Türkiyənin Quru qüvvələrinin artilleriya qoşunlarının taktiki və texniki konsepsiyalarını və gələcəyin döyüş meydanında atışa dəstək olmaq tələbatını nəzərə alaraq müasir haubitsa inkişaf proqramına başladı. Proqram 1995-ci ildə texniki və layihənin idarə olunması quru qüvvələrinin istehsalat işlərinin layihələndirilməsi və prototipləşdirilməsi Departamentinin silah və döyüş sursatlarının idarə edilməsi layihələrinin idarə edilməsi sahəsində başlamışdır.
Tinder fırıldaqçısı (film, 2022)
Tinder fırıldaqçısı (ing. The Tinder Swindler) — 2 fevral 2022-ci ildə Netflix-də yayımlanan ingilis istehsalı sənədli film. Film Tinder tətbiqi vasitəsilə qadınları aldadan israilli cinayətkar Simon Leviev haqqındadır. == Məzmun == Doğum adı Şimon Hayut olan Simon Leviev Tinder adlı tanışlıq proqramında özünü almaz kralı olaraq tanınan Rusiya yəhudisi Lev Levievin oğlu olaraq təqdim etdi. Tinder-də tanış olduğu qadınları şam yeməyinə aparıb onlara müxəlif hədiyyələr alaraq özünü həqiqətən almaz kralının oğlu olduğuna inandırdı. Hətta qadınları şəxsi təyyarələrlə tətilə apardı. Möhtəşəm həyata sahib imiş kimi davranan Hayut tanış olduğu bütün qadınlara onu öldürmək istəyən düşmənləri olduğundan bəhs etdi. Qadınlara söhbət tətbiqləri vasitəsi ilə mühafizəçisinin düşmənləri tərəfindən yaralandığına dair saxta şəkillər göndərdi. Təhlükəsizlik məqsədi ilə öz kartından pul xərcləyə bilmədiyini və bu səbəblə geri qaytarmaq şərti ilə qadınlardan kart və nağd pul aldı. Bu üsulu bütün qurbanlarında istifadə etdi.
Tumurcuq fırfırası
Tumurcuq fırfırası (lat. Spilonota ocellana F.) — Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda 14–18 mm-dir. Ön qanadları ağ-sarımtıl olmaqla kənarlarına yaxın parlaq gözcük yerləşir. Tırtılı boz-qəhvəyi rəngdə olub, 9–12 mm-dir. Pupu açıq qəhvəyidir, uzunluğu 7–10 mm-dir. == Həyat tərzi == Zərərverici orta yaşlı tırtıl mərhələsində ağac gövdəsinin qabığı altında ağ baramacıq içərisində qışlayır. Yazda aprel ayının axırlarında havanın orta temperaturu 10–12oC olduqda qışlama yerlərindən çıxan tırtıllar əvvəlcə tumurcuqlarla, sonra isə təzəcə açılmış yarpaqların damarsız hissəsi ilə qidalanırlar. Tırtılların qidalanması 15–20 gün çəkir. May ayının axırlarında, ağacların çiçəklənməsi dövründə, tırtıllar budaqların qabığı altında, bəzən də bir neçə yarpağın saplaqlarının birləşdiyi yerdə, möhkəm hörülmüş ağ barama içərisində puplaşırlar.
Twitter-də bitcoin fırıldaqçılığı, 2020
15 iyun 2020-ci ildə saat 20:00–22:00 iradələrində 130 məşhur şəxsin hesabı bitcoin fırıldaqçılığı etmək üçün ələ keçirilmişdir. Hesabların oğurlanması sosial mühəndislik yolu ilə baş tutmuşdur. Fırıldaqçılar tərəfindən paylaşılmış tvitlərdə "müəyyən kiptovalyuta adreslərinə pul göndərdikləri təqdirdə, həmin pulun iki qatı onlara geri qaytarılacaqdır" mesajı yer alırdı. Tvitlərin paylaşılmasından bir neçə dəqiqə sonra kriptovalyuta adreslərinə 320 pul transferi gerçəkləşmişdir. Mesajlar Twitter işçiləri tərəfindən silinənə qədər 110.000 ABŞ dolları dəyərində bitcoin göndərilmişdir. Hadisənin səbəbkarları Twitter-in xüsusi işçiləri və FTB tərəfindən axtarılır.
Yanğın fırtınası
Alov fırtınası, yanğın fırtınası, alov tornadosu və ya yanğın tornadosu — bir çox yanma mərkəzinin birləşdiyi zaman meydana gələn atmosfer hadisəsidir. == Mexanizmi == Belə bir yanğın fırtınası, vulkanik püskürmə və ya bir ərazinin bombalanması nəticəsində baş verə bilər. Ayrı-ayrı yanma ocaqları geniş bir mərkəzə birləşdirilir. Üstündəki hava təbəqəsi çox qızır və nəticədə yuxarıya doğru qalxmağa başlayır. Bu proses yanmanın ətrafından gələn soyuq hava kütlələrini özünə çəkir. Beləliklə alovları daha çox yuxarıya qaldırır və nəticədə beş kilometrə qədər yüksəkliklərə çata biləcək sabit mərkəzli cərəyanlar yaradırlar. 500-800 ˚C-ə qədər qızdırılan hava kütləsi qasırğa sürətində fırlanır. Alov tornadosunun mərkəzinin yaxınlığında olan hər şey yanır və ya əriyir. == Baş vermiş nümunələr == 1666-cı ildəki Böyük London Yanğını, 1812-ci ildəki Böyük Moskva Yanğını, 1871-ci ildəki Böyük Çikaqo Yanğını və 1917-ci ildəki Selanik yanğınları zamanı yanğın fırtınası hadisələri qeydə alınmışdır. Bu fenomen həmçinin, 2014-cü ildə Meksikada və 2016-cı ildə ABŞ-də baş vermiş meşə yanğınları zamanı da müşahidə edilmişdir..
Yarpaq fırfırası
Yarpaq fırfırası (lat. Recurvaria nanella Hb.)-Buğumayaqlılar tipinin Kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda ölçüsü 8-11 mm-dir. Ön qanadları açıq-qaramtıl rəngdədir. Yumurtası sarıdır. Tırtılı 5-7 mm olmaqla bir neçə rəngdə olur. Pupu ağ ipək baramacıq içərisində, 5-6 mm uzunluqda olmaqla qəhvəyi rəngdədir. == Həyat tərzi == Yarpaq fırfırası ikinci yaş tırtıl mərhələsində hörümçək toruna bənzər baramacıq içərisində, ağacların qabıqaltı yarıqlarında qışlayır. Qışlama yerlərindən yazda, mart ayının axırları, aprel ayının əvvəllərində çıxırlar və təzəcə açılmış yarpaqları bir-birinə birləşdirərək, onların içərisində qidalanırlar. Yarpaq fırfırası ilə yoluxmuş yarpaqlar tədricən quruyub saralır və sıradan çıxırlar. Belə yarpaqlar içərisində tırtıl mərhələsi başa çatır.
Yaxınlaşan fırtına (Kurbe)
"Yaxınlaşan fırtına" və ya "Tufanın qopması" (fr. Le coup de vent, ing. The Gust of Wind), (ing. The Approaching Storm) — 1865-ci ildə fransız rəssamı Qüstav Kurbe tərəfindən yağlı boya texnikası ilə pezaj üslubunda çəkilmiş bir mənzərə tablosu. Tablonun ölşüləri 146,7 × 230,8 sm-dir..Hyuston İncəsənət muzüyində sərgilənən bu əsəri muzeyə Kerolayn Viss Lou (ing. Caroline Wiess Law) hədiyə etmişdir. == Süjeti == Tablo Qüstav Kurbenin ölçücə ən böyük peyzajı sayılır. Əsərin yuxarı sol küncündə qara bulud axını seyr edilməkdədir. Qopmaqda olan tufan palıd ağacının budaqlarını əyərək sanki qayalıq torpaqdan onu kıkündən qoparmağa hazırlaşır. Ola bilsin ki, tablonun mənzərəsi Fransanın Fontenblo meşəsindən seçilmişdir.
Şah Fırat
"Şah Fərat əməliyyatı" — Süleyman Şah türbəsini yeni əraziyə köçürmək məqsədilə Türkiyə Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə keçirilmiş xüsusi xilasetmə əməliyyatı. == Məqsədi == Əməliyyatın məqsədi Türkiyənin dövlət sərhədlərindən kənarda yeganə ərazi vahidi (eksklav) olan, Suriya ərazisində yerləşən Süleyman Şah türbəsini qoruyan 35 nəfərlik hərbi birliyi Türkiyəyə gətirmək idi. == Tarixi == Əməliyyat fevral ayının 21-dən 22-nə keçən gecə saat 21 radələrində başladılıb. 50 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb. Türbədə qəbrin köçürülməsi üçün lazımı dini ritual həyata keçirilib və hərbçilərlə birlikdə Süleyman Şahın nəşi Mürşidpınar sərhəd-keçid məntəqəsinə doğru köçürülüb. Gecə saat 04.45-də sonuncu Türkiyə hərbçisi türbəni tərk etdikdən sonra türbə və yardımçı tikililər partladılıb. Səhər saat 6-da Türkiyə hərbçiləri öz ölkələrinin ərazisinə daxil olub və bununla da əməliyyat başa çatıb. == Nəticəsi == Türkiyə baş Qərargahının şərti olaraq "Şah Fərat" adı verdiyi bu əməliyyat nəticəsində türbədə xidmət edən və onu qoruyan 35 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəəşi Türkiyəyə gətirilmişdir. Əməliyyat zamanı yalnız bir əsgər qəza nəticəsində həlak olub. Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb.

Digər lüğətlərdə