HACƏT
HACIABBAS
OBASTAN VİKİ
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. == Daha ətraflı == Həcc– İslam dinin sütunlarından biri.
Elçin Hacı
Elçin Hacı — (Tam adıː Elçin Hacıbaba oğlu Hacıyev) Azərbaycan teatr və kino aktyoru, prodüser == Həyatı == Elçin Hacı 19 dekabr 1987-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 1994-2005-ci illərdə Sabunçu rayonu Maştağa qəsəbəsi Əliağa Vahid adına 293 nömrəli eksperimental tam orta məktəbdə oxumuşdur. 2005-2009-cu illərdə Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasına yiyələnmişdir. 2009-cu ildə "Satira" teatr studiyasında çalışıb.2009-2010-cu illərdə hərbi xidmətdə olub.2010-2018-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aparıcı aktyor kimi fəaliyyət göstərib.Müxtəlif illərdə və hal hazırda Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edir.2020 ci ildən Radio Anten 101 fmdə "Canlı kitab" verilişinin aparıcısı və "1 SƏHNƏ" prodüser mərkəzinin direktorudur. == Yaradıcılığı == 2006, 2008 və 2011-ci illərdə Respublika Bədii Qiraət müsabiqələrinin laureatı olub. 2011-ci ildə Xalq Teatrları festivalında baş rolu oynadığı "Vətən daşları" (rej:Anar Babalı) tamaşası 1-ci yerə layiq görülmüşdür. 2012-ci ildə "2+1" eksperimental tamaşalar festivalında əsas rolda oynadığı "Romeo və Cülyetta" (rej:Mirzə Ağa Mirzəyev) tamaşasında diploma layiq görülmüşdür. 2011-2012-ci illərdə Respublika Teatr festivallarında oynanılan tamaşalarda rol almışdır. 2011-2015-ci illərdə Azərbaycanın rayonlarına, Türkiyəyə, Gürcüstana qastrol səfərlərinə gedib. Bakı Beynəlxalq Teatr Konfranslarında, seminarlarda, ustad dərslərində iştirak edib.
Hacı (ad)
Hacı — Azərbaycanlı və türk kişi adı və titul. Hacı titulu Həcc ziyarətində olan şəxslərə verilir. Hacı İsmayılov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Hacı bəy Sultanov — rus ordusunun polkovniki, Aşqabadın general-qubernatoru Hacı Xanməmmədov — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967) Hacı Məmmədov Hacı Məmmədov (tarzən) — Tarzən Hacı Məmmədov (cinayətkar) — cinayətkar. Hacı Quliyev — Hacı Əhmədov — Hacı-Murad Cussati Hacı-Ömər Alborti Hacı Ağa Ələsgər Hacı Rüstəmov Hacı Sabancı Hacı Tahir Abbasov Hacı İbrahimov Bu titulu olan tanınmış şəxslər Hacı Abbas xan Külali — Xorasan qiyamının iştirakçısı. Hacı Baba Avşar — Həkim Hacı Mirzə Əliqulu Yusifzadə — xəttat, həkim, şair, alim. Hacı Məhəmməd Nəqi — Memar. Hacı Rza Sərraf Təbrizi — qəzəl və mərsiyə yazan şair Hacı Surxay Məmmədli — ilahiyyatçı, İçərişəhər "Cümə" məscidinin axundu Hacı Şahin — "Məşhədi Dadaş" məscidində imam-camaat Hacı Əlisəfa Yaqubov — Sosialist Əməyi qəhrəmanı Məscidlər Hacı Cavad məscidi — Bakıda, Ç. Mustafayev küçəsində yerləşən məscid. Hacı Səfəralı məscidi — Hacı Sultanəli məscidi (Bakı) — Bakı şəhərində yerləşən məscid. Hacı Rəhim Əfəndi məscidi Digər Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Hacı Bayram
Hacı Bayram (Sərdarabad)
Hacı Elyaz
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Hacı Firuz
Hacı Firuz vəya Hacı Piruz ( {{Dil-fa|حاجی فیروز), İranın yeni ili Novruzun ənənəvi xəbərçisidir. Üzünü qurumla boyanmış haldadır, parlaq qırmızı paltarı və başındakı papaq ilə diqqəti çəkir. Novruza girərkən, Hacı Firuz bir dəf çalar və "Hacı Firuzam, sali yek ruzəm" (Hacı Firuzam, ildə bir günəm) deyər. Hər yaşdan insan onun və musiqiçilərin ətrafında toplanar, çaldıqları nağara, tar və kamançanı dinləyərək rəqs edərlər. Eyni zamanda Əmi Noruz (Nevruz əmi)də deyərlər.
Hacı Firuztəpə
Hacı Firuztəpə — Şimal-Qərb İranın Qərbi Azərbaycan vilayətində yerləşən arxeoloji abidədir. Bu abidə Pennsylvania Arxeologiya və Antropologiya Muzeyinin arxeoloqları tərəfindən 1958 və 1968-ci illər arasında qazılmışdır . Qazıntılarda e.ə. 6-cı minilliyin ikinci yarısında aid Neolitik kənd aşkar edilmişdir ki, üzüm əsaslı şərabın ən əsaslı arxeoloji sübutlarından biri saxsı qabda üzvi qalıqlar şəklində aşkar edilmişdir. == Tədqiqatın tarixi == Hacı Firuztəpə ilk olaraq 1936-cı ildə yer səthindən saxsı parçaları toplayan Sir Aurel Stein tərəfindən qeydə alınmışdır. 1958 və 1968-ci illər arasında Pensilvaniya Arxeologiya və Antropologiya Muzeyi Universiteti tərəfindən həyata keçirilən daha böyük Hasanlu Layihəsi çərçivəsində dörd qazıntı mövsümü keçirildi və abidə daha ətraflı araşdırıldı. Bu abidə, yaxın Hasanlının yaşayış ardıcıllığında təsdiq edilmiş erkən dövrləri araşdırmaq üçün seçilmişdir. Bu qazıntılara Charles Burney tərəfindən rəhbərlik edilirdi (1958, 1961), T. Cuyler Young Jr. (1961) və Robert H.Dyson və Meri M. Voigt (1968). Bu mövsümlər boyunca, qazıntı sahəsinin dörd fəqli bölümündə qazıntı işləri aparılmış və ən böyük sahəyə yaşayış yerinin şimal-şərq yamacına qədər davam etdirilmişdir.
Hacı Hacılı
Hacı Hacıyev
Hacı Hacıyev (jurnalist)
Hacı Hüsü
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa – 1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə. == Həyatı == Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır. == Əmək fəaliyyəti == Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir.
Hacı Həkim
Hacı Həsən Həkim (ərəb. الطبيب الحاج حسن‎) — XX əsrdə Şəki şəhərində yaşamış ərəb əsilli həkim. Cənubi Qafqaz regionunda Taun və Tif viruslarına qarşı mübarizə aparan yeganə həkim olub. == Həyatı == Əsil adı Həsən olan Hacı Həkim 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub. Milliyətcə ərəb olub. Dəqiq doğum yeri və tarixi məlum deyil. Mədrəsə təhsili alıb, daha sonradan həkimlik peşəsində çalışmağa başlayıb. Daha sonradan bir neçə il Ərəb yarımadası ölkələrində işləyib. Bundan sonra o öz adını "Hacı Həsən" ilə əvəz edib. 1898-ci ildə Cənubi Qafqaza, Şəki şəhərinə köçür.
Hacı Həsən
Hacıhəsən-i Xaləsə (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Hacı Həsənov
Hacı Nuru oğlu Həsənov — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Hacı Nuru oğlu Həsənov 1952-ci ildə Beyləqan rayonunun Şəfəq kəndində anadan olmuşdur. 1967-ci ildə Şəfəq kənd səkkiz illik, 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1974-1980-ci illərdə Beyləqan rayonunun Baharabad kənd 8-illik və Qəhrəmanlı qəsəbə orta məktəblərində müəllim və dərs hissə müdiri işləmişdir. 1977-1978-ci illərdə orduda xidmət etmişdir. Ehtiyatda olan baş leytenantdır. 1980-ci ilin sonundan Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır. 2001-ci ildən institutun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiridir. 1981-1984-cü illərdə Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış, 1987-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Hacı Mahmudlu
Hacımahmudlu (Yevlax) — Azərbaycanın Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Hacımahmudlu (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisində kənd.
Hacı Mail
Hacı Mail Əliyev — şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi. == Həyatı == Hacı Mail Əliyev 1935-ci ildə Nardaranda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olmuşdur. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak etmişlər. == Yaradıcılığı == Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olmuşdur. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir. Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur.
Hacı Mirmehdizadə
Hacı Mükərrəm oğlu Mirmehdizadə (1 yanvar 1968, Dondarlı, Qubadlı rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşünas; SSRİ yunan-roma güləşçisi. SSRİ-Əfqanıstan müharibəsi və Qarabağ müharibəsi iştirakçısı; Muğanbank-ın Sənaye filialının müdiri (2018). == Həyatı == Hacı Mirmehdizadə 1968-ci il yanvarın 1-də Qubadlı rayonun Dondarlı kəndində anadan olub. 1985-ci ildə Dondarlı kəndi orta məktəbini bitirib , həmin il Bakıdakı Maliyyə kredit Texnikumuna qəbul olub. Uşaqlıqdan güləş idmanı ilə məşğul olan Hacı Mirmehdizadə Ukraynada keçirilən SSSR yunan-roma güləşi üzrə 1-ci yerə çıxıb. Orta məktəbdə oxuduğu illərdə bir neçə dəfə rayon çempionu, iki dəfə respublika çempionu olub. Yunan-roma güləşi üzrə (klassik güləş) idman ustasıdır. 1986-ci ildə hərbi xidmətə çağırılmış və Özbəkistan Respublikasının Cercik şəhərində desant hissəsində qulluq edir, 2 ay sonra xidmətini Əfqanıstan Respublikasında davam etdirir. Burada ağır döyüşlərdə 2 dəfə yaralanır. Döyüşlərdə göstərdiyi şücaətə görə 3 dəfə Qırmızı Ulduz ordeni ilə, “İgidliyə görə” medalı və Mərkəzi Komitənin adından fəxri fərmanla, həmçinin Əfqanıstan rəhbərliyinin adından medalla təltif olunur.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1816, Xunzax, Avar Xanlığı — 5 may 1852, Qax) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. == Həyatı == 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
Hacı Muxan
Hacı Muxan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Kəndin ilk adı Hacı Mumuxan olmuşdur. Toponimi ikinci komponentinin ilk hecası ("mu") ixtisar edilmiş və mənbələrdə Hacı Muxan kimi qeyd edilmişdir. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır.1935-ci ildə kənd Muğan, 1978-ci ildə ermənicə Tsovaqard adlandırılmışdır.
Rasim Hacı
Rasim Hacı və ya Rasim Hacıyev (10 iyun 1941 – 7 yanvar 2008, Mahaçqala) — Sovet və rus yazıçısı. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1974). Əsərlərində dağlıq Dağıstan sakinlərinin təbiəti və xarakterləri sevgi ilə təsvir olunur. == Bioqrafiyası == Rasim Hacıyev 1941-ci ildə Azərbaycanın Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Milliyyətcə ləzgidir. Rasim Hacı gənc yaşlarından neft yataqlarında qazmaçı işləyir. Sovet ordusu sıralarında xidmət edir. Sonradan Mahaçqalaya köçür, limanda fəhlə, ayırıcı qurğu zavodunun inşaatında betonçu, sonra Dağıstan kitab nəşriyyatında korrektor işləyir. Respublika "Kommunist" qəzetində və "Dostluq" almanaxının ləzgi nəşrində nəşr olunur. Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirir, "Sokolenok" jurnalının ləzgi dili üzrə sayının redaktoru işləyir.
Zamin Hacı
Ötəmiş Hacı
Ötəmiş Hacı ibn Mövlanə Məhəmməd Dosti — XVI əsr tarixçisi. == Həyatı == Ötəmiş Hacının Mövlanə Məhəmməd Dosti adlı bir şəxsin oğlu olub, Xarəzmdə hökmdarlıq edən Şibanlılardan Yadigar xan sülaləsinin xidmətində olmuş olduğu və hətta onlara vəzirlik etdiyini də öz ifadəsindən anlaşılır. XVI əsrdə Qızıl Orda sarayının katibi Ötəmiş Hacı Çingiz xan və onun hakimiyyətdə olan sülaləsindən bəhs edən “Çingiznamə” əsəri ilə tanınıb. Ötəmiş Hacının “Çingiznamə”si Qızıl Orda dövləti haqqında günümüzə qədər gəlib çatmış ən əsas mənbələrdən biri hesab olunur. Çağatayca XVI əsrdə qələmə alınmış əsərdə Qızıl Orda dövlətinin hökmdarları, siyasi idarəetmə sistemi və sosial-mədəni vəziyyət haqqında geniş bilgi verilir. Ötəmiş Hacının “Çingiznamə” adlı əsəri Azərbaycan, Qazax, Yapon və Türk dillərinə tərcümə olunaraq nəşr olunub. Əsər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor köməkçisi Mehman Həsən və Nəsimi adına Dilçilik İnstitutun doktorantı Dilbər Türksoy tərəfindən tərcümə olunaraq nəşrə hazırlanıb və “Qələm” nəşriyyatında çap olunub. Qızıl Orda dövləti haqqında aparılan araşdırmalarda əsas qaynaq kimi istifadə olunan “Çingiznamə”nin Daşkənd və Orenburq nüsxələri mövcuddur. Hazırda çap olunan əsər Daşkənd nüsxəsidir. Bu nüsxə ilk dəfə 1992-ci ildə Qazaxıstanda, 2008-ci ildə Yaponiyada, 2009-cu ildə isə Türkiyədə nəşr olunub.
Şeyx Hacı
Şeyx Hacı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Kəndin adı erməni mənbələrində Shacı formasında da göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib «Şeyx Hacıya mənsub kənd» mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şqarşik qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 nəfər, 1908-ci ildə 337 nəfər, 1914 - cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Hacı Eldayaq
Messali Hacı
Əhməd ibn Messali Hacı (ərəb. مصالي الحاج‎; fr. Ahmed Messali; 16 may 1898 – 30 iyun 1974 və ya 3 iyun 1974) — Əlcəzair milliyətçi siyasətçisi, Əlcəzairin müstəqilliyi uğrunda hərəkatların tərəfdarı. O, adətən Əlcəzair milliyətçiliyinin "atası" adlanır. Türk əsillidir. O, 1954-cü ildə müstəqillik uğrunda silahlı mübarizədən uzaqlaşmadan əvvəl Şimali Afrika Ulduzu (ŞAU), Əlcəzair Xalq Partiyası (PPA) və Demokratik Azadlıqların Zəfəri Hərəkatının həmtəsisçisi olmuşdur. Messali həmçinin, Milli Qurtuluş Cəbhəsinin (MQC) davam edən səylərinə qarşı çıxmaq üçün Əlcəzair Milli Hərəkatını (ƏMH) qurmuşdu. == İstinadlar == == Əlavə ədəbiyyat == Adamson, Fiona, The Constitutive Power of Political Ideology: Nationalism and the Emergence of Corporate Agency in World Politics, University College London, 2006 Goebel, Michael. Anti-Imperial Metropolis: Interwar Paris and the Seeds of Third World Nationalism (Cambridge University Press, 2015) excerpts Jacques, Simon, Algérie: le passé, l'Algérie française, la révolution, 1954-1958, Harmattan, 2007, ISBN 978-2296028586 Malley, Robert, The Call From Algeria: Third Worldism, Revolution, and the Turn to Islam, University of California Press, 1996, ISBN 0520917022 McDougall, James, A History of Algeria, Cambridge University Press, 2017, ISBN 978-0521851640 Moreau, Odile, Echoes of National Liberation: Turkey Viewed from the Maghrib in the 1920s // McDougall, James (redaktor ), Nation, Society and Culture in North Africa, Routledge, 2004, ISBN 1135761051 Naylor, Phillip C., Historical Dictionary of Algeria, Rowman & Littlefield, 2004, ISBN 0810879190 Ness, Immanuel; Cope, Zak, The Palgrave Encyclopedia of Imperialism and Anti-Imperialism, Springer, 2016, ISBN 978-0230392786 Ruedy, John Douglas, Modern Algeria: The Origins and Development of a Nation, Indiana University Press, 2005, ISBN 0253217822.
Hacı Nərimanoğlu
Məcnun Hacıbəyov
Məcnun Salam oğlu Hacıbəyov (5 oktyabr 1935, İkinci Nügədi, Quba rayonu – 16 noyabr 2021) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Məcnun Hacıbəyov Quba rayonunun İkinci Nügədi kəndində yaşamışdır. 1935-ci ilin 5 oktyabrında rayonun II Nügədi kəndində doğulan aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. Akyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayıb. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Aktyor yalnız "Solğun çiçəklər" tamaşında "Əbdül" rolunu oynamadığı üçün heyfislənir. 1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömür gün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib. Bir neçə ildir ürəyinə görə müalicə alır.
Məhbubə Hacıyeva
Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı. == Həyatı == Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır. Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.
Məhəmməd Hacıyev (Sovet İttifaqı Qəhrəmanı)
Məhəmməd İmadutdinoviç Hacıyev (20 dekabr 1907, Qunib, Dağıstan vilayəti — 12 may 1942, Barens dənizi) — Sovet İttifaqı Qəhrəmanı, 2-ci dərəcəli kapitan, Şimal Donanmasının sualtı briqadasının birinci bölməsinin komandiri. "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülən ilk dağıstanlı. == Həyatı == Məhəmməd İmadutdinoviç Hacıyev 7 dekabr (20) 1907-ci ildə Dağıstanın Qunib rayonunun Meqeb Darqin kəndində kəndli ailəsində anadan olmuşdur. Atası İmadutdin avar, (digər versiyaya görə dargi),, papaq ustası idi. Anası Xurbiçə Qumuqdan olan lak idi. Bu səbəbdən MəhəmmədHacıyevin milliyyəti varlar, dargilər və laklar tərəfindən mübahisəyə çevrilib. Rəsmi olaraq Avar qeyd edilib. Uşaqlığı Qumuxda keçib. 1920-ci ilin aprelindən 1922-ci ilin mayına qədər Qırmızı Orduda xidmət edib. Telefon operatoru olaraq Şimali Qafqazdakı döyüşlərdə iştirak edib.
Məhəmməd Məhəmmədoviç Hacıyev
Məhəmməd Məhəmmədoviç Hacıyev (ləzg. Мегьамед Мегьамедан хва Гьажиев; 1897 – 1958) ləzgi filoloqu-Qafqazşünası, filologiya elmləri doktoru, Dağıstanın ilk peşəkar filoloqlarından biridir. ilk böyük ləzgi-rusca lüğəti işləyib. Dörd dildə danışırdı: azərbaycan, tabasaran, rus və ərəb. Professor L. I. Jirkovun rəhbərliyi altında Moskvada aspiranturada ümumi dilçilik nəzəri təhsili aldı. Tezisin mövzusu ləzgi dilinin sintaksisinə həsr edilmişdir. == Bioqrafiya == Məhəmməd Hacıyev 10 dekabr 1897-ci ildə Kürə rayonunun Məhərrəmkənd kəndində varlı və təhsilli bir ailədə anadan olmuşdur. Gələcək alimin atası Məhəmməd, piyada olaraq Məkkəyə getdi və yalnız üç il sonra geri döndü. Kənddə atası Məkkədən qayıdana qədər ad verilməyən bir oğlu var idi. Alim Hacı-Məhəmmədin atasının ailəsinin dörd oğlu və bir qızı var idi: İbrahim, Məhəmməd (gələcək alim), Şafi, Mirzə və Hacıxanım.
Məhəmməd bəy Hacı oğlu
Məhəmməd bəy Hacı oğlu - Orta əsrlər zamanı Naxçıvanda yaşayıb yaratmış memarlardan biri. Yaşadığı dövrdə “memar” kimi tanınan Məhəmməd bəyin adı Ordubad şəhərinin şərq tərəfində yerləşən “Malik İbrahim” qəbristanlığında indiyədək qalan bir məzar kitabəsi təqdim etdiyi məlumatlar vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur. Məşhur sufi şeyxi, Ön Asiyada sufizmin banilərindən sayılan Şeyx Əbu Səid Əbul-Xeyr Xorasaninin yeddi arxa övladlarından olan sufizm ideyalarını mənimsəyən, kamilləşən eyni adlı Şeyx – Şeyx Əbu Səid Xorasanda təhsilini başa vurduqdan sonra Ordubad şəhərinə gəlmiş, orada öz xanəgahını qurmuş və ətrafına toplaşan müridləri vasitəsi ilə ideyalarını yaymışdır. Şeyx Əbu Səid 1357-ci ildə vəfat etmiş və Ordubad şəhərinin şərq tərəfində yerləşən indiki “Malik İbrahim” qəbristanlığının mərkəzində yerləşən xanəgahının ətrafında dəfn olunmuşdur. Şeyxin məzarı üzərində qoyulmuş başdaşı tipli qəbirüstü xatirə abidəsinin yan tərəfindəki kitabədə Hacının oğlu Məhəmməd bəyin adı həkk edilmişdir. Kitabədə o “memar” titulu ilə təqdim olunmuşdur. Kitabənin təqdim etdiyi məlumatlardan aydın olur ki, vaxtilə bu qəbir üzərində türbə inşa edilmiş, memar Məhəmməd bəy həmin türbənin banisi – memarı olmuşdur.
Məhəmmədxan bəy Hacılı-Cavanşir
Məhəmmədxan bəy Səlif bəy oğlu Hacılı-Cavanşir (?-16 iyul 1797) — Cavanşir-Dizaq mahalının naibi, Şuşa qalasının qalabəyi, Mirzə Camal Cavanşirin atası. == Həyatı == Məhəmmədxan bəy Hacılı-Cavanşir Səlif bəy Cavanşirin oğludur. Tayfa mənsubiyyəti baxımından Cavanşir tayfasının Hacılı oymağına mənsub olmuşdur. Məhəmmədxan bəy Səlif bəy oğlu İbrahimxəlil xanın hakimiyyəti dönəmində 1777-ci ildən 1794-cü ilə qədər Cavanşir-Dizaq mahalının naibi olmuş, 1794-1797-ci illərdə Şuşa qalasının komеndantı (qalabəyi, kutvalı) kimi xidmət etmişdir.. Onun vəzifəsinə şəhərin sutka ərzində bütün əmin-amanlığı daxil idi. Vicdanlı adam olduğundan, rüşvət almadığından oğru-əyri adamların əl-qolunu döşünə yığmışdı. Hətta xanın bеlə toxunmadığı dağıstanlılar Məhəmmədxan bəyi görəndə özlərini yığışdırırdılar. Kirvəsi, XVIII yüzilin adlı şairlərindən olan Ağqız oğlu Piri qoşqularında Məhəmmədxan bəyi öymüşdü. Öygünün səbəblərindən biri günlərin birində, Dağıstan qoşunundan bir ləzgi Pirinin qatırının noxtasını, sərçulunu soyur. Ağqız oğlu Piri ləzgini nə qədər dara qısnayırsa, boynuna almır.
Məmməd Həsən Hacınski
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (3 (15) mart 1875, Bakı – 9 fevral 1931, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin ticarət və sənaye naziri, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı real məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakıya qayıdaraq, tikinti işlərində, müəllifi Nikolay fon der Nonne olan baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etmişdir. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin nəcibləşdirməsi barədə kitab nəşr olunur. === Çar Rusiyası dövrü === 1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik edirdi. O, Şirvanşahlar Sarayına xüsusi diqqət yetirirdi, sarayın bərpası və qorunması haqqında tez-tez təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivər bəy Əhmədbəyov sarayın gələcək bərpası üçün elmi-tədqiqat işləri aparmışdılar. 1902–1917-də Bakı Şəhər Dumasının üzvü olmuşdur.
Məmməd bəy Hacıyev
Məmməd bəy Hacıyev (tam adı: Məmməd bəy Mirzə Kərim bəy oğlu Hacıyev; d.06.03.1896, Şuşa-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, mühəndis. == Həyatı == Mirzə Kərim bəyin ikinci oğlu Məhəmməd bəy 6 mart 1896-cı ildə Şuşa şəhərində anadan olmuşdu. 1916-cı ildə Şuşa realnı məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini maşınqayırma sahəsində davam etdirmək üçün Almaniyaya Berlin Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonra Türkiyəyə getmiş, Qaratekin soyadını qəbul etmişdi. == Ailəsi == Mehmet Qaratekin alman qızı Hesma ilə ailə qurmuşdu. Güllü xanım və Aysel xanım adlı qızları var.
Məmmədhəsən Hacınski
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (3 (15) mart 1875, Bakı – 9 fevral 1931, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin ticarət və sənaye naziri, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı real məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakıya qayıdaraq, tikinti işlərində, müəllifi Nikolay fon der Nonne olan baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etmişdir. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin nəcibləşdirməsi barədə kitab nəşr olunur. === Çar Rusiyası dövrü === 1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik edirdi. O, Şirvanşahlar Sarayına xüsusi diqqət yetirirdi, sarayın bərpası və qorunması haqqında tez-tez təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivər bəy Əhmədbəyov sarayın gələcək bərpası üçün elmi-tədqiqat işləri aparmışdılar. 1902–1917-də Bakı Şəhər Dumasının üzvü olmuşdur.
Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacı oğlu Kərimov (1906, Nuxa – 12 iyun 1977, Şəki) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur. Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir.
Mərzifonlu Hacı Əli Paşa
Mərzifonlu Hacı Əli Paşa (Mərzifon – 18 may 1632, İraklion) — II Əhməd dövründə ümumilikdə 1 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 347, 365, 389-390, 395, 421-422, 424, 430-432, 440-442; Anonim Osmanlı Tarihi, Berlin Staatsbibliothek, nr. Hs. 216, vr. 22a, 42b, 47a-b, 48a, 50a, 53a-56a; D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 223-228, 445; Hadîkatü’l-vüzerâ, s. 119-120; Silâhdar, Târih, II, 633, 639-640, 647, 694 vd; a.mlf., Nusretnâme, II, 42; Şeyhî, Vekāyiu’l-fuzalâ, II, 99, 102, 117, 118, 218, 320, 357; Râşid, Târih, II, 104, 150, 188-189, 195-197; Sicill-i Osmânî, III, 523-524; IV, 808; Danişmend, Kronoloji, III, 473, 474, 476, 518-519; Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 548, 549-550, 552, 588; III/2, s.
Məzrayə-i Hacıabdin (Əhər)
Məzrayə-i Hacıabdin (fars. مزرعه حاج عابدين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (19 ailə).
Nahid Hacıyev
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. == Həyatı == Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Nahid Hacızadə
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. == Həyatı == Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Namiq Hacıheydərli
Namiq Hacıheydərli (8 sentyabr 1975, Salyan rayonu – 27 aprel 2024) — Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri (2008–2015). == Həyatı == Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib. 2024-cü il aprel ayının 27-də qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilib. Həmin gün vəfat edib. == Yaradıcılığı == 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
Namiq Hacıyev
== Siyahı ==
Natavan Hacıyeva
Natavan Əsgər qızı Hacıyeva (1942, Bakı – 1 may 2019, Bakı) — Azərbaycan diktoru, televiziya aparıcısı, Azərbaycan SSR əməkdar artisti (1990), prezident təqaüdçüsü. == Bioqrafiyası == Natavan Hacıyeva 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Əsgər Hacıyev hüquqşünas, anası Şölə xanım ali təhsilli evdar xanım olub. "Axırıncı aşırım" filmində obrazı yaradılan tarixi şəxsiyyət Kərbəlayi İsmayıl onun ata babasıdır. O, 5 qardaşın böyük bacısı idi. Məktəbi qızıl medalla bitirmişdir. Pedaqoji Universitetinə qəbul olundu. 1959-cu ilin qışında elan olunan diktorluq müsabiqəsində bəxtini sınadı, ancaq onu seçmədilər. 1960-cı ildə keçirilən müsabiqədə isə qalib gəldi. Rejissor Kamil Rüstəmbəyovun "Aygün" filmində epizodik rolda çəkildi.
Navahı (kənd, Hacıqabul)
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir. Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400–500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb(direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir. Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir. Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən tempratur +45–50 °C dərəcəyə kimi yüksəlir.
Navahı (qəsəbə, Hacıqabul)
Navahı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Əvvəl kənd olan Nəvai sonra qəsəbə olmuşdur. 1919-cu ilin fevralın 13-cü günü biz, Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvləri Mixaylov və Keyussovski aşağıda imza atan şahidlərin: Nəvaqi kənd kəndxudası və kəndin ev təsərrüfatçılarının iştirakı ilə Nəvaqi kəndinə baxış keçirdik ki, kəndin ermənilərin hücumundan dağılma dərəcəsini və xarakterini aydınlaşdıraq. Belə məlum oldu ki, Navahi kəndi tərkibi bütünlükdə müsəlmanlardan ibarət olmaqla, eyni adlı dəmir yol stansiyasınından 3 verstlik məsəfədə, çöldə yerləşir. Kənd 2000 ev təsərrüfatından ibarətdir, onu da qeyd etmək lazımdır ki, mülk evləri bir neçə şöbədən ibarət olmaq şərtilə dəmir yol xətinin hər iki tərəfinə bir-birindən dördə bir və ikidə bir verst ara məsafəsiylə səpələnmişdir. Kəndin tikililəri çiy kərpicdən hörülüb, alçaq damları isə torpaqla örtülmüşdür. Kəndin … şöbəsində uzaqdan yanğından tam yanmış evlərin mənzərəsi açılır. Yanğından və dağıntılardan heç bir malikanə salamat çıxa bilməyib, bir neçə yeni tikilmişlər istisna olmaq şərtilə, bütün qalan 2000-ə yaxın evin hamısı yanmışdır və hal hazırədək yanan divarların xarabalıqlarını xatırladır. Kəndin nisbətən varlı adamlarının evləri bərpa edilir və bunlarda dağıntılardan sağ çıxa bilən bir neçə ailə yaşayır. Kəndin nüfuzlu tikintiləri digərlərinə nisbətən daha güclü yanğına məruz qalıblar, ələxsüs məscid, 12 otaqdan ibarət olan böyük məktəb binası, kənd idarəsi, … evlə birlikdə, dəyirmanlar, daş binövrə ilə qaldırılan bütün əs…tikililər.
Nayvəlilər (Hacıyevlər)
Nayvəlilər (Hacıyevlər) — Azərbaycan xalqının tanınmış soylarından biri. Borçalının tanınmış soylarından biri, Sarvan (Marneuli) kəndinin sakinləri. == Soyun yaranması == Bu soy Borçalı mahalının Sarvan kəndinə bağlıdır. Soyun ulu babası Nayvəli XIX əsrin ortalarında Sarvan kəndində dünyaya göz açıb. Nayvəlinin əcdadı Məhəmmədin XVII–XVIII əsrlərdə yaşadığı ehtimal olunur. Borçalının Sarvan (Marneuli) kəndinin köklü sakinləri, qarapapaq türkləri olan Nayvəlilər və ya Hacıyevlər nəslinin müasir dövrdəki nümayəndələri – Nayvəlinin oğlu Hacının (XIX əsrin axırları – 1922) oğlanları Məhəmməd Hacıyevin (1906–1974) və Rüstəm Hacıyevin (1916–1990) övladlarından və nəvə-nəticələrindən ibarətdir. == Soyun tarixi == Nayvəli — Hacıyevlər nəslinin tarixinə aid müəyyən sənədli məlumatlar XVIII əsrin əvvəllərinə aid olsa da, daha dəqiq tarix bu nəslin və Borçalının görkəmli şəxsiyyətlərindən olan Nayvəlidən (Naib Vəli) başlayır və buna görə Hacıyevlərə Nayvəlilər də deyilir. Nayvəli (Naib Vəli) XIX əsrin ortalarında — XX əsrin əvvəllərində yaşayıb. Əsil adı Vəli olub, ancaq naib nəslindən olduğundan ona Nayvəli deyilib. Sarvanın mərkəzində böyük torpaq sahələri olub, bu torpaqlardan hazırda Məhəmməd Hacı oğluna və Rüstəm Hacı oğluna aid sahələr qalıb.
Nazim Hacıbəyov
Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928, Bakı – 23 mart 2020, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). == Həyatı == Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olmuşdur. Onun atası Məmməd Hacıbəyov, anası isə Cahan Talışinskayadır. 1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirmişdir. 1950–1960-cı illərdə Özbəkistan SSR-də işləmiş, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilmişdir. XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləmişdir. 1970–1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olmuşdur. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970–1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir. Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.
Nazim Hacıyev
Nazim Məmmədiyə oğlu Hacıyev (3 iyun 1924, Nuxa – 30 iyul 1962, Bakı) – Azərbaycan SSR-in dövlət və siyasi xadimi. == Həyatı == Nazim Hacıyev 1924-cü il iyunun 3-də Azərbaycan SSR Nuxa şəhərində anadan olmuşdur. 1940-cı ildə Nuxada peşə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur. Lakin 1941–1945-ci illər müharibəsinin başlaması ilə əlaqədar olaraq təhsilini yarımçıq saxlamış, Nuxaya qayıdaraq "Nuxa fəhləsi" qəzetində ədəbi əməkdaş kimi çalışmışdır. 1941–1943-cü illərdə Nuxada 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi işləmiş, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində işləmişdir. O, 1943-cü ildə "Nuxa fəhləsi" qəzetinin məsul katibi təyin edilmişdir. Nazim Hacıyev 1944-cü ildən universitetdə təhsilini davam etdirmiş və 1944–47-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləmişdir. Nazim Hacıyev 1947-ci ildə komsomol işinə keçmiş, Bakı şəhər Komsomol Komitəsinin katibi seçilmişdir. O, 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi Təbliğat şöbəsinin təlimatçısı təyin edilmiş, ardınca Azərbaycan Tibb İnstitutunun Partiya komitəsinin katibi təyin edilmişdir. Nazim Hacıyev 1951-ci ildə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının XIX qurultayında Mərkəzi Komitənin katibi, 1952-ci ildə isə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Nazim Hacıyev (siyasətçi)
Nazim Məmmədiyə oğlu Hacıyev (3 iyun 1924, Nuxa – 30 iyul 1962, Bakı) – Azərbaycan SSR-in dövlət və siyasi xadimi. == Həyatı == Nazim Hacıyev 1924-cü il iyunun 3-də Azərbaycan SSR Nuxa şəhərində anadan olmuşdur. 1940-cı ildə Nuxada peşə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur. Lakin 1941–1945-ci illər müharibəsinin başlaması ilə əlaqədar olaraq təhsilini yarımçıq saxlamış, Nuxaya qayıdaraq "Nuxa fəhləsi" qəzetində ədəbi əməkdaş kimi çalışmışdır. 1941–1943-cü illərdə Nuxada 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi işləmiş, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində işləmişdir. O, 1943-cü ildə "Nuxa fəhləsi" qəzetinin məsul katibi təyin edilmişdir. Nazim Hacıyev 1944-cü ildən universitetdə təhsilini davam etdirmiş və 1944–47-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləmişdir. Nazim Hacıyev 1947-ci ildə komsomol işinə keçmiş, Bakı şəhər Komsomol Komitəsinin katibi seçilmişdir. O, 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi Təbliğat şöbəsinin təlimatçısı təyin edilmiş, ardınca Azərbaycan Tibb İnstitutunun Partiya komitəsinin katibi təyin edilmişdir. Nazim Hacıyev 1951-ci ildə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının XIX qurultayında Mərkəzi Komitənin katibi, 1952-ci ildə isə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Nazim Hacıyev (əsgər)
Nazim Feyruz oğlu Hacıyev (16 dekabr 1995; Şərədil, Şamaxı rayonu, Azərbaycan — 14 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazim Hacıyev 1995-ci il dekabrın 16-da Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 2002-2013-cü illərdə H.Həmidov adına Şərədil kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nazim Hacıyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Nazim Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Nazim Hacıyev oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Şərədil kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nazim Hacıəlibəyov
Nazim Ənvər oğlu Hacıəlibəyov (3 iyul 1959, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş dirijoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2009). == Həyat və fəaliyyəti == Nazim Hacıəlibəyov 3 iyul 1959-cu ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının dirijorluq fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında işləyir. 1987-ci ildə Moskvada "Bolşoy Teatr"da təcrübədə olub, 1990-cı ildə təcrübəni uğurla başa çatdırıb, Opera Simfonik orkestrinin dirijoru ixtisası alaraq yenidən həmin teatra qayıdıb. 1992-ci ildən teatrın baş dirijoru işləyib. Hal-hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş dirijorudur. Bu müddətdə 25-dən çox həm klassik, həm də müasir əsərlərin musiqilərinə quruluş veribdir. "Hicran", "Beş manatlıq gəlin", "50 yaşında cavan", "Qızıl toy", "On min dollarlıq keyf", "Hərənin öz ulduzu", "Pominalnaya molitva", "Silva", "İki küpə girən qarı", "Şən dul qadın", "Nəğməli Könül", "Nümunəvi qaraçı", "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Əlin cibində olsun", "Talelər qovuşanda", "Çılğın Qaskonyalı", "Bir günlük siğə", "Volqalı Canan", "Məhəbbət oyunu" və s. kimi əsərlər bu qəbildəndir.

Digər lüğətlərdə