İDDİALI

sif. Özü haqqında böyük fikirdə olan, təkəbbürlü, təşəxxüslü, özünə çox güvənən, lovğa. İddialı adam. İddialı oğlandır.
– Nə soxulmusan araya, a başı bəlalı fələ? Nə xəyal ilə olubsan belə iddialı, fələ?! M.Ə.Sabir.
Naqis olsa belə əqli, kamalı; Onu görərsiniz çox iddialı. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İDDİALI iddialı bax lovğa

Antonimlər (əks mənalı sözlər)

  • İDDİALI İDDİALI – BAŞIAŞAĞI Nə soxulmusan araya, a başıbəlalı, fələ? Nə xəyal ilə olubsan belə iddialı, fələ?! (M
İDDİALANMAQ
İDDİALILIQ

Digər lüğətlərdə