□ İstiğfar etmək (qılmaq) – Allaha yalvararaq günahlarının bağışlanmasını istəmək, “əstəğfürullah” deyərək tövbə etmək.
[Molla Zaman:] İstiğfar elə, arvad, istiğfar elə, günaha batdın.
Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı.
İstiğfar eylə, adam ağzına gələni danışmaz.