MAĞARA₁

is. [ ər. ]
1. Dağ və qayanın içinə doğru uzanan, yaxud yer altında olan geniş oyuq; zağa, kaha. Ayı mağarası.
– Dəmirçioğlu bir ətrafa baxıb gördü, yolun kənarında bir mağara var. Koroğlu”.
Qaraca qız [ayıdan] fürsət tapıb, özünü dərənin döşündəki mağaraya saldı. S.S.Axundov.

2. məc. zar. Kiçik, yaraşıqsız ev, məskən, daxma mənasında.
[Qarovul:] Dəstəbaşımız da öz mağarasında əyləşib, üç gündür nə isə bizimlə danışmaq istəməyir. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MAĞARA MAĞARA (adətən ayı yuvası) Gah xor-xor xoruldayıb; gah diksinə-diksinə; ayı mağarasında; yumlayırdı yenə (R
MAĞAR
MAĞARA₂

Digər lüğətlərdə