NƏSİMİ
NƏSİRƏ
OBASTAN VİKİ
Məşədi Nəsir Lövhi
Sadıqov Məşədi Nəsir Hacı Sadıq oğlu (Məşədi Nəsir Lövhi) — Azərbaycan şairi. Məşədi Nəsir Lövhi Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Məclisi-üns üzvlərindən olmuşdur. Qardaşı Məşədi Əyyub Baki də şair idi. Məşədi Nəsir Lövhi 1901-cü ildə vəfat edib.
Nəsir Bakuvi
Nəsir Bakuvi (XIII əsr – XIV əsr) — azərbaycanlı şair. Nəsir Bakuvi XIII əsrin sonları – XIV əsrin əvvəllərində Azərbaycan türkcəsində şeirlər yazmışdır. O, Sultan Olcaytunun zamanında ona türk dilində müxəmməs həsr etmişdi. Azərbaycan dilində şeirlər yazan bu şair haqqında ingilisdilli tarixşünaslıqda heç bir məlumata rast gəlinmir. Avropa tədqiqatçıları daha çox farsdilli Azərbaycan ədəbiyyatını araşdırmışlar. Nəsir Bakuvinin müxəmməsi son illərdə üzə çıxarıldığından çox da məşhur deyil. Ərqun xanın üçüncü oğlu, 23 yaşlı Olcaytu qardaşı Qazan xanın vəfatından sonra Təbrizə gəlib onun yerini tutmuşdu. Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Olcaytu şair Nəsir Bakuvi tərəfindən yüksək qiymətləndirilmişdir. 11 bəndlik müxəmməsdə şair hökmdara İslamı qoruduğu, xristianları rədd etdiyi, İslam dinini ucaltdığı üçün təşəkkür edir, onu böyük adam adlandırır.
Nəsir Məmmədov
Nəsir Məmmədov (tam adı: Məmmədov Nəsir Nəsirzadə;10 may 1907, Dəstə, Ordubad rayonu – 25 iyul 1982, Bakı) — dilçi alim 10 may 1907-ci ildə Ordubad rayonun Dəstə kəndində anadan olmuşdur. 1925-ci ildə orta məktəbi bitirmiş, 1928-1929-cu illərdə Zaqaf­qaziya Kommunist Universitetinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. Azərbaycan Ali məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Bakının sabiq Keşlə rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1942-1945-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun direktoru olmuş, burada dilçilik kafedrasına rəhbərlik etmişdir. 1945-ci ildən yenidən BDU-nun Ümumi dilçilik kafedrasında çalışmağa başlamış, 22 il bu kafedrada dosent və professor vəzifələrində işləmişdir. 1947-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.1972-ci ildə yenidən BDU-nun Ümumi Dilçilik kafedrasına keçərək orada professor vəzifəsində çalışmışdır. Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarındandır. Nəzəri dilçilik sahəsindəki fəaliyyəti Azərbaycanda bu sahədə elmi fikri xeyli zənginləşdirmişdir.
Nəsir Paygozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Paygüzar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Payqozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Sadıqzadə
Nəsir Müseyid oğlu Sadıqzadə (1926, Şuşa, DQMV – 1996, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru, pedaqoq və müəllimi. Nəsir Sadıqzadə orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib. Nəsir Sadıqzadə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. İstedadlı rejissor 1965–1966-cı illərdə Gəncə teatrında baş rejissor,1970–1973-cü illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib. Müxtəlif illərdə Cəfər Cabbarlının "Aydın", Mirzəİbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Yusif Əzimzadənin "Nəsrəddin", Aleksandr Şirvanzadənin "Cinli", Toktobolat Əbdülmöminovun "Şikayət qəbul edilmir" (1963), Əziz Nesinin "Bura gəlin" (1965), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (27 dekabr 1972), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (29 aprel 1973), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya İoselianinin "Araba hələ aşmayıb" (1976), Sergey Mixalkovun "Xərçənglər" (29 may 1982) pyes və dram əsərlərinə quruluş verib. Bir sıra filmlərdə çıxış edib."Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy obrazını yaradıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik və pedaqoji fəaliyyətlə məşğul olub. Mən ki gözəl deyildim (film, 1968) Şeytan göz qabağında (film, 1987) Qətl günü (film, 1990) Zirzəmi (film, 1990) Bəxt üzüyü (film, 1991) Qəzəlxan (film, 1991) Qara "Volqa" (film, 1994) Həm ziyarət, həm ticarət...
Nəsir Tağıyev
Nəsir Tağıyev (1879, Şamaxı – 9 sentyabr 1953, Moskva) — Azərbaycan SSR xalq maliyyə komissarı, komissar müavini, pedaqoq, ictimai xadim. Nəsir bəy Hacı Məmməd oğlu Tağıyev Sankt-Peterburq Universitetinin Şərq fakültəsini bitirmişdir. 1900-cü illərin əvvəllərində Bakı gimnaziyasında müəllim işləmişdir. Sonra isə bank işçisi olmuşdur. 1953-cü ildə Moskva şəhərində ölüb. Novodeviçye qəbiristanlığında dəfn edilib. Nəsir Tağıyev 1920-ci ildə Azərbaycan Kommunist Partiyasına üzvü olmuşdur. O, 28 aprel 1920-ci il tarixindın 2 may 1920-ci il tarixinədək Azərbaycan SSR xalq maliyyə komissarı Mirzə Davud Hüseynovun müavini olmuşdur.. Nəriman Nərimanovun 2 may 1920-ci il tarixində xalq xarici işlər komissarı vəzifəsindən ayrılmasının ardınca xalq maliyyə komissarı Mirzə Davud Hüseynov xalq xarici işlər komissarı vəzifəsinə təyinat almış, müvafiq olaraq onun müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı vəzifəsinə təyinat almışdır. O, 1922-ci ilədək bu vəzifəni daşımışdır.
Nəsir yelqovanı
Nəsir yelqovanı - İranda istehsal edilən ilk elektrik avtomobili İranda istehsal edilən ilk elektrik avtomobili olan "Nəsir yelqovanı"nın təqdimat mərasimini 2009-cu ilin sentyabr ayının 3-də İran Nəqliyyat və Yanacaq Rəhbərliyi Qərargahı keçirib. “Nəsir yelqovanı” adlandırılan və cəmi iki sərnişini daşıya bilən avtomobili Tehranın Xacə Nəsir Universitetinin 14 nəfərlik tələbə qrupu istehsal edib. Avtomobilin çəkisi 700 kiloqramdır. Bir dəfəyə azı 50 kilometr məsafəni qət edə bilər. Sürəti saatda 80 kilometrdir və bütün yoxlamalardan müvəffəqiyyətlə çıxmış yığcam bir avtomobildir. Avtomobil əvvəlcə elektrik avtomobillər arasında keçirilən yarışma məqsədilə nəzərdə tutulsa da, sonradan onun kütləvi istehsalına və vətəndaşların istifadəsinə verilməsinə qərar verilib.
Nəsir İmanquliyev
Nəsrulla Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998, Bakı) — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976). Nəsirulla Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır. Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur.
Nəsir Əhmədli
Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu – 7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü. Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Nəsir bəy Tağıyev
Nəsir Tağıyev (1879, Şamaxı – 9 sentyabr 1953, Moskva) — Azərbaycan SSR xalq maliyyə komissarı, komissar müavini, pedaqoq, ictimai xadim. Nəsir bəy Hacı Məmməd oğlu Tağıyev Sankt-Peterburq Universitetinin Şərq fakültəsini bitirmişdir. 1900-cü illərin əvvəllərində Bakı gimnaziyasında müəllim işləmişdir. Sonra isə bank işçisi olmuşdur. 1953-cü ildə Moskva şəhərində ölüb. Novodeviçye qəbiristanlığında dəfn edilib. Nəsir Tağıyev 1920-ci ildə Azərbaycan Kommunist Partiyasına üzvü olmuşdur. O, 28 aprel 1920-ci il tarixindın 2 may 1920-ci il tarixinədək Azərbaycan SSR xalq maliyyə komissarı Mirzə Davud Hüseynovun müavini olmuşdur.. Nəriman Nərimanovun 2 may 1920-ci il tarixində xalq xarici işlər komissarı vəzifəsindən ayrılmasının ardınca xalq maliyyə komissarı Mirzə Davud Hüseynov xalq xarici işlər komissarı vəzifəsinə təyinat almış, müvafiq olaraq onun müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı vəzifəsinə təyinat almışdır. O, 1922-ci ilədək bu vəzifəni daşımışdır.
Nəsir xan Şahsevən
Nəsir xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (Ərdəbil – Ərdəbil) — Ərdəbil xanlığının 1763-cü ildən 1808-ci ilə qədər ikinci xanı, O, qardaşı Nəzərəli xan Şahsevən ilə şərik hakimiyyətə malik idi.
Nəsir yüzbaşı Yağləvəndli-Cavanşir
Nəsir Şibl əd-Dəvlə
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Elman Nəsirli
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — Azərbaycan politoloqu, siyasi şərhçi, tarixçi, Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Elman Nəsirov
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — Azərbaycan politoloqu, siyasi şərhçi, tarixçi, Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Elmir Nəsirov
Elçin Nəsirov
Elşad Nəsirov
Elşad Nəsirov (siyasətçi) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. Elşad Nəsirov (hüquqşünas) — Azərbaycan hüquqşünası.
Elşad Nəsirov (hüquqşünas)
Elşad Haqverdi oğlu Nəsirov (1 iyul 1971, Babacan, Vardenis rayonu) — DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin 1-ci müavini (2019-indi), BDU Hüquq fakültəsinin dekan müavini (2005–2011). Polkovnik. == Həyatı == Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib. 1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir. 1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır. 1998-ci ildən BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2005-ci ildən 2011-ci ilə qədər isə dekan müavini vəzifəsində işləmişdir. 2009-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin eksperti vəzifəsində çalışmışdır.
Elşad Nəsirov (siyasətçi)
Elşad Nəsirov (1960, Bakı) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. == Həyatı == Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1997-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Fuad Nəsirov
== Siyahı ==
Füzuli Nəsirov
Füzuli Əkbər oğlu Nəsirov — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 15 №-li laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru. == Ümumi məlumatlar == Füzuli Əkbər oğlu Nəsirov 28.09.1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Bərdə şəhər 1 №-li orta məktəbinə daxil olmuş, 1968-ci ildə yeni açılmış 5 №-li orta məktəbə köçürülmüş və 1969-cu ildə həmin məktəbi əlaçı attestatı ilə bitirmişdir. F.Ə.Nəsirov 1970-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1975-ci ildə oranı əla qiymətlərlə başa vuraraq, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna işləməyə göndərilmişdir. Həmin zamandan bu günə qədər F.Ə.Nəsirov bu İnstitutda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində çalışmış və hal-hazırda laboratoriya müdiridir. Füzuli Nəsirov 1978-ci ildə İnstitutun aspiranturasına daxil olmuş, oranı müvəffəqiyyətlə bitirərək 1983-cü ildə “Nikel (kobalt) üzvi ditiotörəmələri əsaslı katalitik sistemlər iştirakı ilə aşağı molekül kütləli polibutadienlərin alınması prosesının ışlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) namizədlik dissertasiyası müdafiə etmiş və kimya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır. Füzuli Əkbər oğlu Nəsirov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 2003-cü ildə “Polibutadienlərin alınması və stabilləşdirilməsi üçün bifunksional katalitik ditiosistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985-ci ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi elmi adına layiq görülmüşdür. O, 1975-2000-ci illərdə AMEA NKPİ-də mühəndis, kiçik və böyük elmi işçi, 1989-1995-ci illərdə “Metalkompleks kataliz proseslərinin texnologiyası” qrupunun rəhəri, 1995-2014-cü illərdə “Metalüzvi kataliz prosesləri” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən indiyə qədər “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının (15 №-li lab.) müdiri vəzifəsində çalışır.
Hacı Ələkbər bəy Nəsirbəyov
Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyov (az. Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyov; 1857, Dədəli, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 1923, Qaryagin, Qaryagin qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — qurucu, xeyriyyəçi, məmur, Hacı == Həyatı == Hacı Ələkbər bəy 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli obasında, Qarabağın zadəgan Nəsirbəyovlar ailəsində anadan olub. Molla yanında oxuyub, sonralar isə mükəmməl mədrəsə təhsili almışdı. Rus dilini kamil bilirdi. Quberniya katibi mülki çini vardı. Bakı qəzasında dövlət idarələrində məmur işləmişdi. Bir müddət Bakının ikinci sahəsinin pristavı olmuşdu. Həmin ərazidə asayişi qoruduğuna və cinayətkarlığı praktiki olaraq aradan qaldırdığına görə, hətta Bakı kəndlərində Ələkbər bəy haqqinda meyxanalar düzüb-qoşublar. O illərdə yayılmış bəzi məlumatlara əsasən, Rusiya çarının qardaşı Böyük knyaz Mixail Aleksandroviç Romanov Bakıya səfər edərkən onun ailə üzvlərindən birinə sui-qəsd cəhdi olur. Bu zaman mühafizənin təşkilində iştirak edən Ələkbər bəy ağciyərindən yaralanır, amma sui-qəsdin qarşısını alır.
Hafis Nəsiroğlu
Hafis Nəsiroğlu (1950, Bakı) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü. 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Texniki peşə məktəbinin tərtibçi-rəssam şöbəsini bitirib. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1983-cü ildən "Kirpi" satira-yumor jurnalında rəssam kimi çalışıb. 1992-ci ildən Kirpi jurnalı nın baş rəssamı kimi fəaliyyət göstərir. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak edib, bir çox mükafatlara layiq görülüb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.
Hicran Nəsirova
Hicran Nəsirova (tam adı: Nəsirova Hicran Fətəli qızı; 11 mart 1958) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Hicran Nəsirova 1979-cu ildə M. Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V. Həsənovun səhnə quruluş verdiyi C. Cabbarlının "Yaylağa gedir əsərində Tibb bacısı, S. Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir. 1986-cı ildən H. Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R. Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F. Q. Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B. Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə. Hacızadənin "İtkin gəlin" (Dünya), C. Cabbarlının "Almaz" (Yaxşı), R. Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.
Həlimə Nəsirova
Həlimə Nəsirova (21 dekabr 1913, Kokand qəzası[d], Fərqanə vilayəti – 3 yanvar 2003, Daşkənd)—opera müğənnisi, SSRİ xalq artisti. == Həyatı == Həlimə Nəsirova 1925-ci ildə bir qrup özbək tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana göndərilmişdir. Tələbələrdən biri gələcəkdə Özbəkistanın məşhur opera müğənnisi, SSRİ xalq artisti olan Həlimə Nəsirova idi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin eksponatları arasında özbək milli xalatı — çapan və araxçını Üzeyir bəyə xalq yazıçısı Aybek və xalq artisti Həlimə Nəsirova bağışlamışlar. == Fəaliyyəti == Həlimə Nəsirova yazırdı: "Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı — gözəl Bakıda öyrənmişəm".
Mirzə Heydər Nəsirbəyov
Mirzə Heydər Nəsirbəyov (?- 1918) — milyonçu. Mirzə Heydər Nəsirbəyovun doğum tarixi məlum deyil. Sənədlərdə və kitablarda onun məşhur bir xeyriyyəçi tacir və sahibkar olması haqqında ara-sıra məlumatlara rast gəlirik. Mirzə Heydərin ən yaxşı şəkillərindən birini görkəmli rəssam Bəhruz Kəngərli çəkib Bir qızı Zəhra Qənbərəli bəy Bənəniyarskinin həyat yoldaşı, digər qızı Xeyransa xanım, Cabbar bəy Kələntərov, Ququş xanım Hacı Kələntərovun, Fatma xanımın (Naxçıvanda hamı onu Matan xanım kimi tanıyırdı) Əbdüləzim Rüstəmovun həyat yoldaşı idi.
Mirzə Kərim bəy Nəsirbəyov
Mirzə Kərim bəy Nəsirbəyov (1828-1890) — məmur, şair.[mənbə göstərin] Mirzə Kərim bəy Məşədi Əsəd bəy oğlu 1828-ci ildə Şuşa şəhərində doğulmuşdur. Mədrəsədə mükəmməl təhsil almışdı. Bir neçə şəql dillərini və rus dilini kamil bilirdi. Mirzə Kərim bəy öncə Şuşa şəhərində dövlət idarəsində işə düzəlir.Bir müddət qəza məhkəməsində çalışır. Kollej qeydiyyatçısı, mülki çini alır. Sonra Tiflis şəhərinə çağrılır, Qafqaz valisinin yanında dilmanc (tərcüməçi) təyin edilir. Bilik bacarığı sayəsində ucalır. Çarın özəl fərmanı ilə Məşhəd şəhərində Rusiyanın konsulu olur. Mirzə Kərim bəy Nəsirbəyov Məşhəd şəhərində işləyir. Vəzifəsini can-başla yerinə yetirsə də, şikayətlər, danoslar məktublar nəticəsində işdən çıxarılıb Aşqabad şəhərinə göndərilir.
Mirzə Nəsirov
Nəsirov Mirzə Rza Mirzə Məsi oğlu (31 dekabr 1903, Bakı - 13 iyul 1979, Bakı) ― professor (1950), tibb üzrə elmlər doktoru (1950), Əməkdar elm xadimi (1960), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1968). Mirzə Nəsirov 31 dekabr 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1927-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır. Mirzə Nəsirov əmək fəaliyyətinə 1927-ci ildə başlamışdır. O, 1927-1929-cu illərdə 3 saylı şəhər xəstəxana­sında həkim kimi fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə ordu sıralarında alay həkimi, 1931-1935-ci illərdə isə Respublika ET Kiniki İnstitutunda ordinator vəzifəsini icra etmişdir. 1935-1942-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra assistenti olan Mirzə Nəsirov II Dünya müharibəsi zamanı 1942-1945-ci illərdə İranda hərbi hospitalın terapevtik şöbəsi­nin müdiri vəzifəsini icra etmişdir. Habelə 1947-1979-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu­tunda kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Mirzə Nəsirov uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Elmi Şura­­­sının üzvü, o cümlədən "Azərbaycan Tibb jurnalı"nın, Böyük Tibbi Ensi­klo­pediyanın və Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyət­lərinin üzvü olmuşdur. Mirzə Nəsirov elmi və həkimlik fəaliyyəti parazitologiya problemlərinin həllinə, yəni mal­yariya, visseral leyşmanioz, brüsellyoz, hepatolienal sindrom, ankilo­stomo­doz­lar, bağırsaqların protozoy zədələnmələri kimi xəstəliklərin diaq­nostikasına və müalicəsinə həsr olunmuşdur.
Mustafa Nəsirov
Mustafa Cəfər oğlu Nəsirov (25 oktyabr 1921, Dərbənd – 27 may 2012, Bakı) – Azərbaycanın ilk sərhədçi generalı. Mustafa Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. 1938-ci ildə Dərbənd pedaqoji məktəbini, 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlik İnstitutunu bitirmişdir. Həmin ildə Sabnova kəndinin natamam orta təhsil məktəbində müəllim və təhsil hissəsinin müdiri işləmişdir. 1942-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb. Xidmətini 1941-ci ilin 15 oktyabrından Moskva altında döyüşən 194-cü atıcı alayında əsgər kimi başlamışdır. 1942-ci ilin avqust ayında Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərilmişdir. 1943-cü ilin aprel ayında leytenant hərbi rütbəsində DİXK-nın sərhəd qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifələrində xidmətini davam etmişdir. 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olmuşdur. 1947-ci ildə bu vəzifədə olaraq ekstern yolu ilə Qırğızıstan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və onun tam kursunu 1948-ci ildə bitirmişdir.
Müzəffər Nəsirli
Müzəffər Nəsirli (şair, 1902)
Müzəffər Nəsirli (şair)
Müzəffər Nəsirli (şair, 1902)
Müşfiq Nəsirov
Məhəmməd İsmayıl Əbd ən-Nəsiri
Məhəmməd İsmayıl Əbd ən-Nəsiri — (?-?) — Xəttat. Naxçıvan xəttatlıq məktəbinin nümayəndəsidir. Adı Ordubad şəhərindəki mədrəsə kompleksinin giriş qapısının baş tərəfində, göy kaşı üzərində sarı rənglə yazılmış kitabələr vasitəsilə elmi dövriyyəyə daxil edilmişdir. Hicri 1126 (1714) ildə yazılmış bu kitabələrin tarixinə əsasən məlum olur ki, öz peşəsinin mahir ustası olan, xəttatlıq sənətinin incəliklərinə yiyələnən Məhəmməd İsmayıl Əbd ən-Nəsiri 17 yüzilliyin 2 yarısı-18 yüzilliyin 1 yarısında yaşamışdır.
Məmməd Nəsirbəyov
Məmməd Həsən oğlu Nəsirbəyov (6 iyun 1897, Naxçıvan – 17 aprel 1980, Bakı) — bəstəkar. Məmməd Nəsirbəyov 6 iyun 1897-ci ildə Azərbaycanın ayrılmaz bölgəsi, əsrarəngiz gözəlliyi ilə hər kəsi valeh edən Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun atası Mirzə Cəlil Məmmədquluzadə ilə eyni parta arxasında oturmuş, onunla eyni fikirli, eyni əqidəli silahdaş olmuş, əvvəl Naxçıvanda, sonra isə İrəvan seminariyasında təhsil almışdır. Seminariyada oxuduğu illər demokratik hərəkatın fəal üzvlərindən olmuş tələbə yoldaşları ilə birlikdə seminariyanın rəhbərliyi tərəfindən təqib olunmuşdur. İrəvan seminariyasını bitirdikdən sonra 1887-ci ildə Mirzə Həsən Nəsirbəyov Naxçıvandan Bakı şəhərinə iki ay yarım müddət ərzində piyada yol gəlmiş və bu şəhərdə məskunlaşmışdır. Mirzə Həsən İçəirşəhərdə yaşayır və burada mədrəsənin nəzdində ibtidai məktəb açır. Nəriman Nərimanov təhslini başa vuraraq Bakıya gəldikdə Mirzə Həsən Nəsirbəyovla dərs ilinin sonunadək eyni mənzildə yaşayaraq birlikdə çalışır. Mirzə Həsənin övladı Məmmədin musiqi qabiliyyəti uşaqlıq illərindən özünü büruzə verir. 1914-cü ilədək ailəsi ilə birlikdə Naxçıvanda yaşayarkən Məmməd məktəbin xor kollektivində iştirak edir, gözəl, cəlbedeci səsi olduğundan konsertlərdə solo ifaçısı kimi çıxışlar edir. 1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəylinin Naxçıvana gəlişi və bir ilədək bu şəhərdə yaşaması Naxçıvan musiqi mədəniyyətinin, teatr sənətinin inikişafına, musiqiçilərin, aktyorların, eləcə də gənc Məmmədin yaradıcılıq həyatına mühüm təsir göstərir.
Məmməd Nəsirli
Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf. 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır. 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur. Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür. Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
Məmməd Nəsirov
Məmməd Yəhya oğlu Nəsirov (5 mart 1939, Ulacalı, Sabirabad rayonu) — tibb üzrə professor, ali dərəcəli cərrah. Məmməd Yəhya oğlu Nəsirov 1939-cu il mart ayının 5-də Azərbaycan SSR, Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və həmin institutu 1962-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1958-ci ildə, hələ tələbə ikən Komsomol Komitəsinin göndərişi ilə xam torpaqlara işləməyə göndərilmiş və sonda Qazaxıstan SSR Komsomol Komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1960–1962-ci illərdə təhsilini davam etdirməklə yanaşı 2 N-li Bakı Şəhər Klinik xəstəxanasında feldşer kimi işləmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra M. Y. Nəsirov Türkmənistan SSR-in Krasnovodsk şəhərinə təyinatla işələməyə göndərilmiş və orada 1967-ci ilə kimi cərrah-ordinator, sonra isə şöbə müdiri kimi çalışmışdır. 1962–1967-ci illər ərzində praktiki fəaliyyəti ilə yanaşı o, Türkmənistan SSR Krasnovodsk şəhərinin Tibb məktəbində müəllim işləməklə həm də pedaqoji fəaliyyət göstərmişdir. M. Y. Nəsirovun elmi fəaliyyəti 1967-ci ildən başlanmışdır. Həmin il Azərbaycan SSR Elmi-Tədqiqat Klinik və Eksperimental Təbabət İnstitutuna konkurs elan olunarkən o, adı çəkilən institutun kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur. 1970-ci ildə "Fibrinolizin-heparin kompleksinin regionar perfuziya metodu ilə aşağı ətraf magistral venalarının kəskin tromboflebitinin müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Digər lüğətlərdə