OSMAN

ağırtərpənən, astagəl; ağıllı, zəkalı, əxlaqlı şəxs. (III xəlifənin adı).
ORUZ
OSMANBƏY
OBASTAN VİKİ
Gənc Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, İstanbul – 20 may 1622, İstanbul) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
III Osman
III Osman (Osmanlı türkcəsi:عثمان ثالث — Osman-i sālis) (d. 3 yanvar 1699 — ö. 30 oktyabr 1757) — 25-ci Osmanlı sultanı və 104-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 3 yanvar 1699-cu ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Atası II Mustafa, anası isə Şahsüvar Sultandır. Atasının Ədirnə hadisəsinin (1703) ardından taxtdan endirilməsi ilə qardaşları ilə birlikdə Topqapı sarayına aparıldı və burada Şimşirlik bölümündə yaşamağa başladı. Burada ikən digər şahzadələrlə birlikdə 17 aprel 1705-ci ildə gizlicə sünnət edildi. 1712-ci ilin dekabrında səfərə çıxan Sultan Əhmədin şəxsi heyətiylə birlikdə Ədirnəyə qədər aparıldı. Bundan başqa sultanın digər səyahətlərində də iştirak etdi. Böyük qardaşı I Mahmudun taxta çıxmasının (1 oktyabr 1730) ardından ən böyük şahzadə olaraq vəliəhd edildi.
II Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, İstanbul – 20 may 1622, İstanbul) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
I Osman
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – iyun 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. == Mənbələr problemi == Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
Osman
Osman — Şərqdə daha çox işlədilən ərəb mənşəli kişi adı. Osman ibn Əffan — Üçüncü Raşidi xəlifə. Osman Batur — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Durmuş — siyasətçi, həkim. Osman Yağmurdərəli — Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. Osman Zəncani — çilingər və qələmdan ustası Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman Nuri Topbaş — Osman Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. I Osman — Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı. II Osman — 1618-1622-ci illərdə Osmanlı sultan I Əhmədin oğludur. III Osman — 1754-1757-ci illərdə Osmanlı sultanı.
Osman (Auırqazı)
Osman (başq. Уҫман, rus. Усмановo) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Daştamaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 15 km, kənd sovetliyindən (Daştamaq): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (89%) üstünlük təşkil edir.
Osman (Avurğazı)
Osman (başq. Уҫман, rus. Усмановo) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Daştamaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 15 km, kənd sovetliyindən (Daştamaq): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (89%) üstünlük təşkil edir.
Osman (Törömbət)
Osman (başq. Усман, rus. Усманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Türümbət): 6 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Osman (Türümbət)
Osman (başq. Усман, rus. Усманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Türümbət): 6 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Osman (dəqiqləşdirmə)
Osman (xəlifə)
Osman (xəlifə)
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. == Həyatı == Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əffan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman Albayrak
Osman Albayrak (18 oktyabr 1977, İzmit) — Azərbaycannın bir çox filmlərinin aktyoru, rejissor. == Həyatı == Osman Albayrak 1977-ci ildə İzmitdə anadan olub.
Osman Batur
Osman Batur (qaz. Оспан батыр (Оспан Исламұлы) və ya وسپان باتىر (çin.); bəzən Uthmān/Osman Bātūr, Osman Batir və ya Osman Batur adlandırılırdı İslambay oğlu; 1899, Göktoğay[d], Tzin sülaləsi – 29 aprel 1951, Urumçi) — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. == Həyatı == Osman Batur müstəqillik mücadiləsinə 1911-ci ildə 22 yaşında başlayıb. Əsl adı Osman İslamoğludur və Qazax türküdür. 1899-cu ildə Altayın Göktoğay bölgəsində dünyaya gəlib. Kiçikkən babasından dini təhsil alıb. Hələ 12 yaşında ikən at minməsi, silah tutmasıyla diqqətləri çəkib. O dönəmin qəhrəmanlarından olan Böke Batur onu dəstəsinə götürüb. II dünya müharibəsi dönəmində çinlilər Şərqi Türkistana təzyiqlərini artırıblar. Məscidlərə hücum edib, insanları haqsız yerə küçələrdə güllələyiblər.
Osman Bayramov
Osman Cəfər
Osman Cəfərov
Osman Durmuş
Osman Durmuş (5 avqust 1947, Çanqırı – 26 oktyabr 2020, Ankara) — Türkiyə siyasətçisi, həkim. == Həyatı == 1947-ci ildə Çanqırıda doğulub. Ankara Universitetinin tibb kakültəsini bitirmişdir.
Osman Erbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis ili) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant. == Həyatı == Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu. === Ailəsi === Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir. == Hərbi xidməti == Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir. Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
Osman Fərmanoğlu
Osman Fərmanoğlu (Eyyubov Osman Fərman oğlu; d. 9 mart 1958, Gədəbəy rayonu, Qasımağalı) — Azərbaycan şairi, publisist. == Həyatı == Osman Fərmanoğlu 9 mart 1958-ci ildə Gədəbəy rayonunun Qasımağalı kəndində doğulmuşdur. 1965-1973-cü illərdə Mutudərə kənd səkkizillik məktəbində, 1973-1975 -ci illərdə İsalı kənd orta məktəbində tam orta təhsil almışdır. 1976-1980-ci illər Lenin adına APİ-nin filologiya fakültəsində təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla İmişli rayonuna göndərilmiş, 1980-1988-ci illərdə Nurulu və Qaraqaşlı kəndlərində müəllim, 1986-1988-ci illərdə Qaraqaşlı kınd orta məktəbində təlim-tərbiyə üzrə direktor müavini işləmişdir. 1988-ci ildə Bakı şəhərinə köçmüş, Azərbaycan radiosunun "Ədəbi dram verilişləri" redaksiyasının əməkdaşı olmuşdur. 1989-cu ildən indiyə qədər Şüvəlan qəsəbəsində yerləşən 2 N-li internat məktəbində müəllim işləyir. 1994-cü il attestasiyasında "Ali koteqoriyalı dil -ədəbiyyat müəllimi" adı almışdır. Özünə "Fərmanoğlu" ədəbi təxəllüsünü seçmişdir.
Osman Gündüz
Gündüz Osman Mehdi oğlu və ya Osman Qunduzov (1961, Balakən) — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti. == Həyatı == Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur. Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub. 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri.
Osman Hacıbəyov
Osman İsmayıl oğlu Hacıbəyov (18 fevral 1924, Şuşa, DQMV – 14 iyun 1979, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1969) Lenin komsomolu mükafatı laueratı (1967), , == Həyatı == Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı verilib. Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psi-xoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizın və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib. Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib. == İfa etdiyi əsas rollar == El oğlu, Ayaz ("El oğlu" və "Ana", Abdulla Şaiq) Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə) Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev) Yaşar ("Yaşar", Cəfər Cabbarlı) Elşən ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib) Protey ("İki veronalı", Vilyam Şekspir) İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə) Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun) Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov) Florindo Aritun ("İki ağanın bir nökəri", Karlo Haoldoni) Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov) İohannes ("Qarlar Kraliçası", Yevgeni Şvarts) Şirinbala ("Şirinbala bal yığır", Salam Qədirzadə) Tarverdi ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə) Tibalt ("Romeo və Cülyetta", Vilyam Şekspir) Süleyman ("Ötən ilin son gecəsi", Anar) Polkovnik Ferrari ("Ovod", Etil Voyniç) Keykavus ("Söhrab və Rüstəm", İsgəndər Coşqun) Müküş ("Mənin nəğməkar bibim", Əkrəm Əylisli) == Nəsil şəcərəsi == == Filmoqrafiya == O olmasın, bu olsun (film, 1956) == İstinadlar == == Xarici keçidlər == "OSMAN HACIBƏYOV". https://www.kino-teatr.ru.
Osman Həbibullayev
Osman Həbibulla oğlu Həbibullayev (28 sentyabr 1913, Bağçasaray, Tavriya quberniyası[d] – 9 sentyabr 1970) — Azərbaycan arxeoloqu. == Həyatı == Osman Həbibulla oğlu Həbibullayev 28 sentyabr 1913-cü ildə Krım vilayətinin Bağçasaray şəhərində doğulmuşdu. Atası kənddə müəllimlik etmiş, ailəsini dolandırmışdı. Osman körpə ikən valideynlərini itirmiş və uşaq evinə verilmişdi. O, ibtidai təhsilini uşaq evində almışdı. Burada da mütaliəni sevmiş, ömrünün axırınadək kitabları özünə ən yaxın sirdaş bilmişdi. Bağçasarayın əfsanələrlə dolu sirli aləminə də onu ilk dəfə aparan kitablar olmuşdu. Boş vaxtlarında o, həmişə Bağçasarayın qədim xarabalıqlarına tələsmiş, burada dalğın-dalğın gəzərək həyatın keşməkeşli, enişli-yoxuşlu yolunu düşünmüşdü. O, bu xarabalıqlarda böyük Puşkinin bədii təxəyyülündən doğan zəhmli Gireyxanın məhəbbət alovu içərisində çəkdiyi iztirablarının, gözəl Zaremanın qısqanclıq əzablarının, məsum Mariyanın vətən həsrətinin fikrən şahidi olmuşdu. Bağçasarayda ibtidai təhsilini başa vurduqdan sonra, o, Simferopolda yaşayan, uzaq qohumlarının yanına getmiş və orada orta məktəbi qurtarmışdı.
Osman Kuvatov
Osman Mühəmmədəli oğlu - Başqırd milli hərəkatının xadimi. == Həyatı == Osman Mühəmmədəli oğlu 1897-ci ildə Orenburq quberniyasının Orsk rayonunun Ziyançurino kəndində anadan olub. 1917-ci ilin iyulunda Orenburqda başqırd qurultayında iştirak etdi. Başqırd mərkəzi icraiyyə komitəsinin üzvü seçilmişdir. 1919-cu ilin 20 iyunundan — Başqırd hərbi-inqilabçı komitəsinin torpaq bölməsinin Kollegiyasının üzvü olub. Almaniyada emiqrasiyada olub. Sonra Bakı tibbi institutunda dərs deyib. 1956-cı ildə, Azərbaycan SSR, Bakı şəhərində vəfat edib. == Ailəsi == Atası: Kuvatov, Mühəmmədqalim Əbdülqani oğlu — maarifçi. Qardaşı: Kuvatov, Qumer Qalim oğlu — Başqırd milli hərəkatının aktiv iştirakçısı, BMSSR (1919 — 1928), ictimai və dövlət xadimi, cərrah.
Osman Manafov
Osman Mirzəyev
Osman Mirzəhüseyn oğlu Mirzəyev (13 aprel 1937, Bakı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan jurnalisti, yazıçı və publisist. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl", "Qartal uçuşda" kitablarının müəllifidir. Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi (1990–1991) olmuşdur. Hal-hazırda Səbail rayonu 190 saylı orta məktəb və Lənkəran şəhərində qarışıq tipli uşaq evi Osman Mirzəyevin adını daşıyır. Jurnalist Sevinc Osmanqızının atasıdır. == Həyatı == Osman Mirzəhüseyn oğlu Mirzəyev 1937-ci il aprelin 13-də Bakının Keşlə qəsəbəsində anadan olmuşdur. Sonralar Mirzəyevlər ailəsi buradan şəhərin mərkəzinə köçmüşlər. Orta təhsilini ilk Qırmızı Əmək Bayrağı ordenli 190 saylı məktəbdə alan Osman Mirzəyev, 1956-cı ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Hələ tələbə ikən o, həmin dövrdə çox populyar olan "Molodyoj Azerbaydjana" qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayır.
Gənc Osman Dastanı
Gənc Osman Dastanı — XVII əsrdə Qayıqçı Qul Mustafa tərəfindən yazılan və Türk xalq ədəbiyyatının ən vacib epik əsərlərindən biridir. Əsərdə Osman adındakı gənc bir yeniçərinin igidlikləri və ölümündən bəhs edilir. == Əsərin Türk ədəbiyyatındakı əhəmiyyəti == Osmanlı ənənələrinə görə müharibədən sonra yeniçəri olan ozanlar tərəfindən qələbə haqqında şeirlər deyildiyi bilinməkdədir. Gənc Osman Dastanı da bu şəkildə yaranmış Türk xalq ədəbiyyatı məhsuludur. Bu epik şeir Bağdad səfərindən sonra yazılmışdır; yenə eyni səfərdən sonra Dəmirçioğlu kimi zamanının vacib xalq ozanlarıda müxtəlif şeirlər yazmışdır. Hətta Türk xalq ədəbiyyatının ən vacib ozanlarından biri kimi göstərilən Qaracaoğlanda bir Gənc Osman Dastanı yazmış, ancaq bu dastanların heç biri Qayıqçı Qul Mustafanın yazmış olduğu Gənc Osman Dastanı qədər tanınmamışdır. Qaracaoğlanın şeiri ancaq 1970. ildə ortaya çıxmışdır. Gənc Osman Dastanı yazıldığı zamandan etibarən xəlq tərəfindən böyük rəğbət görmüş və xalq rəvayətinə çevrilmişdir. Bu dastanın mahnı halına gətirildiyi də bilinməkdədir.
Hikmət Osmanov
Hikmət Saleh oğlu Osmanov (30 iyul 1957, Azərbaycan, Quba rayonu, Cimi kəndi ) — Azərbaycanın ictimai-siyasi xadimi, Quba rayonundan I və II çağırış millət vəkili, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri, "Tərəqqi" medalı laureatı, fəlsəfə doktoru. == Həyatı == 1957-ci ildə Quba rayonunun Cimi kəndində anadan olmuşdur. Quba şəhər 2 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini, Bakı Ali Partiya Məktəbini (indiki İdarəçilik Akademiyası) və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. == Karyera == Əmək fəaliyyətinə 1979- cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984- cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olmuşdur. 1984- cü ildən 1990- cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır. 1991- ci ildən 1995- ci ilin sonunadək Quba sovxoz– texnikumunun direktoru vəzifəsində işləmişdir. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005- ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir və hal hazıradək həmin vəzifədə çalışır. 2021-ci ilin dekabr ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini vəzifəsinə seçilmişdir.
I Osman Qazi
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – iyun 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. == Mənbələr problemi == Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
I Osmanın yuxusu
I Osmanın yuxusu və ya Osman Qazinin yuxusu — Osmanlı imperiyasının qurucusu I Osman barəsində danışılan dövlətin qurulması haqda rəvayət. Rəvayətə görə Osman bəy yuxusunda Şeyx Ədəbalının qoynunda ayın doğub öz qoynunan girdiyini və göbəyindən çıxan ağacın bütün dünyanı örtdüyünü görmüşdü. Oruc bəy yuxunun Osman Qaziyə yox atası Ərtoğrul Qaziyə aid olduğunu demişdir. Onun rəvayətinə görə də şeyxin qoynunda çıxan ay Ərtoğrulun qoynuna girir. Sonra isə göbəyində çıxan ağacın kölgəsindən dağlar görsənir. == Yuxu == Yuxu Aşıqpaşazadə tarixində belədir: == Dəqiqiliyi == Bir çox alim yuxunun Osman Qazinin ölümündən yüz ildən çox müddət sonra — XV əsrdə ortaya çıxdığını və sonrakı dövrdə yaradıldığını qəbul edir.
Jorj Ejen Osman
Jorj Ejen Osman (fr. Georges Eugène Haussmann), baron Osman kimi tanınan (baron Haussmann), (27 mart 1809, Paris — 11 yanvar 1891) — fransız dövlət xadimi, Sena departamentinin şurasının sədri (1853—1870), İncəsənət akademiyasının üzvü (1867), Parisin müasir görünüşünü təyin edib. == Bioqrafiya == Osman, 27 mart 1809-cu ildə Parisdə alman mənşəli protestant bir ailədə anadan olub (almanca soyadı Xausman kimi səslənir və türk osmanlılarla əlaqəli deyil). Bir çox yaşayış məntəqələrini yenidən qurdu, bir çox köhnə (orta əsrlər) evləri söküb və daha sonra məşhur hala gələn bulvarları restavrasiya edirdi. Ümumilikdə, Osmanın rəhbərliyi altında Parisdəki daşınmaz əmlakın təxminən 60% -i yenidən təşkil edilmişdir. Osman 1891-ci il 11 yanvar Parisdə vəfat etmişdir. Per Laşez qəbiristanlığında dəfn edildi. Paris mərkəzində yerləşən bulvarlardan biri onun adını daşıyır. == İstinadlar == == Ədəbiyyat == David Jordan: Die Neuerschaffung von Paris. Baron G. E. Haussmann und seine Stadt.
Kiçik Osman Paşa
Kiçik Osman Paşa (v. 8 yanvar 1727, Sayda) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. == Həyatı == Əslən çərkəz olub, Hacı Səlim Gəray xanın kölələrindən idi. Sahibi tərəfindən Osmanlı sarayına hədiyyə edildi və Əndəruna alınaraq burada təlim-tərbiyə almağa başladı. Ardından saray xidmətinə alınaraq öncə çuxadar ağası, 1690-cı ildə isə silahdar ağası oldu. 1693-cü ilin dekabrında vəzir rütbəsi alaraq sədarət naibi oldu. Bu vəzifədə ikən 13 yanvar 1694-cü ildə Sultan Mehmedin qızlarından Gülsüm Sultanla nigahlandı. Nigahın ardından həmin ilin ortalarında öncə Diyarbəkir, ardından Hanya sancaqbəyi təyin edildi. 1695-ci il paytaxta geri çağırıldı və ikinci vəzir olaraq İstanbulda taxt naibi oldu. 1696-cı ildə Hələb və Anadolu hakimi, 1697-ci ilin iyulunda İzmit, 1698-ci ildə beşinci vəzir, 1700-cü ildə İstanbulda taxt naibi, 1702-ci ildə Dəməşq və Rəqqa, 1703-cü ildə Van bəylərbəyi oldu.
Kürəkən Osman Paşa
Kürəkən Osman Paşa (ö. 1724) — Osmanlı sultanı II Mustafa və III Əhmədin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Kanijalı olub, Əndərunda yetişmişdir. 1695-ci ildə baş silahdar olmuş, həmin ilin aprelində vəzirliklə Şam valisi təyin edilmişdir. 1696-cı ilin oktyabrında Hələb, 1698-ci ildə Van bəylərbəyi olaraq xidmət etmişdir. Bu vəzifədə ikən Gürcüstan üzərinə göndərilən orduya sərdar olaraq təyin edilmişdir. 1699-cu ildə Konya, 1700-cü ildə yenidən Van, 1701-ci ildə isə Kipr əyalətlərinə hakim oldu. Ardından 1703-cü ildə vəzir-i salis (üçüncü vəzir) ünvanıyla divana daxil oldu. 1705-1708-ci illərdə Bosniya bəylərbəyi olaraq xidmət etmişdir. 1709-cu ildə Çərkəz İbrahim Paşa və Fatma Sultanın qızı Ruqiyyə xanım Sultanla nigahlanmışdır.
Kərkük qəzası (Osmanlı imperiyası)
Kərkük qəzası (türk. Kerkük Kazâsı) — Osmanlı İmperiyasının Mosul vilayətinin Şəhr-i Zor sancağında inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. == Əhali == 1891–ci ildə Parisdə nəşr edilmiş "Asiya Türkiyəsinin inzibati coğrafiyası: Kiçik Asiyada hər bir vilayətin statistikası, təsviri və təhlili" (II cild) kitabında fransız əsilli coğrafiyaşünas və şərqşünas Vital Küne (fr. Vital Cuinet) tərəfindən verilən məlumatlara əsasən ümumi sayı 30.000 nəfər olan qəza əhalisinin 28.000 nəfərini müsəlman türkmanlar, 1.600 nəfərini yəhudilər, 400 nəfərini isə xristian xaldeylər təşkil edirdi. Kərkük şəhərində türk və kürd dillərində, qəzanın kəndlərində həmçinin ərəb və xaldey dillərində danışılırdı. Qəzada ən iri yaşayış yerləri (4730 ev) Kərkük şəhəri, (əhalisi əsasən əkinçiliklə məşğul olan ərəblərdən ibarət) Məlha, (798 ev; kişi cinsindən 1704 nəfər) Altunköprü, (əhalisi kürdlər olan) Şivan və (756 ev; kişi cinsindən 1750 nəfər) Tuzxurmatu kəndləri idi. == İnzibati bölgü == Vital Künenin məlumatlarına əsasən qəza Kərkük şəhərindən və 310 kəndi əhatə edən 5 nahiyyədən ibarət idi: Altunköprü nahiyyəsi Məlha nahiyyəsi Şivan nahiyyəsi Tuzxurmatu nahiyyəsi Kil nahiyyəsi == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Chéhrizor. — Cazas du Sandjak de Chéhrizor.
Ləyaqət medalı (Osmanlı imperiyası)
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Milli Osmanlı Teatrı
Milli Osmanlı Teatrı — Milli Həvəskaran Səhnəsi, ya da Səhnə Milliye Osmaniye olaraq da bilinir. II Məşrutə dövründə yaradılan çoxsaylı həvəskar teatr kollektivlərindən biri olan Milli Osmanlı Teatrının qurucusu Rəşad Yaxınlaşdır. Dövrün önəmli oyunçularını özündə toplayan bu teatr əldə etdiyi gəliri xeyriyyə işlərinə xərcləmişdir. Rəhbərləri arasında Benliyan Əfəndi və Vefik Bəy kimi adlar da olmuşdur. İcmanın ilk oyunu Namiq Kamalın məşhur abidə Vətən Yaxud Silistreydi. Oyunun baş rolunu Rəşid Rza, Zəkiyyə rolunu Pisləyir Xanım, başqa rolları də İbnürrefik Əhməd Nuru ilə Abdürrezzak və Çıracıyan bölüşmüşlər. Bir dəfə Hərbi Nəzarəti (bu gün İstanbul Universiteti Mərkəz Binası) parkında həqiqət əsgərlər və toplarla oynanmış bu oyun ki böyük əks-səda doğurmuşdur, İttihad və Tərəqqi Cəmiyyəti xeyrinə nümayiş etdirilmişdir.
Millət (Osmanlı imperiyası)
Millət (türk. millet, ərəb. ملة‎ — milla‎) — Osmanlı imperiyasında "şəxsi hüquq"la bağlı müstəqil məhkəmə. Bunun əsasında hansısa konfessional bir cəmiyyətin öz qanunları əsasında özünü idarə etməsinə icazə verilirdi. Adətən "sistem" adlandırılmasına baxmayaraq, XIX əsrə qədər Osmanlı imperiyasında indi retrospektiv olaraq "millət" adlandırılanların təşkili heç də sistemli deyildi. Əksinə, qeyri-müsəlmanlara bütövlükdə "millət" üçün ümumi struktur olmadan, sadəcə olaraq, öz icmaları daxilində əhəmiyyətli dərəcədə muxtariyyət verilmişdi. İmperiya daxilində müxtəlif dini icmalara uyğun gələn müxtəlif millətlər anlayışı XVIII əsrə qədər ortaya çıxmamışdı. Baxmayaraq ki, XV əsrdə belə bir sistemin mövcud olmadığı indiki ədəbiyyatda qəbul edilir, XIX–XX əsrlərdə millət sisteminin mövcudluğu onu Fateh Sultan Mehmed dövrünə bağlayan çoxsaylı təməl miflərlə əsaslandırılmışdır. XIX əsrdə Osmanlı imperiyasında milliyətçiliyin yüksəlişi zamanı həyata keçirilən Tənzimat islahatları nəticəsində bu termin qanunla qorunan etnolinqvistik azlıq qrupları üçün istifadə edilmişdir. Millət sistemi müasir halından əvvəlki dini plüralizm nümunəsi adlandırılmışdır.
Minsılu Osmanova
Minsılu Osmanova (1 may 1950, Baymak rayonu, Başqırd MSSR) — dilçi, pedaqoq-metodist, filologiya elmləri doktoru, professor, Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçi (2010). == Bioqrafiyası == Minsılu Osmanova 1 may 1950-ci ildə Başqırd MSSR, Baymak rayonu İşməhəmməd (Karamalı) kəndində anadan olmuşdur. 1972-ci ildə Başqırdıstan Dövlət Universitetini bitirmişdir (Ufa). SSRİ Elmlər Akademiyası Ural şöbəsinin Başqırd Elmi Mərkəzinə daxil olan Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləmişdir. 1991-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllimə kimi fəaliyyət göstərir. 2008-ci ildən M. Akmolla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin başqırd filologiyası fakültəsinin müəllimi, başqırd dili kafedrasının professoru və tədris metodisti. Elmi tədqiqat işləri: başqırd dilinin funksional qrammatikası, onomastika, toponimika, başqır dilinin rus və milli məktəblərdə tədris metodikası. 200-ə yaxın elmi və tədris-metodik əsərin, eləcə də təhsil lüğətlərinin müəllifidir. == Mükafat və təltifləri == "Başqırdılstan Respublikası təhsiol əlaçısı" nişanı ilə təltif edilmişdir (2002). Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçi (2010).
Mir Osman Əli xan Siddiqi
Mir Osman Əli xan Siddiqi (6 aprel 1886 - 24 fevral 1967) — sonunci Heydərabad nizamı. == Həyatı == Mir Osman Əli xan 6 aprel 1886-cı ildə anadan olmuşdu. Ümumi sərvəti: 229.5 milyard dollar. Sərvətinin qaynağı: Kral. Yaşadığı tarix: 1027-1087. Hindistanın işğalına qədər Heydərabad nizamı olan Mir Osman Əli Xan haqqında 50-dən çox Rolls- Roycesi olduğu kimi fərqli söz-söhbətlər gəzir. Mir Osman Əli xan 24 fevral 1967-ci ildə vəfat edənə qədər dünyanın ən zəngin adamlarından biri idi.
Muhamməd Əfəndi Osmanov
Muhamməd Əfəndi Osmanov (24 fevral 1838 və ya 1840, Yaxsay, Xasavyurd rayonu – 1904) — görkəmli qumuq folklorşünası, şairi, araşdırmaçısı, hərbçisi və Peterburq Universitetinin müəllimi olmuşdur. == Həyatı == Muhamməd Əfəndi 1838-ci ildə Yaxsay kəndində anadan olub. Tersk vilayətinə daxil olan bu kəndi qumuqların mədəni mərkəzi sayılıb. Kənddəki mədrəsə yalnız Dağıstanda deyıl, Şimali Qafqazda və Azərbaycanda da savadlı din alimlərilə seçilib. Mədrəsəni bitirənlərin əksəriyyəti elm və ədəbiyyatda iz qoymuş insanlar kimi tanınıb. Yaxsayda doğulmuş M. E. Osmanov, M. Alibekov, N.və Z. Batmirzəyevlər, A. Maqamedov, A. P. Salavatov, A. V. Süleymanov, S. Tokblatov, Ş. Aliberiyev, Atabayev, Latip, M. A. Adilxanov Y. Alimxanov və başqaları şair, yazıçı, publisist kimi tanınmışlar. Azərbaycanlı şair Seyid Əzim Şirvani, Balkar şairi Kazım Meçe və b. da bu mədrəsədə oxuyub. Seyid Əzim Muhamməd Əfəndi ilə Yaxsay mədrəsəsində oxuyarkən tanış olub və dostlaşıb. Bu dostluq ömrünün sonunadək davam edib.
Murad Osmann
Murad Yusupoviç Osmanov ( rus. Мурад Юсупович Османов; 15 may 1985, Kaspiysk, Dağıstan MSSR) — peşəkar olaraq Murad Osmann kimi tanınan, Moskvada yaşayan bir rus fotoqrafdır. Həyat yoldaşı Natalia Zakharova ilə onun "Follow Me To"seriyası var. == Həyatı == Osmann 1985-ci ildə Rusiyanın Dağıstan dağlarında anadan olub. 1990-cı ildə, beş yaşında olanda ailəsi Moskvaya köçdü. 2001-ci ildə London İmperial Kollecində mülki mühəndislik təhsili almaq üçün İngiltərəyə getdi. Osmann ən çox Məni izlə layihəsi ilə məşhurdur.O buna 2011-ci ildə Barselona şəhərində sevgilisi Nataliya Zakarova ilə başlayıb.Osmannın hazırda instagram hesabında 4 milyondan çox izləyicisi var. 2015-ci il 6 İyunda Osmann və Zakarova evləndilər.Onların iki toyu keçirildi biri Moskvada digəri isə Muradın doğulduğu Dağıstanda0 == Kitablar == 2015-ci ildə Skyhorse Nəşriyyatı Follow Me To: A Journey (a life)Around the World Through the Eyes of Two Ordinary Travelers by Murad Osmann and Nataly Zakharova kitabını nəşr etdi.
Müfti Osman Əfəndi Vəlizadə
Osman Əfəndi Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqazın (Zaqafqaziyanın) 2-ci müftisi təyin edilir. O, 1847-ci ildə vəfat edib.
Məhəmməd Osmani
Məhamməd Ataul Gani Osmani (benq. মুহাম্মদ আতাউল গণি ওসমানী 1 sentyabr 1918 - 16 fevral 1984) Banqladeş Azadlıq müharibəsi ərəfəsində Banqladeş Silahlı qüvvələrinin komandiri. Osmaninin karyerası, 1939-da İngilis Hind Ordusunda xidmətə başlayaraq beş il xidmətinidavam etdirdi. II. Dünya müharibəsi ərəfəsində Burmada döyüşdü və 1967-ci ilə qədər Pakistan Ordusunda vəzifləndirildi. Osmani 1971-ci ildə qeyri-daimi hökumət tərəfindən Benqalcı silahlı müqavimətin başına gətirildi və Banqladeş Silahlı Qüvvələrinin qurucusu olaraq qəbul edilir. General Osmani 1972-ci ildə tərhis oldu. Osmani müstəqil Banqladeşdə siyasətə qoşuldu, Şeyx Mujibur Rahman hökumətində millətvəkili ve nazir olaraq xidmət etdi. BAKSALın qurulmasına qarşı çıxdıqdan sonra istefa etdi. Osman həmçinin Banqladeşin milli marşı olaran Kazi Nazrul İslamın "Chol Chol Chol" u tanıtmışdır. == Gənclik dövrü və ilk təhsili == Osmani 1 Sentyabr 1918'de, İngilis Hindistanın Assam Əyaləti, Sunamüanüda torpaq sahibi ailənin övladı olaraq dünyaya gözlərini açdı.Osmani 14-cü yüz illikdə yaşamış Şah Cəlaləddinin ,Şah Nizaməddinin soyundan gəlir.
Məhəmməd Osmanov
Məhəmməd ibn Osman
Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət etdiyi və İmam Əskərinin (ə) etibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (ə) Əhməd ibn İshaqın "Kimə müraciət edək?" sualının cavabında buyurmuşdu: "Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim etibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et! Çünki onların ikisinə də mən etibar edirəm." Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi (ə) tərəfindən ona başsağlığı verilərək özünün də, nümayəndə təyin olunması haqqında bir məktub yetişir. Abdullah ibn Cəfər Himyəri deyir: "Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi əleyhissəlamdan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib təyin edilmişdi." Həmçinin, İmam Məhdi (ə) İshaq ibn Yəqubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: "Allah Məhəmməd ibn Osman və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır." Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır. Məhəmməd ibn Osman təxminən qırx il İmam Məhdinin (ə) nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə təyin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır.
Mənsur Fəxrəddin Osman
Malik Mənsur Fəxrəddin Osman ibn Çaxmaq (daha çox Mənsur Osman kimi) (ərəb. المنصور فخر الدين عثمان بن جقمق‎; 1435 və ya 1430-cu illər – 1484, Dümyat) — Burci sülaləsindən Məmlük sultanı. 80 yaşında Sultan Çaxmağın ölümü oğlu Osmana Malik Mənsur Fəxrəddin Osman adını almağa icazə verdi. Hökmdarlığının əvvəlində əsas vəzir tərəfindən qamçılandı. Bir yük halına gələn Məmlüklərin müxtəlif qruplarına verilən ianələrin miqdarı ilə əlaqədar əmirlə mübahisələrdən sonra Məmlük qrupları arasında küçə döyüşləri başladı. Inal əl-Əcrud qrupu və Məmlük sülələsindən Baruq Kalat əl-Cabalı (Fortelesa dağı) zəbt etdi. Qahirənin Abbasilər xəlifəsi və əl-Malik əl-Əşrəf əd-Din Sayda adı ilə dördü də sultan olaraq təyin edildi. Osmanın dəstəyi yox idi və davranışına görə vəzifəsindən alındı. == İstinadlar == Andre Clot December Flag The Mamluks 1250–1517. The slave empire in December Encyclopaedia of Islam, Brill Publishers, Leiden, sv "Mamluks".
Məti Osmanoğlu
Məti Osmanoğlu (5 yanvar 1958, Sadıqlı, Ağstafa rayonu) — Azərbaycan yazıçısı, publisisti və ədəbiyyatşünası, "Yol" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü. === Həyatı === Məti Osman oğlu Bayramlı 1958-ci il yanvarın 5-də (rəsmi sənədlərinə əsasən iyulun 1-də) Qazax rayonunun Sadıqlı kəndində (hazırda Ağstafa rayonunun inzibati ərazisinə daxildir) kolxozçu ailəsində anadan olub. === Təhsili === 1965–1975-ci illərdə Sadıqlı kənd orta məktəbində, 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Universiteti bitirəndən sonra təyinatla Balakən rayonunda müəllimlik edib. 1983-cü ildə Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə Bakı Dövlət Universitetinin qiyabi aspiranturasına daxil olub, Azərbaycan Yazıçılar Birliyinin orqanı "Ulduz" jurnalının redaksiyasında işləməyə başlayıb. == Fəaliyyət == 1987-ci ildə təsis edilmiş "Gənclik"-"Molodost" jurnalının ilk əməkdaşlarından olub. İki dildə nəşr edilən jurnal az vaxt ərzində böyük oxucu marağı cəlb edərək ölkənin ən populyar nəşrlərindən birinə çevrilib. 1989-cu ildə böyük dilçi alim və ictimai xadim Aydın Məmmədov onu yeni təşkil olunan Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə dəvət edib. Burada baş elmi işçi, şöbə müdiri və mərkəzin təsis etdiyi "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Mərkəzin qurucusu Aydın Məmmədovun faciəli ölümündən sonra oradakı vəzifəsindən istefa verərək qısa müddət Azərbaycan Milli Məclisinin "Demokratik Azərbaycan" fraksiyasının "Müxalifət" qəzetində çalışıb (yanvar-iyun 1992) və buradan Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinə "Uşaq, gənclər və maarifçilik" studiyasının baş direktoru vəzifəsinə dəvət olunub.

Digər lüğətlərdə