Osman Zeyqəm oğlu Bayramov (13 fevral 1987, Ağalıkənd, Puşkin rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Osman Bayramov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağalı, Biləsuvar rayonu, Azərbaycan |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Ağalı, Biləsuvar rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2021 |
Osman Bayramov 1987-ci il fevralın 13-də Biləsuvar rayonunun Ağalı kəndində anadan olub.[1] Ailəli idi. 2 qızı yadigar qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Osman Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Osman Bayramov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Ağalı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Osman Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]