QRAN₂
QRANÁT
OBASTAN VİKİ
Le-Qran-Lan
Le-Qran-Lan vəyaLe-Qran-Lans (fr. Le Grand-Lemps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38182. Kommunanın 2008-ci il üçün əhalisi 2852 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 434 ilə 724 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 34km şimal-qərbdə yerləşir.
Macarıstan Qran-prisi
Macarıstan Qran-prisi (ing. Magyar Nagydíj) - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının raundlarından biri. Yarış Budapeşt şəhəri yaxınlığındakı Hunqarorinq (Budapeşt halqası) avtodromunda keçirilir. == Tarixi == Macarıstan qran-prisi ilk dəfə 21 iyun 1936-cı ildə Budapeştdə Nepliqet parkındakı 5,0 kilometrlik halqada keçirilmişdir. Bu yarışda 4 komanda - Auto Union, Mercedes, Alfa Romeo, Maserati iştirak etmişdir. Yarış böyük marağa səbəb olsa da, davam etdirilə bilmir. Beləki bir neçə il sonra başlayan dünya müharibəsi və sonrakı illərdə Macarıstanda siyasi mühitinin gərginləşməsi qran-prinin dayandırılmasına səbəb oldu. 1986-cı ildə qran-pri bərpa edildi. Bunun üçün paytaxt yaxınlığında yeni Hunqarorinq trası tikilir. Bu dövrdən etibarən Macarıstan yarışları dünya çempionatının əsas mərhələlərindən birinə çevrilir.
Kon-la-Qran-Vil
Kon-la-Qran-Vil (fr. Comps-la-Grand-Ville, oks. La Grand Vila) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kassan-Beqone kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12373. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 14 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 512 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 297 nəfərdən (15-64 yaş) 224 nəfəri iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsizdir (fəaliyyət göstəricisi 75.4%, 1999-cu ildə 67.1%).
Monako Qran Prisi (1984)
1984-cü il Monako Qran Prisi — Formula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı. Monte-Karloda keçirilib. Avtoyarış 3 iyun 1984-cü ildə reallaşıb. == Tarixi == 1981-ci ildən McLaren komandası Ron Dennis nəzərdə tutduğu plan üzrə hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi. İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu. Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı.
Qran-Cako
Qran-Çako, Böyük Çakо, və ya Çakо (isp. Gran Chaco, keçua Hatun Chaku (chaku — «Ovçuluq torpağı»)) — Zəif məskunlaşmış ərazi olaraq, isti tropik və yarımsəhra iqliminə malik bölgə. İnzibati cəhətdən Boliviya, Paraqvay (şimal-qərb), Argentina və Braziliyanın Matu-Qrasu vilayətinin kiçik bir hissəsini özündə birləşdirir. Regionun flora və faunası çöl və rütubətli subtropik (Kampos) iqlim qurşağında yerləşir. Əsasən Amazon çökəkliyindən La-Plataya qədər və Salado, Rio-Vermexo, və Pilkomayo çayları hövzəsini əhatə edir. Bölgənin yerli əhalisi köçəri və yarımköçəri olan hindulardır. Hinduların Aymara və Quaranilərdir. Hal-hazırda isə Metislər və Kreollar üstünlük təşkil edir. Bölgədə Avropalı İspanlar, Almanlar və Ruslar kimi xalqların immiqrantları konpakt şəkildə yaşayır. Qran-Çakonun mərkəzi hissəsi Paraqvayın ərazisində yerləşir.
Qran-Kanariya
Qran-Kanariya (brit. /ˌɡræn kəˈnɛəriə, -ˈnɑr-/, amer. /ˌɡrɑːn kəˈnɑriə, -ˈnɛər-/; İspanca tələffüz: [ɡɾaŋ kaˈnaɾja], tərcüməsi Böyük İtlər adası deməkdir) — Kanar adaları arxipelağına aid olan 7 adadan biri. Arxipelaqda Tenerife adasından sonra ölçüsünə görə 2-ci yerdədir. Ancaq əhali sayına görə Qran-Kanariya arxipelaqda ilk yerdədir. Belə ki, ada qrupu əhalisinin 40%-i Qran-Kanariyada yaşayır. Adanın mərkəzi Las-Palmas-de-Qran-Kanariya şəhəridir. == Etimologiya == Plini iddia edirdi ki, ada adadakı itlərlə əlaqədar belə adlandırılmışdır, onlardan ikisi Mavretaniya kralı Kubaya hədiyyə olaraq verilmişdir. Bu fikir mübahisəlidir, çünki avropalılar adaya gələndə itlər tapılmayıb. Başqa bir mənbə bildirib ki, yerlilər balığı köpək kimi yeyiblər və bu da onun adının çəkilməsinə səbəb olub.
Qran-Koran
Qran-Koran (fr. Grand-Corent) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzeyra kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01177. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 161 nəfər təşkil edirdi.
Qran-Mikelon
Lanqlad (Böyük Mikelon, fr. Grande Miquelon) — Sen-Pyer və Mikelon arxipelaqının Mikelon Lanqlad adalarının şimalında yerləşir. Sahəsi 105 km² təşkil edir. Səhra tipli iqlimə malikdir. Yaşayış məntəqəsi yarımadanın şimalında qərarlaşır (Le-Kap). Yarımada ərazisində çoxlu sayda su tutarları vardır. Onların bir qismi yağıntından asılı olaraq ərazisi dəyişir. Ancaq rütubətli iqlim səbəbindən göllər heç vaxt qurumur. Əsas etibari ilə bataqlıq bitkiləri üstünlük təşkil edir. Quruda isə Tundra bitkiləri hakimdir.
Qran-Vabr
Qran-Vabr (fr. Grand-Vabre, oks. Grand Vabre) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Konk kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12114. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 410 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 231 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 170 nəfər iqtisadi cəhətdən fəal, 61 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,6%, 1999-cu ildə bu 68.4%).
Qran-Komben
Qran-Komben — İsveçrənin Vale kantonunda, Pennin Alp dağlarının qərbində yerləşən dağ massivi. 4314 metr (14.154 fut) hündürlükdə olan Komben de Grafeneir zirvəsi Alp dağlarının ən yüksək zirvələrindən biridir və Pennin Alplarının 2-ci ən yüksək zirvəsidir. Grand Kombin eyni zamanda bir neçə zirvədən ibarət böyük buzlaq massivdir. Massivdəki dörd zirvə dəniz səviyyəsindən 4000 m. yuxarıdır: Komben de Grafeneir 4,314 m (14,154 ft) Komben de Valsorey 4,183 m (13,724 ft) Komben de la Tsessett 4,134 m (13,563 ft) Massivin ən yüksək hissəsi tamamilə İsveçrədədir, baxmayaraq ki, İtaliya ilə sərhəd bir neçə km. cənubda yerləşir. Adi marşrut Korbassyèr vadisinin şimal tərəfində yerləşən Panossière Hut adlanan yerdən başlayır. Böyük çətinliklərin olmamasına baxmayaraq, şimal cinahda xüsusilə təhlükəli keçiddən keçmək lazımdır — Le Corridor. Bu üzərinə davamlı olaraq düşən seracların üstünlük təşkil etdiyi bir kuluardır. == Coğrafiyası == Qran-Komben massivi Vale kantonunun cənubunda, Val d'Entremont rayonunda yerləşir.
Qran-Çako
Qran-Çako, Böyük Çakо, və ya Çakо (isp. Gran Chaco, keçua Hatun Chaku (chaku — «Ovçuluq torpağı»)) — Zəif məskunlaşmış ərazi olaraq, isti tropik və yarımsəhra iqliminə malik bölgə. İnzibati cəhətdən Boliviya, Paraqvay (şimal-qərb), Argentina və Braziliyanın Matu-Qrasu vilayətinin kiçik bir hissəsini özündə birləşdirir. Regionun flora və faunası çöl və rütubətli subtropik (Kampos) iqlim qurşağında yerləşir. Əsasən Amazon çökəkliyindən La-Plataya qədər və Salado, Rio-Vermexo, və Pilkomayo çayları hövzəsini əhatə edir. Bölgənin yerli əhalisi köçəri və yarımköçəri olan hindulardır. Hinduların Aymara və Quaranilərdir. Hal-hazırda isə Metislər və Kreollar üstünlük təşkil edir. Bölgədə Avropalı İspanlar, Almanlar və Ruslar kimi xalqların immiqrantları konpakt şəkildə yaşayır. Qran-Çakonun mərkəzi hissəsi Paraqvayın ərazisində yerləşir.
Avropa Qran-prisi
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa‎) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri 1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu. İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Avropa Qran Prisi

Avstriya Qran-prisi
Avstriya Qran-prisi (alm. Großer Preis von Österreich‎) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. İlk dəfə 1963-cü ildə keçirilmişdir. == Ümumi məlumat == İlk Avstriya qran-prisi 1963-cü ildə Seltveq trasında keçirilmişdir. 1964-cü ildə isə Formula 1 təqviminə salındı. Ancaq yarışdan sonra həm FİA, həm də komandalar trasdan narazı qaldılar. Əsas tənqidlər yolun darlığı, sərt döngələrin olması, azarkeş tribunlarının kamfortlu olmaması idi. Buna görə qran-pri yeni avtodrom tikilənədək çempionatdan çıxarıldı. 1970-ci ildə yarış yeni Österrayxrinq (Avstriya halqası) trasında bərpa edildi. Avtodrom Ştiriya vilayətinin Şpilberq kəndi yaxınlığında yerləşir.
Azərbaycan Qran-prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Azərbaycan Qran Prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Braziliya Qran-prisi
Braziliya Qran-prisi (port. Grande Prêmio do Brasil) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. San-Paulu şəhərində, Xose Karlos Pase avtodromunda keçirilir. == Ümumi məlumat == Braziliya Qran-prisi ilk dəfə 1972-ci ildə İnterlaqos trasında keçirilmişdir. İlk yarış qeyri-rəsmi idi və Formula 1 üzrə dünya çempionatının təqviminə daxil edilməmişdi. Yarış test xarakteri daşıyırdı. Beləki əgər təşkilatçılar FİA-nı razı sala bilsələr qran-pri keçirmə hüququ ala bilərdilər. Bu hal növbəti ildən etibarən dəyişdi. Braziliya qran-prisinin keçirilməsində braziliyalı pilot Emerson Fittipaldinin böyük rolu olmuşdur. Elə o 1973-cü il ilk rəsmi Braziliya Qran-prisinin qalibi olmuşdur.
Bəhreyn Qran-prisi
Bəhreyn Qran-prisi (ərəb. جائزة البحرين الكبرى)‎ - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Bəhreyn qran-prisinin keçriləcəyi Sahir avtodromu 2002-ci ildə tikilməyə başlamışdır. İlk yarış isə ilk dəfə 2004-cü ildə baş tutdu. Bu yarış F-1 tarixində Yaxın Şərqdə keçirilən ilk qran-pri idi. Sahir trasının uzunluğu 5412 metrdir. 2010-cu il mövsümündən əvvəl bu göstərici artırılaraq 6299 metrə qaldırıldı və 2 yeni döngə əlavə edildi. 2011-ci ildə qran-prinin keçirilməsi ilə bağlı problemlər yaranır. Bunun səbəbi fevral ayında būtün ölkəni bürüyən mitinqlər, mürəkkəb siyasi vəziyyət idi. Mətbuatda yarışın keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılsa da FİA bu məlumatları təkzib edərək yalnız vaxtın dəyişdiriləcəyini və oktyabrda keçiriləcəyini bildirdilər.
Fransa Qran-prisi
Fransa Qran-prisi - Formula 1 avtomobil yarışları dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Fransa Qran-prisi ən qədim avtomobil yarışlarındandır. Hələ XIX əsrin 90-cı illərindən etibarən keçirilməyə başlamışdır. Ancaq Fransa Qran-prisi adı ilə ilk yarış 1906-cı ildə Le-Man şəhəri yaxınlığında keçirilir. 1950-ci ildən etibarən Fransa Qran-prisi dünya çempionatının təqviminə daxil edilir. Yarışların keçirilməsi səlahiyəti Fransa Avtomobil Klubuna (F.A.K.) verilir. Bu klub buna qədərdə avtomobil yarışları keçirirdi. 1911-ci ildə Sarta avtomobil klubu F.A.K.-nın razılığı ilə Fransa Qran-prisi adı ilə yarış keçirir və bu yarış F.A.K. Qran-prisi ilə paralel təşkil edilməyə başlayır. 1950-1968-ci illər arasında Formula 1 üzrə dünya çempionatına daxil olan Fransadakı yarışlar "A.F.C Grand Prix" adlanırdı. Və yalnız yarışların keçirilmə hüququnun Fransa Avtomobil İdmanı Federasiyasına (FAİF) verildikdən sonra qran-pri hal-hazırkı adını aldı.
Qran-Via (Madrid)
Gran Via — İspaniyanın Madrid şəhərində yerləşən bir küçə. == Tarixi == 19-cu əsrin ortalarında Madrid şəhər planlaşdırıcıları, Calle de Alcalanı Plaza de España ilə birləşdirən Haussmann'ın Paris təmirinə bənzər bir yeni bir yol çəkilməsinin lazım olduğunu təyin etdi. Layihə, "xəritədə bir balta zərbəsi" adını qazanaraq şəhərin mərkəzindəki bir çox binanın sökülməsinə çağırdı. İlk planlar ortaya çıxdıqdan onilliklər sonra, təməlqoyma və tikinti medianın bu layihəni lağ etməsinə səbəb oldu və bunu "Qran Vía" ya da "Böyük Yol" və ya "Böyük Yol" adlandırdı. Nəhayət 1904-cü ildə təsdiqləndi və 1910-cu ildə inşasına başlanıldı. Küçənin son hissəsi 1929-cu ildə tamamlandı. 2018-ci ilin Mart ayının sonunda Madrid şəhər bələdiyyəsi genişləndirmək planında hər istiqamətdə bir zolaq piyada yürüşünə başladı. səkilər və küçədəki bəzi meydançaları təmir edin. Bu, daha sonra 2018-ci ildə Yaşayış prioritet bölgəsi olan Madrid Mərkəzinin istifadəyə verilməsi ilə əlaqəli idi. Adlar Madridin Gran Vía'nın həm rəsmi, həm də rəsmi olmayan bir çox tarixi adı var.
Türkiyə Qran-prisi
Türkiyə Qran-prisi - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. Qran-pri İstanbul şəhərində qurulmuş "İstanbul Park" avtodromunda keçirilir. == Ümumi məlumat == "İstanbul Park" avtodromu İtanbulun Tuzla rayonunda tikilmişdir. Tikilisinə 2004-cü ilin dekabrında başlanmış və artıq 2005-ci ilin avqustunda yarışları qəbul etmək üçün hazır olmuşdur. Trasın uzunluğu 5338 metrdir. Yarışlar saat əqrəbinin əksi istiqamətində keçirilir. Pilotlar 6-sı sağ və 8-i sol olmaqla 14 döngə edirlər. Yarış 58 halqadan ibarətdir. Avtodromda 26250 nəfərlik əsas tribuna, əlavə olaraq müvəqqəti yaradılan 60000 nəfərlik tribuna və 5 minlik VİP tribuna tikilmişdir. Ümumilikdə yarışları 130 minədək tamaşaçı izləyə bilər.
Viryo-le-Qran
Viryo-le-Qran (fr. Virieu-le-Grand) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01452. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1156 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 734 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 545 nəfər İqtisadi cəhətdən fəal, 189 hərəkətsiz (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə bu 70.8%) idi. 545 fəal sakindən 484 nəfər (265 kişi və 219 qadın), 61 nəfəri işsiz (35 kişi və 26 qadın) işləyir. 189 hərəkətsiz 48 nəfər arasında şagird və ya tələbə, 69 nəfər təqaüdçü, 72 digər səbəblərə görə hərəkətsizdir.
Viryo-le-Qran (kanton)
Viryö-le-Qran (fr. Virieu-le-Grand) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Belle dairəsinə daxildir. Kodu — 0136. Viryö-le-Qran kantonuna 13 kommun daxildir və bunlardan əsas Viryö-le-Qran kommunası hesab edilir. == Kantonun kommunları == == Əhalisi == 1999-cu ildə əhalinin sayı 3580 nəfər təşkil edirdi.
İsveç Qran Prisi (1978)
Formula 1-də 1978-ci il mövsümü “hava tutmaq” şüarı altında başlamışdı. Kolin Çəpmənin komandası və komandanın lideri Mario Andretti keçən il hər iki titulu əldən vermişdi, amma hamı başa düşürdü ki, bu məğlubiyyətin səbəbi qələbə qazanmış Ferrari-nin sürəti deyildi. Sadəcə italyan əsilli amerikalı sürücünün Lotus 78 maşını daim problemlərlə üzləşdiyi halda, Niki Laudanın Ferrari 312 T3-ü stabil finiş görürdü. Maraqlıdır ki, mövsümöncəsi fasilə zamanı rəqiblərin heç biri risk etmədi və yeni maşınlarda qraund-effekt prinsipi tətbiq olunmadı. Tarix artıq bir neçə dəfə göstərmişdi ki, Kolinin ixtiraları debüt ilindən sonrakı ildə əlçatmaz olur, amma rəqiblər yenə də onun növbəti kəşfindən dərhal yararlanmadılar. Lakin yeni mövsümün ilk Qran Prisindən Mario və Tyrrell-dən komandaya qayıtmış Ronni Peterson ardıcıl qələbələr qazanmağa başladılar. Mövsümün 6-cı yarışı Belçikada yeni Lotus 79 modeli debüt etdi və komanda həm Spada, həm də Xaramada (İspaniya Qran Prisi) dubl qazandı. İsveç Qran Prisi mövsümün 8-ci yarışı olsa da, mövsümün sonunda titulun kimə qismət olması artıq məlum idi. Lotus 79 tarixdə “qanad avtomobil” adı almış böyük bir sinfin təməlini qoymuşdu. Maşının altlığının profili elə hazırlanmışdı ki, burundan başlayaraq quyruğa qədər altlığa daxil olan hava genişlənirdi, havanın təzyiqi isə fizika qanunlarına tam uyğun olaraq aşağı düşürdü.
Əbu-Dabi Qran-prisi
Əbu-Dabi Qran-prisi (ərəb. سباق جائزة أبوظبي الكبرى‎) - Formula 1 üzrə dünya çempionatının əsas mərhələlərindən biri. BƏƏnin paytaxtında keçirilir. == Ümumi məlumat == Əbu-Dabi yarışları ilk dəfə 2009-cu il sezonunda keçirilmişdir. Əslində Qran-pri Əbu-Dabi şəhəri yaxılığındakı Yas adasında qurulmuş Yas Marina avtodromunda keçirilir. Süni şəkildə yaradılmış ada Əbu-Dabi əmirliyinə daxildir. Qran-pri Formula 1 tarixində gecə-gündüz sistemi ilə keçirilən ilk yarışdır. Gecə yarışlarını keçirmək üçün avtodromda projektorlar qurulmuşdur. Bu sistemin tətbiqinin əsas səbəb ərazidə iqlimdən aslı olaraq havanın çox isti keçməsidir. Pilotlar yarışa təbii işıqda başalayır və süni işıqlar altında bitirirlər.
Hyu Qrant
Hyu Qrant (ing. Hugh Grant; 9 sentyabr 1960[…]) — britaniyalı aktyor. Qrant, kino karyerası boyu ömürlük müvəfəqiyyətli karyerasına görə Fəxri Sezar mükafatı, Stenli Kubrik mükafatı və Piter Sellers adına mükafata layiq görülüb. Qrantın rol aldığı filmlər 2 milyarddan artıq gəlir əldə edib. == Karyerası == Qrant, kinoya ilk dəfə diqqətə Moris filmiylə gəlib. Filmdə canlandırdığı obraz ilə Venesiya Film Festivalında mükafata layiq görülüb. Dünyaca məşhurlaşması isə 4 Toy, 1 Dəfn filminin ardından oldu. Filmdəki roluna görə Qızıl Qlobus, BAFTA mükafatlarına layiq görüldü, həmçinin David di Donatello mükafatına namizəd göstərildi. Sonrakı il Hissiyyat və həssaslıq (1995) filmində rol aldı. Ən yaxşı filmə görə Oskar mükafatına namizəd göstərilən film bu mükafata namizəd göstərilən sayca üçüncü Hyu Qrant film idi.
Kampu-Qrandi
Kampu-Qrandi – mərkəzi-qərb bölgəsində yerləşən və Boliviya və Paraqvay ilə həmsərhəd olan Braziliyanın Mato Grosso do Sul əyalətinin paytaxtı. Sao Paulo və ya Minas Geraisdən Mato Qrossoya doğru quru yolu ilə getmək məcburi yol idi.
Kanal Qrande
Kanal Qrande (it. Canal Grande) — İtaliyanın Venesiya şəhərində su kanalı. Uzunluğu 3800, eni 30-70, dərinliyi isə 5 metrdir. Kanalın sahili demək olar ki, yoxdur. Onu evlərin fasadı əvəzləyir. Adətən bu evlərin iki çıxışı olur: həm quruya, həm də suya. Kanalın kənarında 100-ə yaxın saray var ki, ona görə bəzən ona "Saray Kanalı" da deyirlər. Çində çox milyonlu sənaye şəhəri Tyanszində bu kanalın prototipi tikilmişdir.
Kapitan Qrantın uşaqları
"Kapitan Qrantın uşaqları" (fr. Les Enfants du capitaine Grant) — fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman. Bu roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrant və iki matrosun axtarışından bəhs edir. Əsərdə müəllif dəniz və okeanları, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin, gözəl və təkrarsız təbiətini təsvir etmişdir. Oxucu romanda maraqlı macəraların, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Əsərə incə yumor və nikbin ruh hakimdir. == Məzmun == === Səfərin başlanması === Lord Eduard Qlenarvana məxsus "Dunkan" gəmisi Şotlandiya sularında üzərkən matroslar çəkic balığı tuturlar. Onun qarnını yararkən balığın mədəsindən butulka tapılır. Butulkada hansısa vacib sənədin ola biləcəyini ehtimal edən Qlenarvan və digər göyərtədə olanlar onu ehtiyatla sındırırlar. Həqiqətən də, butulkadan 3 dildə – ingilis, alman və fransız dillərində yazılmış məktub tapılır.
Kapitan Qrantın uşaqları (dəqiqləşdirmə)
Kapitan Qrantın uşaqları (roman)
Kapitan Qrantın uşaqları (film, 1913)
Kapitan Qrantın uşaqları — 1913-cü ildə Fransada çəkilmiş səssiz film.
Kapitan Qrantın uşaqları (film, 1936)
Kapitan Qrantın uşaqları — Jül Vernin eyni adlı romanı əsasında 1936-cı ildə çəkilmiş film.
Kapitan Qrantın uşaqları (roman)
"Kapitan Qrantın uşaqları" (fr. Les Enfants du capitaine Grant) — fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman. Bu roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrant və iki matrosun axtarışından bəhs edir. Əsərdə müəllif dəniz və okeanları, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin, gözəl və təkrarsız təbiətini təsvir etmişdir. Oxucu romanda maraqlı macəraların, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Əsərə incə yumor və nikbin ruh hakimdir. == Məzmun == === Səfərin başlanması === Lord Eduard Qlenarvana məxsus "Dunkan" gəmisi Şotlandiya sularında üzərkən matroslar çəkic balığı tuturlar. Onun qarnını yararkən balığın mədəsindən butulka tapılır. Butulkada hansısa vacib sənədin ola biləcəyini ehtimal edən Qlenarvan və digər göyərtədə olanlar onu ehtiyatla sındırırlar. Həqiqətən də, butulkadan 3 dildə – ingilis, alman və fransız dillərində yazılmış məktub tapılır.
Keri Qrant
Keri Qrant (ing. Cary Grant; əsl adı Arçibald Aleksandr Liç; 18 yanvar 1904[…], Bristol, Birləşmiş Krallıq – 29 noyabr 1986[…], Davenport[d], Ayova) — ABŞ və Böyük Britaniya aktyoru. == Həyatı == Arçibald Aleksandr Liç (Keri Qrant) 18 yanvar 1904-cü ildə Bristol adlanan ingilis şəhəri yaxınlığında anadan olmuşdur. Buna baxmayaraq, onun bütün fəaliyyəti Hollivudla bağlı olmuşdur. Yeniyetmə vaxtı o, avara akrobat truppasına qəbul olunmuşdur. Tezliklə o, özünəməxsus oyun tərzini təkmilləşdirir. Arçibald 1932-ci ildə ilk dəfə olaraq, Hollivuda gəlir. "Paramount Pictures" kino şirkətinin sahibləri onun üçün məhz burada "Keri Qrant" kimi səslənən səhnə təxəllüsünü fikirləşirlər. Bu, ona potensial rəqib hesab olunan Qeri Kuperin adının dəqiq olmayan anaqramı idi. Şöhrət Keri Qrantı tamamilə təsadüf nəticəsində tapır.
Keymada Qrandi adası
Keymada Qrandi adası (port. Ilha da Queimada Grande) və ya İlan adası — Braziliyada, San-Paulodan 90 kilometr uzaqlıqda yerləşən ada. == İlanlar adası == Bu adada dünyanın ən zəhərli ilanları məskunlaşıb. Adanın ilanları hər hansı bir kontinental ilandan dəfələrlə zəhərlidir. Onların sayı burada çox olduğundan bura dünyanın ən təhlükəli yeri hesab olunur. Belə ki, bu adada hər 6 kvadrat metr əraziyə bir ilan düşür. Braziliya hökuməti adaya hətta alimlərin də buraxılmasını qadağan edib.
Korno-Qrande dağı
Korno-Qrande (it. Corno Grande — «böyük buynuz») dağı- İtaliyada dağ. == Coğrafiyası == Mərkəzi İtaliyada dağ olub, Appenin sıra dağlarının bir hissəsidir. O Abruçço regionunda, Qran-Sasso massivində yerləşir. Onun hündürlüyü-2912 m-dir. Bu zirvə alpinistlərin marağında olan bir yerdir ki, tez-tez burada müxtəlif yüksəlişlər müşahidə edilir ki, onlardan birincisi 1573-cü ildə baş vermişdir. Avropanın ən cənubunda olan Kalderone bu dağdadır.
La Qrand-Jatt adası
La Qrand-Jatt adası (Fransızca Île de la Jatte (İl-de-la-Jatt), və ya Île de la Grande Jatte (La Qrand-Jatt) adası.) — Fransanın Haust-de Seine (O-de-Sen) bölgəsində, Sena çayı üzərində yerləşən ada. Notr-Dam kilsəsindən 7 km uzaqlıqdadır. Demək olar ki, Parisin girəcəyində yerləşən La Qrand-Jatt adası ilə Şarl de Qoll (Place de l'Étoile) meydanı arasında cəmi 3 km məsafə var. Adanın uzunluğu 2 km, ən geniş hissəsi isə 200 m-dir. Əhalisinin sayı 4000 nəfər təşkil edir. La Qrand-Jatt adı "Cam adası" və ya, "Böyük Cam adası" mənalarını verir. Bu ada həm rəssam Jorj-Pyer Syöranın puantilizm üslubunda çəkdiyi Un Dimanche après-midi à l'Île de la Grande Jatt ("La Qrand-Jatt adasında bazar günü") (1884–6 və 1889) adlı əsəri (hazırda Çikaqodakı İncəsənət İnstitutunda sərgilənir), həm də Stiven Soundheymin Sunday in the Park with George ("Bazar günü Corc ilə parkda") musiqisi ilə məşhurdur. == Tarixi == 1818-ci ildə Orlean hersoqu Lui-Filipp Şato-de-Nöyi qəsrini on uşaqlı ailəsi üçün almışdı. O, torpaq sahəsi alaraq adanın da daxil olduğu böyük park saldırmışdı. Həmin parka yalnız qayıq vasitəsilə getmək mümkün idi.
Las-Palmas-de-Qran-Kanariya
Las Palmas de Qran Kanariya — İspaniyada şəhər.
Las Palmas de Qran Kanariya
Las Palmas de Qran Kanariya — İspaniyada şəhər.
Le-Qrand-Aberjeman
Le-Qrand-Aberjeman (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lionel Qranfild
Lionel Qranfild (d. 1575 – ö. 6 avqust 1645) - İngilis əsilli tacir və siyasətçi. Lordluq dərəcəsinə yüksəldikdən sonra 1614-1622-ci illərdə İcmalar Palatasının üzvü olmuşdur.
Madonna Qranduka
Madonna Qranduka (it. Madonna del Granduca) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Qranduka" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Palatso Pittidə saxlanılır.
Mataflon-Qranj
Mataflon-Qranj (fr. Matafelon-Granges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Monako Qran Prisi (1984-ci il)
1984-cü il Monako Qran Prisi — Formula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı. Monte-Karloda keçirilib. Avtoyarış 3 iyun 1984-cü ildə reallaşıb. == Tarixi == 1981-ci ildən McLaren komandası Ron Dennis nəzərdə tutduğu plan üzrə hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi. İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu. Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı.
Njazidja (Qrand Komor)
Qrand Komor və ya yerli dildə Nqazica — Hind Okeanında, Mozambik boğazında yerləşir və Komor adalarının ən böyük adasıdır. Əhalisinin əksəriyyətini Komorlular (antaloatra) təşkil edir. Muxtariyyətin və ölkənin mərkəzi Moroni şəhəridir. 2002-ci ilin konstitusiyasına görə, adanı muxtar regionu seçilmiş prezident idarə edir. Federal hökumətin burada yerləşməsi muxtar regionun güc və səlahiyətlərini azaltmır.
Nqazidja (Qrand Komor)

Digər lüğətlərdə