QƏT

[ ər. ] : qət etmək – 1) kəsmək. Qət eylə aşinalığım ondan ki, qeyridir. Füzuli;
2) həll etmək, ayırd etmək, qurtarmaq. Mübahisəni qət etmək.
– İki saatın içində bu işi qət eləmək olar. M.F.Axundzadə;

3) keçmək, yol getmək. Təyyarə saatda 800 kilometr yol qət edir.
– Əgər fəhlələr sürətlə gedən qatara minsəydilər, Qara daşlarla liman arasındakı məsafəni beş saata qət edə bilərdilər. M.Hüseyn.
Məsafəni qət etmək uzun çəkdi. Ə.Əbülhəsən;

4) qəti qərara gəlmək, qəti rəyə gəlmək, kəsdirmək. Qət etdik ki, bu gün yola düşək.
[Həcər xanım:] Oğlum, Çingiz, biz qocalar qət etdik ki, səni də aparaq. S.S.Axundov.

Qət olunmaq (edilmək)1) (bəzən “qət olmaq” şəklində işlənir) kəsilmək.
Hacı Xəlilin səsi getdikcə zəifləşirdi, axırda nəfəs bilmərrə qət olub, dodaqları yavaş-yavaş tərpənirdi. Ə.Haqverdiyev;

2) həll edilmək, həll olunmaq.
Axırda qət olundu ki, təhqiqat getsin. Mir Cəlal.

Qəti-əlaqə etmək – əlaqəsini kəsmək, aranı qırmaq.
…Xalqdan bir dəqiqə də olsa qətiəlaqə etmək yaramaz. M.İbrahimov.

Qəti-nəzər etmək – üz döndərmək, əlaqəni kəsmək.
Qəti-ümid olmaq – ümidini kəsmək, əlini üzmək.
[Qoca:] Məndən aşan iş isə, oğlum, qəti-ümid olub bizi atıb getmə. A.Divanbəyoğlu.

Etimologiya

  • QƏT Qət-təzə ifadəsi işlədirik. Güman edirəm ki, 1) sözün əsli qat kimi olub (hələ qatı açılmamış, lap təzə, təptəzə) ; 2) təptəzə sözünün dəyişilmiş form
QƏŞŞ
QƏTA
OBASTAN VİKİ
2017 Qətər diplomatik böhranı
2017 Qətər diplomatik böhranı — 2017-ci ilin iyun ayının ilk həftəsində Səudiyyə Ərəbistanının liderliyi ilə bir neçə ölkənin Qətər ilə diplomatik əlaqələrini kəsməsi hadisəsi Diplomatik əlaqələri kəsən ölkələr arasında Səudiyyə Ərəbistanı ilə eyni koalisiyada Bəhreyn, Misir, Yəmən (Hadi liderliyindəki hökumət), BƏƏ, Liviya (Milli Hökumət) və Maldiv adaları yer almışdır. Bir gün sonra onlara İordaniya da qoşulmuş, bu ölkə "Əl-Cəzirə" kanalının lisenziyasını da ləğv etmişdir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Qətəri terrorizmi dövlət səviyyəsində dəstəkləməkdə və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 2014-cü ildə qəbul etdiyi razılaşmanı pozmaqda günahlandırdı. Səudiyyə Ərəbistanı və digər ölkələr "Əl-Cəzirə" kanalını və Qətərlə İran arasındakı münasibətləri tənqid etdi. Qətər isə terrorizmlə mübarizə və hal-hazırda da davam edən İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ-yə dəstək verdiyini bildirdi. İlkin təchizatın pozulması İran və Türkiyədən əlavə idxalın daxil olması ilə yüngülləşdirildi və Qətər Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın heç bir tələbi ilə razılaşmadığını açıqladı. Koalisiyanın Qətər qarşısında qoyduğu tələblərə İranla əlaqələri dərhal kəsmək, Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmaq və "Əl-Cəzirə"nin bağlanması daxil idi. 27 iyul 2017-ci ildə Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Sani müxbirlərə açıqlaması zamanı Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin "inadkarlıq" nümayiş etdirdiyini və böhranı həll etmək məqsədilə heç bir addımın atılmadığını bildirdi. Əl-Sani Təhlükəsizlik Şurası, Baş Assambleya və "bütün BMT mexanizmlərinin" mövcud situasiyanı həll etmək üçün mühüm rol oynadığını da vurğulamışdır. 24 avqust 2017-ci ildə Qətər hökuməti İranla diplomatik münasibətləri tam şəkildə bərpa edəcəklərini açıqlamışdır.
Adam Uolşun qətli
Adam Uolşun qətli (ing. Adam Walsh; d. 14 noyabr 1974-cü il, Florida ştatı, Hollivud — ö. 27 iyul 1981-ci il, Florida ştatı, St. Lucie qraflığı) — 27 iyul 1981-ci ildə Florida ştatı, Hollivudda yerləşən Hollivud ticarət mərkəzindəki "Sears" mağazasından oğurlanan amerikalı uşaq. Onun kəsilmiş başı iki həftə sonra tapıldı. Adamın ölümü dövlət səviyyəsində rezonans doğurdu. Onun atası Con Uolş zorakı cinayət qurbanlarının vəkili oldu və "America’s Most Wanted" televiziya proqramını təşkil etdi. == Qətlin araşdırılması və nəticələri == Məhkəmə həkimləri Adamın ölümünün boğulma olduğunu və cəsədin tanınmasını çətinləşdirmək məqsədi ilə oğlanın başının kəsildiyini müəyyən etdilər. Bir müddət Adam Uolşun qətlində Ceffri Damer şübhəli oldu.
Altınkörpü qətliamı
Altınkörpü qətliamı (türk. Altınköprü Katliamı, ərəb. مذبحة التون کوبري‎) — 28 mart 1991-ci ildə İraqın Kərkük mühafəzəsinin əsasən türkmanların yaşadığı Altınkörpü qəsəbəsində qətliam. Qətliam İraq türkmanlarını, xüsusilə də həm uşaqlar, həm də böyüklər olmaqla kişiləri hədəf almışdır. Qətliam nəticəsində 135 nəfər həlak olmuşdur. Hadisə Səddam Hüseynin ordusuna bağlı təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilmişdir. Bu, 1991-ci ildə ölkənin şimal və cənubunda müxalif bölgələrdə baş vermiş üsyanların qarşısının alınması nəticəsində baş vermişdir. Qırğın türkmənləri hədəf alıb, əksəriyyəti kişilər, həm uşaqlar, həm də böyüklər, lakin qadınlar da öldürülüb. Səddam Hüseynin Baas rejimi insanlara ictimai yerlərdə türkcə danışmağı və hər hansı türkmən ənənəsini ictimai yerlərdə qeyd etməyi qadağan edib. == Zəmin == İraq ordusu Küveytdən geri çəkildikdən az sonra şimalda və cənubda bir sıra xalq üsyanları başlamışdır.
Ata qətli
Ata qətli — öz atasını öldürmə, daha geniş mənada valideynlərindən hər hansı birini öldürmə. Əksər cəmiyyət qanunları və dinlərə görə valideynin qətli dəhşətli cinayət və ya günah hesab edilir. Məsələn, Roma Respublikasında vaxtilə ata qətli vətəndaş haqqında ölüm hökmü çıxarılmasına səbəb olan yeganə cinayət olub.
Azərbaycan-Qətər futbol matçlarının siyahısı
== Kişilər ==
BMT Baş Assambleyasının 194 saylı qətnaməsi
BMT Baş Assambleyasının 194 saylı qətnaməsi — 11 dekabr 1948-ci ildə, Ərəb-İsrail müharibəsinin bitməsinə yaxın qəbul edilmiş qətnamə.
BMT Baş Assambleyasının 48/114 saylı qətnaməsi
BMT Baş Məclisinin 48/114 saylı qətnaməsi — 20 dekabr 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 48-ci sessiyasının 85-ci plenar iclasında qəbul edilmiş "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi" adlı 48/114 saylı qətnamə. 48/114 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin beşincisi olmaqla, BMT Baş Məclisi tərəfindən bu münaqişədən əziyyət çəkən şəxslərə humanitar yardımla bağlı qəbul edilmiş ilk sənəddir. Sənəddə "qaçqın və köçkünlərə humanitar yardımla bağlı müvafiq qətnamələr" istisna olmaqla, BMT səviyyəsində daha əvvəl qəbul edilmiş qətnamələrə heç bir konkret xatırlatma edilmir. Qətnamə səsvermə keçirilmədən konsensusla qəbul olunmuşdur. BMT Baş Məclisi 48/114 saylı qətnaməsində "çoxlu sayda mülki əhalinin didərgin düşməsi nəticəsində Azərbaycanda humanitar vəziyyətin pisləşməsinin davam etməsindən ciddi narahatlığını" ifadə etmişdir. Bu qətnamə ilə ilk dəfə beynəlxalq sənəddə Azərbaycanda qaçqınların və köçkünlərin sayının bir milyonu aşdığı təsdiqlənmişdir. == Zəmin == 1988-ci ildə Birinci Qarabağ müharibəsi başladıqdan sonra Azərbaycan ərazi bütövlüyünün pozulması təhdidi ilə üzləşir. 1992-ci ildə müharibə geniş miqyas almağa başlayır və diplomatik səylər heç bir nəticə vermir. Getdikcə mürəkkəbləşən qaçqın probleminin ardından Azərbaycan 1993-cü ilin fevralında Rusiya ilə birlikdə BMT-nin Qaçqınların statusuna dair konvensiyasına və 1967-ci il Protokoluna qoşulan ilk MDB dövləti olur. Azərbaycan müqavimət göstərməsinə baxmayaraq, 1993-cü ilin ortalarında Dağlıq Qarabağla yanaşı, qısa müddətdə işğaldan azad etdiyi bir neçə ərazi üzərindəki nəzarəti də itirməyə başlayır.
BMT Baş Assambleyasının 60/285 saylı qətnaməsi
BMT Baş Məclisinin 60/285 saylı qətnaməsi — 7 sentyabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 60-cı sessiyasının 98-ci plenar iclasında qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı 60/285 saylı qətnamə. Sənəddə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində baş verən, ətraf mühitə geniş ziyan vuran yanğınlardan ciddi narahatlıq ifadə olunur. 60/285 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin altıncısı, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş sənədlərin isə ikincisidir. Sənəddə BMT səviyyəsində daha əvvəl qəbul edilmiş qətnamələrə heç bir xatırlatma edilmir. Qətnamə səsvermə keçirilmədən konsensusla qəbul olunmuşdur. == Zəmin == 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, həmçinin Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir. Nəhayət, Rusiyanın vasitəçiliyi ilə 1994-cü il mayında cəbhədə atəşkəsə nail olunur. Cəbhə boyu zaman-zaman baş verən silahlı toqquşmalar həm də ətraf mühitə vurulan zərərlə müşayiət edilirdi. Belə ki, Azərbaycan mətbuatının yaydığı məlumata görə, təkcə 2001-2006-cı illərdə işğal olunmuş 5 rayonda 23 yanğın hadisəsi törədilmişdi. 2006-cı ilin yayında isə işğal olunmuş ərazilərin şərq hissəsində ermənilər tərəfindən ilk dəfə kütləvi yanğınlar törədilir.
BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsi
BMT Baş Məclisinin 62/243 saylı qətnaməsi — 14 mart 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 62-ci sessiyasında qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı 62/243 saylı qətnamə. Sənəddə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsindən ciddi narahatlıq ifadə olunur. 62/243 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin yeddincisi, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş sənədlərin isə üçüncüsü və sonuncusudur. Sənəddə BMT-nin münaqişə ilə bağlı daha əvvəl qəbul etdiyi sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı, BMT Baş Məclisinin isə 48/114 (1993) və 60/285 (2006) saylı qətnamələrinə xatırlatma edilmişdir. Həmçinin, BMT Baş Məclisi qətnaməni qəbul edərkən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərlik etdiyi ətraf mühitin qiymətləndirilməsi missiyasının Dağlıq Qarabağ regionunda və onun ətrafında yanğından zərər çəkmiş ərazilərə dair hesabatını və münaqişənin Cənubi Qafqaz ölkələrinin humanitar vəziyyəti və inkişafı üçün mənfi nəticələrini nəzərə almışdır. Baş Məclisin digər qətnamələri kimi bu qətnamə də tövsiyə xarakterlidir. Belə ki, BMT Nizamnaməsinin 10-cu və 14-cü maddələri Baş Məclisin qətnamələrinə "tövsiyələr" kimi istinad edir. Qətnamələrin tövsiyə xarakterli olması Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də digər işlər üzrə dəfələrlə vurğulanıb. Bununla belə, Baş Məclisdə qəbul edilən istənilən sənəd BMT-nin mövqeyini ifadə edir. Bu baxımdan "heç bir dövlətin Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində yaranan vəziyyəti qanuni vəziyyət kimi tanımamalı və bu vəziyyətin qorunmasına yardımçı və ya kömək etməməli olduğu"nun məhz belə tərzdə ifadə edilməsi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən istənilən fəaliyyətin hər hansı dövlət tərəfindən dəstəklənməsinin BMT tərəfindən pislənilməsi mənasına gəlir.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. == Arxa fon == 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. == Qərarın mahiyyəti == Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. == Mübahisələr == Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi 30 may 1992-ci il tarixində qəbul olunmuşdur. 713 (1991), 721 (1991), 724 (1991), 727 (1992), 740 (1992) 743 (1992), 749 (1992) və 752 (1992) saylı qərarları təsdiqlədikdən sonra, Şura Yuqoslaviya Federativ Respublikasının (Serbiya və Monteneqro) 752 saylı Qərarın uğursuz tətbiq etdiyinə görə qınadı. Xorvatiya Ordusundan 752 saylı Qərarın 4-cü maddəsinə hörmət etməsini tələb etdikdən sonra, Şura bildirdi ki, 752 saylı qətnamə yerinə yetirilənə qədər bütün dövlətlər aşağıdakı qaydalara riayət etməlidirlər. Bütün üzv dövlətlərin aşağdakıları etməsini tələb edildi: (a) Yuqoslaviyadan bütün məhsulların və malların idxalının və ya vətəndaşların bu cür ixracatı təşviq etmək istəyən hər hansı fəaliyyətin qarşısını almaq; (b) Humanitar ehtiyaclar istisna olmaqla, Yuqoslaviyaya bütün məhsul və malların satışının qarşısını almaq; (c) Yuqoslaviyaya hər hansı kommersiya, sənaye və ya ictimai fond və ya maliyyə resursları verməmək; (ç) Əgər təyyarə Yuqoslaviyanın ərazisinə endiyi və və ya Yuqoslaviyadan gəldiyi təqdirdə, təyyarələrə qalxma, enmə və ya ölkələrin üzərində uçuş icazəsi verməmək, humanitar mülahizələr istisna olmaqla; (d) Yuqoslaviya ərazisində və ya bu ölkənin istismar etdiyi təyyarələrin texniki xidməti və layihələşdirməni qadağan etmək (e) Yuqoslaviyadakı diplomatik və konsulluq işçiləri sayını azaltmaq; (ə) Ölkədə keçirilən idman tədbirlərində iştirakı məhdudlaşdırmaq; (f) Elmi, texniki və mədəni mübadilə və səfərləri dayandırmaq. Şura daha sonra sanksiyaların Birləşmiş Millətlər Təşkilatının Müdafiə Qüvvələrinə, Yuqoslaviya Konfransına və ya Avropa Cəmiyyətinin İzləmə Missiyasına şamil edilməməsinə qərar verdi. Ayrıca Sarayevoda və şəhərin hava limanında təhlükəsizlik zonası yaradılmasını təklif etdi və 724 saylı qətnaməyə əsasən yaradılan Təhlükəsizlik Şurası Komitəsini silah embarqosunun qüvvədə olmasını izləməyə və bütövlükdə Şuranı vəziyyəti nəzarətdə saxlamağa çağırdı. 757 saylı qətnamə 13 səslə qəbul olundu, iki ölkə Çin və Zimbabve isə bitərəf mövqeyisini saxladılar. == İdman sanksiyaları == Yuqoslaviya milli futbol komandası iyun ayında keçirilməsi nəzərdə tutulan Avro 1992 turnirinin final mərhələsində iştirak etmək üçün seçmə mərhələsinin 4-cü qrupunu lider kimi başa vurdu; 4-cü qrupda ikinci yeri tutan Danimarka komandası final mərhələsində Yuqoslaviyanı əvəzlədi və turnirin qalibi oldu. Qətnamə 1992 Yay Olimpiya Oyunlarının başlamazdan bir az əvvəl qəbul edildi və Beynəlxalq Olimpiya Komitəsi Yuqoslaviya Olimpiya Komitəsinin oyunlara dəvət edilməməsi şərti ilə Yuqoslaviya idmançılarına Müstəqil Olimpiya İştirakçıları və 1992 Yay Paralimpiya Oyunlarında Müstəqil Paralimpiya İştirakçıları adı altında yarışmağa icazə almaqla BMT ilə kompromisə gəldi.
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi — 30 aprel 1993-cü ildə yekdilliklə qəbul edilmiş BMT qətnaməsi. Ermənistanla Azərbaycan arasındakı əlaqələrin pisləşməsinə və döyüşlərin daha da artmasına və bölgədəki humanitar vəziyyətin pisləşməsinə narahatlıq göstərdikdən sonra, şura Dağlıq Qarabağın yaxınlığında Kəlbəcər rayonundakı erməni işğalçı qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırmasını tələb edib. == Zəmin == Qarabağ müharibəsi 1980-ci ilin sonlarından 1994-cü ilin mayına qədər, Azərbaycanın cənub-qərbindəki Dağlıq Qarabağın bölgəsində, Ermənistan və Azərbaycan arasında baş vermiş etnik-ərazi münaqişəsidir. Müharibə irəlilədikcə, keçmiş sovet respublikaları olan Ermənistan və Azərbaycan Qarabağın dağlıq yüksəkliklərində uzun müddət davam edən, elan edilməmiş bir müharibəyə girib, Dağlıq Qarabağdakı separatçı hərəkatı ləğv etməyə çalışdı. 1992-ci ilə qədər bu iki ölkə arasında tam miqyaslı bir müharibə vəziyyəti vardı. Qış yaxınlaşdıqca, hər iki tərəf əsasən qaz və elektrik kimi resursların yerli istifadəyə qorunması üçün genişmiqyaslı hücumların başlamasından çəkinməmişdir. Qarabağda yaşayan sakinlər üçün iqtisadi yolun açılmasına baxmayaraq, həm Ermənistan, həm də Azərbaycan tərəfindən qoyulan iqtisadi blokadalar səbəbindən yol böyük zərər gördü. 1992-1993-cü ilin qış ayları xüsusilə soyuq keçdi, çünki Ermənistan və Qarabağda bir çox ailələr istilik və isti su olmadan yaşamaq məcburiyyətində qaldılar. 1993-cü ilin yazında erməni qüvvələri əvvəlki illərdən etibarən azərbaycanlıların tutduğu Qarabağın şimalında yerləşən kəndlərə yönəlmiş yeni hücumlara başladılar. Bu hərbi məğlubiyyətlər Azərbaycanın daxili cəbhəsində məyusluqlar yaratdı.
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi — Şuranın 822 saylı qətnaməsini təsdiq edildikdən sonra, 29 iyul 1993-cü ildə yekdilliklə qəbul edilmiş qətnamə. Şuranın Ermənistan və Azərbaycan arasındakı pisləşən münasibətlərə dair narahatlıqlarını ifadə etmiş və Ağdam və Azərbaycanın digər ərazilərinin ələ keçirilməsini pisləyərək, ərazilərdən tamamilə çıxarılmasını tələb etmişdir. Qətnamə atəşin dərhal dayandırılması və hərbi əməliyyatların dayandırılması tələbi ilə başlamışdır. Xüsusilə də vətəndaşlara qarşı hücumlar və məskunlaşan ərazilərin bombardmanı, regionda beynəlxalq humanitar yardım səylərinə maneəsiz girişi təmin etmək çağırışı olmuşdur. Həm də enerji, nəqliyyatın və iqtisadi əlaqələrin bu prosesin bir hissəsi kimi bərpa edilməsi və Baş katib Butros Butros-Ghali və digər beynəlxalq təşkilatlara köçürülmüş şəxslərə kömək göstərməyə çağırır. Münaqişənin sona çatması üçün səylər göstərilməsinə baxmayaraq, Şura ATƏT-in Minsk qrupunun Yan Eliasson rəhbərliyi altında fəaliyyətini təqdir edib, lakin münaqişənin öz işinə təsir etdiyini narahatlıqlarını ifadə etdi. Bu baxımdan, münaqişənin sülh yolu ilə həllinə maneə törədir və Minsk qrupu çərçivəsində danışıqlar aparmaq üçün tədbirlərdən çəkinməyə çağırır. Şura Ermənistan hökumətinə Dağlıq Qarabağ bölgəsinin ermənilərinin 822 saylı qətnamə, Minsk Qrupunun hazırkı qətnaməsi və təklifləri ilə uyğunluğuna nail olmaq üçün öz təsirini göstərməsini xahiş etdi. Həmçinin, dövlətlərin münaqişənin intensivləşməsinə gətirib çıxara biləcək hər hansı bir silah və müharibə təmin etməkdən çəkinməyə çağırıb.
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi — 1993-cü il oktyabrın 14-də 822 (1993) və 853 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə ciddi narahatlığın ifadə olunduğu, Moskvada keçirilən görüşlərin sülhə töhfə verəcəyinə dair ümidlərin əks edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3292-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. 874 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin üçüncüsüdür. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur. Qətnamədə işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 874 saylı qətnamə də Ermənistan tərəfindən icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır. == Zəmin == 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Münaqişə tərəfləri arasında zaman-zaman qısamüddətli danışıqlar aparılmasına baxmayaraq, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonları bir-birinin ardınca erməni silahlı qüvvələri tərəfindən işğal edilir. 28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun Parisdə keçirilən iclasında "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" hazırlanır və tərəflərə təqdim edilir. Cədvəlin əleyhinə olan Azərbaycan sənədin BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə zidd olduğunu bildirir. Belə ki, qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxarılması qeyd edilsə də, cədvəldə həmin qüvvələrin çıxarılması üçün şərtlər müəyyən olunur və torpaqların necə boşaldılacağı göstərilmirdi.
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi — 1993-cü il noyabrın 12-də 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə narahatlığın ifadə olunduğu, tərəflər arasında atəşkəsin pozulmasının, xüsusilə də Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsinin pislənildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3313-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. 884 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin dördüncüsü və sonuncusudur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur. Qətnamədə hərbi əməliyyatların dayandırılması tələb edilsə də, bu səylərin nəticəsi az oldu və vaxtaşırı bütün cəbhə boyu döyüşlər və top atəşləri davam etdi. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 884 saylı qətnamə də Ermənistan tərəfindən növbəti illərdə də icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır. Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır. == Zəmin == 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Belə ki, bir-birinin ardınca Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edilir. Sahəsi 707 km², əhalisi 33,890 nəfər olan Zəngilan Azərbaycanın işğal olunmuş sonuncu rayonu olur. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bütün qətnamələri də məhz 1993-cü ildə qəbul edilir.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu. 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər.
Babiy Yar qətliamı
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir. Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (film, 2006)
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (ing. Texas Chainsaw Massacre: The Beginning) — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib. New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2022)
Benzin mişarı ilə Texas qətliamı (ing. Texas Chainsaw Massacre) — rejissor Devid Blu Qarsiya tərəfindən çəkilmiş amerikan sleşer qorxu filmi. Film 1974-cü ildə çəkilmiş orijinal filmin birbaşa davamıdır və bu seriyadan olan doqquzuncu filmidir. Premyera 18 fevral 2022-ci ildə Netflix servisində baş tutdu (daha əvvəl filmin kinoteatrlarda yayımı planlaşdırılmışdı). Film tənqidçilərdən mənfi rəylər aldı: onlar onu qeyri-orijinal adlandıraraq 2018-ci ildəki Helluin filmi ilə müqayisə etdilər, həmçinin yaradıcıları nostaljidən pul qazanmağa çalışmaqda ittiham etdilər. == Məzmun == Dəri üzlü qatilin 1973-cü ildəki cinayətlərindən təxminən 50 il sonra gənc sahibkarlar Melodi və Dante, Melodinin bacısı Layla və Dantenin sevgilisi Rut köhnə daşınmaz əmlakı hərraca çıxarmaq üçün Tesla Model S ilə Texasın tərk edilmiş Harlou şəhərinə gedirlər. Uğursuz vəziyyətdə olan uşaq evinin ətrafına nəzər salan qrup Cinni adlı yaşlı qadının hələ də orada yaşadığını aşkar edir. O, mülkün hələ də ona məxsus olduğunu sübut edən sənədlərə malik olduğunu iddia etdikdə mübahisə başlayır və mübahisəni ən üst mərtəbədən səssiz və uzun boylu bir kişi qısa müddətə kəsir. Daha sonra Cinni infarktdan yıxılır və Ruth və bir kişinin müşayiəti ilə şerif və onun bir köməkçisi tərəfindən xəstəxanaya çatdırılır. İnvestor Ketrin bir qrup potensial alıcı ilə birlikdə Melodi və Dantenin diqqətini yayındıraraq böyük avtobusda Harlouya gəlir.
Berlin üzərinə qəti hücum
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.
Buça qətliamı
Buça qətliamı və ya Buça soyqırımı — Rusiya-Ukrayna müharibəsi gedişində Buçanın dinc sakinlərinə qarşı Rusiya Silahlı Qüvvələri tərəfindən törədilmiş kütləvi qətl və işgəncələr. Ukrayna, Polşa, Latviya və Estoniya rəsmiləri bu olayları soyqırımı adlandırıblar. == Hesabatlar == The Kyiv Independent yazdığına görə, martın 4-də Rusiya qüvvələri it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc insanı maşında öldürüb. Martın 5-də, saat 7:15-də içində qaçmağa cəhd edən iki ailə olan iki maşın Çkalova küçəsinə dönən zamanı Rusiya qüvvələri tərəfindən görünüb. Onlar maşınlara atəş açaraq, ikinci maşındaki kişini öldürüblər. Öndə olan maşın isə pulemyot atəşinə məruz qalıb və ordaki iki uşaq və anası dərhal həyatlarını itiriblər. Sosial medialarda kütləvi qırğınları göstərən ilk video Rusiya qoşunların geri çəkilməsindən sonra, aprelin 2-də yayımlanmağa başlayıb. Buça merinin, Anatoli Fedorukun sözlərinə görə, bölgədə aşkar olunmuş cəsədlərin arasında "yüzlərlə Rusiya əsgərləri" də var idi. Bundan sonra, Rusiya qüvvələrinin işğal zamanı törətdiyi hərbi cinayətlərinin daha çox sübutları aşkar olunmağa başladı. Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin sözlərinə görə, onlar Buçanın yanında yerləşən Zabuççyadaki yay düşərgəsinin zirzəmisində on səkkiz kişi, qadın və uşaq meyitini şikəst edilmiş vəziyyətdə tapmışlar.
BƏƏ–Qətər münasibətləri
BƏƏ–Qətər münasibətləri — Birləşmiş Ərəb Əmirlikləri ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən BƏƏ də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Bəhreyn–Qətər münasibətləri
Bəhreyn–Qətər münasibətləri — Bəhreyn Dövləti ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən Bəhreyn də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
Bənazir Bhuttonun qətli
Bənazir Bhuttonun qətli 2007-ci il dekabrın 27-də Pakistanın Ravalpindi şəhərində baş vermişdir. Pakistanın iki dəfə baş naziri (1988–1990; 1993–1996) olmuş və o vaxtki müxalifətçi Pakistan Xalq partiyasının lideri Bənazir Bhutto 2008-ci ilin yanvarına planlaşdırılan seçkilər ərəfəsində seçkiqabağı kampaniyasını aparırdı. Liakvat Milli Bağında keçirilən siyasi mitinqdən sonra ona atəş açıldı, atəşdən dərhal sonra isə terrorçulardan biri özünü partlatdı. O, yerli vaxtla 18:16-da (13:16 UTC) Ravalpindi Baş Xəstəxanasında ölü elan edildi. Bombardman nəticəsində daha 24 nəfər həlak oldu. Bundan əvvəl Bhutto ona qarşı törədilən və ən azı 180 nəfərin öldüyü oxşar sui-qəsd cəhdindən sağ çıxmışdır, bu hadisə onun sürgündən qayıtdıqdan 2 ay sonra baş vermişdir. İlkin məlumatlarda ölüm səbəbi şrapnel və ya güllə zərbəsi göstərilsə də, Pakistanın Daxili İşlər Nazirliyi əvvəlcə bildirdi ki, partlayış dalğası nəticəsində Bhuttonun başı avtomobilin lyuk hissəsinə bərk dəydiyindən vəfat etdi. Bhuttonun köməkçiləri bu versiyanı təkzib etmişdilər ki, ona bomba partlayışından əvvəl iki güllə dəymişdir. Daxili işlər Nazirliyi sonradan öz əvvəlki iddialarını geri çəkdi. 2007-ci ilin mayında Bhutto Blackwater adlı xarici podratçı agentlikləri və Britaniya firması olan ArmorGroupdan əlavə qorunma istəmişdir.

Digər lüğətlərdə