SEYM

is. [ pol. ] Bəzi ölkələrdə qanunverici orqan, parlament, məclis.
SEYİZ
SEYR₂
OBASTAN VİKİ
DJ Seym
Jane Seymour
Ceyn Seymur (ing. Jane Seymour; 1508 – 24 oktyabr 1537, Riçmond-apon-Tems[d], Böyük London regionu[d]) — İngiltərə kralı VIII Henrinin üçüncü qadını və VI Eduardın anasıdır. Sir John Seymour və Marqaret Wentwort`un qızıdır. == Gənclik illəri == Uşaqlıq və gənclik illəri ilə bağlı məlumat çox azdır. VIII Henrinin digər qadınlarıyla müqayisədə çox az təhsil almış, yazı yazmağı belə çox zəif olmuşdur. Buna baxmayaraq kasıb ailədə böyüməsi səbəbilə əl işi, ev işləri barədə çox qabiliyyətli olmuş, hətta bəzi əl işləri illər boyunca İngiltərə saraylarında saxlanmışdır. == İngiltərə kraliçalığı == 30 may 1536 tarixində Kral VIII Henriylə evləndi və İngiltərə kraliçası elan olundu. Ancaq tacqoyma mərasimi olmadığı üçün rəsmi kraliça hesab edilmədi. O dönəmdə ölkədə Anqlikan hakimiyyəti olsa da, saf katolik inancını daim qorudu. 1537-ci ilin ilk aylarında hamilə olduğu öyrənildi və 12 oktyabr 1537 tarixində VIII Henrinin yeganə vəliəhdi VI Eduard dünyaya gəldi.
Latviya Seymi
Latviya Seymi —
Seymur
Seymur — kişi adı. Bu adı olan tanınmışlar Seymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Seymur Baycan — yazıçı, publisist. Digər Seymur (Antarktida) — Trimiti yarımadasından şərqdə yerləşən ada.
Seymur (Antarktida)
Seymur adası (ing. Seymour Island)) — Trimiti yarımadasından şərqdə yerləşən ada. Ada 20 km uzunluğa və 9 km enə malikdir. Ən yaxın adalar Snou-Hill və Ceyms-Rossdur. == Tarixi == Ada ilk dəfə 6 yanvar 1843-ci ildə Ceyms Ross tərəfindən Antarktikaya Terror və Erebus gəmilərində səyahət zamanı aşkarlanmışdır. Ceyms Ross Seymur burnu adlandırdığı coğrafi obyekti kontr-admiral Corc Frensis Seymurun şərəfinə adlandırmışdır. Adanın ilk araşdırmalar norveçli Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir (1892—1893 və 1893—1894). O, ilk dəfə bu coğrafi obyektin burun deyil ada olmasını müəyyən etmişdir. 1969 ildən ada da il boyu Argentinaya məxsus olan Marambio qütb stansiyası fəaliyyət göstərir. Antarktida tarixində ilk eniş-uçuş zolağı məhz burada inşa edilmişdir.
Seymur Abasov
Seymur Abbasov
Seymur Allahverdiyev
Seymur Alızadə
Seymur Baxışov
Seymur Baycan
Seymur Baycan (22 aprel 1976, Füzuli) — yazıçı, publisist. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri ilə məşhurdur. == Həyatı == Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.[mənbə göstərin] Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Seymur Bəylərov
Seymur Cabbarov
Seymur Fətəliyev
Seymur Həbib oğlu Fətəliyev (19 iyul 1973) — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, filologiya üzrə fəlsəfə doktoru. == Haqqında == 19 iyul 1973-cü ildə anadan olmuşdur. 1990–1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999–2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006–2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb. 2009–2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsinə təyib edilib. 2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirmişdir. 2018–2021 ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb. 2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir — UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli, 580 saylı Sərəncamı ilə S. Fətəliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Seymur Hüseyn
Seymur Hüseynoğlu
Seymur Həbibov
Seymur Həsənli
Seymur Krey
Seymur Rojer Krey (ing. Seymour Roger Cray; 28 sentyabr 1925 – 5 oktyabr 1996, Kolorado Sprinqs, Kolorado) — amerikalı mühəndis və alim, superkompüterin yaradıcısı. İlk dəfə superkompüter 1975-ci ildə Seymur Krey tərəfindən “CRAY - 1” adı altında yaradılmışdır. Qiyməti 8,8 milyon ABŞ dolları olan bu superkompüter 8 Mbayt əməli yaddaş həcminə malik olmaqla, saniyədə 160 milyon əməliyyat yerinə yetirirdi.
Seymur Martin Lipset
Seymur Martin Lipset (18 mart 1922[…], Harlem, Nyu-York ştatı – 31 dekabr 2006[…], Arlinqton dairəsi, Virciniya), amerikalı politoloq. Sosiologiya, ticarət birliklərinin təşkili və sosial təbəqələr üzərində işləmişdir. Lipsetin müqayisəli demokratiya sınaqları da mövcuddur.
Seymur Mehdiyev
Seymur Musayev
Seymur Məmmədli
Seymur Məmmədov
Seymur Qəhrəman oğlu Məmmədov (18 sentyabr 1971, Füzuli – 1 aprel 1992, Məlikcanlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini Almaniya və Ukraynada keçirir. == Döyüşlərdə iştirakı == Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi.
Seymur Nəsirov
Seymur Rahim oğlu Nəsirov (12 noyabr 1976, Şuvi, Astara rayonu) — tədqiqatçı-alim, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, "Tərəqqi" medalı laureatı. == Həyatı == Seymur Nəsirov Rahim oğlu 1976-cı ildə Astara rayonunun Şüvi kəndində anadan olmuşdur. 1994-cü ildə A. İbrahimov adına Şüvi kənd orta məktəbini, 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə isə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəb dili fakültəsini bitirmişdir. 2006-cı ildə Misir Fətva İdarəsində dörd il təhsil aldıqdan sonra, keçmiş SSRİ ölkələri arasında ilk dəfə fətva vermək icazəsini qazanmışdır. 2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur. Magistr dissertasiya işi Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixinin tədqiqi olmuşdur. 2020-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə dokturluq təhsilini fərqlənmə ilə başa vurmuşdur. Tədqiqat mövzusu "Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri" olmuşdur. S. Nəsirovun elmi işinə, Əl-Əzhər Universitetindən dəvət olunmuş böyük alimlər rəhbərlik etmişdir. === Şəxsi həyatı === Ailəlidir, iki övladı var.
Seymur Orucov
Seymur Vaqif oğlu Orucov (27 oktyabr 1984, Naxçıvan) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri. == Həyatı == Seymur Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olmuşdur. 2006–2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. 2010-cu ildə "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. == İctimai-siyasi fəaliyyəti == 2009–2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Digər lüğətlərdə